Məhkəmə qərarları › İş №2(003)-908/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-908/2023

14.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-908/2023 14.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 1983-cü il tarixdən bugünə kimi yaşayış olub və var. 40 il ərzində halhazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti qurum olaraq bir neçə dəfə adını və illərə görə tarifləri də dəyişib. Belə ki, BARMEK adlanan illərdə, hardan bilmədən 189,25 manat borc yaradıb (halbuki, bütün ödənişlər faktiki möhürlü öz verdikləri çeklərlə ondadır) fəaliyyətin dayandırıb və həmən borc çox müammalı şəkildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sistemində öz əksini tapib. Halbuki, BARMEK-in işçisi tərəfindən ondan xx.xx.2013-cü il tarixində tutulan 86 manat bədəlini qaytarılmasına dair xx.xx.2013 tarixli tərtib etdiyi ******* nömrəli protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona 86 azn borcu olmağına baxmayaraq ondan xx.xx.2022-ci il tarixində addanada keçirilmə əməliyyatına görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əsassız şəkildə Qarayev pr Asan Komunal 3-də məcburi şəkildə 190 manat ona ödətdirib, sonra adına keçirtdilər. Odur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onu məcbur edib xx.xx.2022 tarixində ödətirdikləri 190 manatın ona geri qaytarımasını, eləcə də xx.xx.2013-cü il tarixində quraşdırdıqları yeni sayğacın köhnəsini təhvil almadan və sonradan, yəni xx.xx.2013-cü il tarixində yəni 1 gün sonra ona ödəniş etdirdikləri 86 manat xx.xx.2013 ildə bədəli çıxması barədə protokolun təmin edilməsini (86 manat geri qaytarilmasını) xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirdi ki, iddiaçının "xxxx" ASC-dən 86,0 manat tutularaq ona ödənilməsi tələbi hissəsində iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçı həmin ödənişi 2013-cü il tarixdə ödəmiş və həmin tarixdən onun hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gün kimi hesab edilsə, müqavilələrdən irəli gələn tələblər üzrə üç illik iddia müddətini ötürdüyünü hesab etmək olar. Bu səbəbdən, hazırkı iş üzrə iddia müddəti tətbiq edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, **********00000 sayla qeydiyyata alınmış ünvan 2 ünvanına xx.xx.2007-ci il tarixdə 86,76 manat sayğac quraşdırma bədəli olaraq borc yazılmış, xx.xx.2013-cü il tarixdə sayğac təhvil verildiyinə görə həmin hesabdan 86.76 manat borc silinmişdir. Həmçinin abonent hesabında 189,25 manat BARMEK borcu mövcud olmuşdur. İş materiallarında olan X4 tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, "xxxx" ASC-də ona məxsus və istifadəsində olan **********00000 nömrəli abonent kodunun İddiaçı adına dəyişdirilməsinə və onunla yenidən müqavilə bağlanmasına etiraz etmir. İş materiallarında olan "xxxx" ASC ilə abonent Rüstəmov Hacıbaba arasında xx.xx.2013-cü il tarixdə elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli ******* saylı məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında protokolun surətindən görünür ki, **********00000 sayla qeydiyyata alınmış ünvana dair abonent sayğacı təhvil verdiyi üçün sayğac bədəlinin çıxılacağı qeyd edilmişdir. İşin halları ondan ibarətdir ki, **********00000 sayla qeydiyyata alınmış ünvanda abonent Hacıbala Rüstəmov tərəfindən sayğacın təhvil verilməsi ilə bağlı sayğac bədəlinin qaytarılması haqqında xx.xx.2013-cü il tarixdə protokol tərtib edilmiş, sayğac quraşdırma bədəli olaraq abonent hesabına yazılmış 86,76 manat borc hesabdan silinmişdir. Bundan sonra, 2022-ci il tarixdə həmin ünvan üzrə sayğac abonent X2 Rüstəmovanın adına dəyişdirilmişdir. Sayğac yenidən qeydiyyata alınarkən yeni abonenet İddiaçı tərəfindən 190,0 manat BARMEK borcu ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə tərtib olunmuş protokola əsasən qaytarılmalı olan 86,0 manat qaytarma bədəlinin, həmçinin xx.xx.2022-ci il tarixində sayğacın addan ada keçirilməsi zamanı görə ödənilmiş 190,0 manat pulun geri qaytarılmasını xahiş edir. Məhkəmə iddiaçının 86,0 manat pul vəsaitinin qaytarılması hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki iddia tələbi həminn hissədə əsasıız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından və işin araşdırılan hallarından görünür ki, "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışa əsasən, **********00000 sayla qeydiyyata alınmış ünvana xx.xx.2007-ci il tarixdə 86,76 manat sayğac quraşdırma bədəli olaraq borc yazılmış, xx.xx.2013-cü il tarixdə sayğac təhvil verildiyinə görə həmin hesabdan 86,76 manat borc silinmişdir. İddiaçının qaytarılmasını tələb etdiyi pul məbləği 16 il bundan əvvəl sayğaca görə borc kimi abonent hesabına vurulmuş (həmin dövrdə sayğac başqa şəxsin adına olmuşdur) xx.xx.2013-cü il tarixdə köhnə sayğac yeni sayğacla əvəz olunarkən köhnə sayğac qaytarıldığından həmin sayğac bədəli olan 86,76 manat abonentin hesabından silinmişdir. Göründüyü kimi iddiaçının tələb etdiyi sayğac bədəli olan 86,0 manat pul məbləği sayğac geri qaytarıldığından Bakı Elektrikşəbəkənin ******* saylı protokoluna əsasən abonentin saldosundan silinmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. İddiaçı, həmçinin, sayğacın onun adına qeydiyyata keçirilməsi zamanı ödənilmiş 190 manat BARMEK borcunun geri qaytarılmasını xahiş edir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı adına qeyd alınmış sayğaca (**********0000 saylı abunə hesabı üzrə) hesablanmış 189,25 manat borcuna görə xx.xx.2022-ci il tarixdə 190,0 manat ödəniş etmişdir.İddiaçı hal hazırda sayğacın köhnə borcuna görə ödədiyi həmin məbləğin geri qaytarılmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 554.1 və 554.2-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Hazırkı iş üzrə isə müəyyən olunur ki, mükəlləfiyyətli şəxs olan abonenet İddiaçı xx.xx.2013-cü ildən mövcud olan 189,25 manat BARMEK borcunu könüllü şəkildə ödəmiş, hazırda isə həmin öhdəlik müddətinin keçdiyini bildirərək, ödəmiş olduğu pul vəsaitinin qaytarılmasını tələb edir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.2-ci madəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Məhkəmə qanunvericiliyin qeyd olunan tələblərini rəhbər tutaraq və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək hüququ yoxdur. Odur ki, iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "ödənilmiş pulun geri qaytarılması”na dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar