Məhkəmə qərarları › İş №2(003)-914/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-914/2021

13.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-914/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 968 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30 aprel 2019-cu il tarixdə Cavabdeh tərəfindən ******* saylı qaz sayxacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə yeni sayğac onun iştiakı ilə ünvan 1 ünvanına quraşdırıldı və ona heç bir problem olmadığı bildirildi. O hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Sonradan o qaz sayğacının kartına pul yükləmək istədiyi zaman qazın karından pul tutuldu. O bu barədə Cavabdehnə müraciət etdikdə oradan ona bildirdilər ki, onun 968 manat borcu var. Bununla bağlı o müvafiq olaraq Cavabdeh Xəzər rayon şöbəsinə müraciət etdi, həmin idarənin əməkdaşları tərəfindən ona bildirdilər ki, onun tərəfindən qaz sayğacına müdaxilə edildiyi üçün ona 968 manat cərimə yazılmışdır. O heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, qazdan qeyri-qanuni istifadə etməyib və təqdim olunan akt uydurmadır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda evdə dəmir soba olduğu qeyd edilmişdir, lakin ona məxsus olan evdə dəmir soba yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29.03.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətində qeyd edilmişdir ki, abonent təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarından görünür ki, itirilmiş qazın bərpası üzrə hesablamaya əsasən 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı qaz işlədicilərindən PQ4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejimi 18 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 8532 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. iş materiallarında olan 30.04.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətində qeyd edilmişdir ki, abonent təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarından görünür ki, itirilmiş qazın bərpası üzrə hesablamaya əsasən 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında qaz işlədicilərindən PQ4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 8 saat hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejimi 18 saat hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 1332 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı məxsus evdə quraşdırılımış sayğaca qeyri-qanuni qoşulma olduğu aşkar olunduğu və buna dair cavabdeh tərəfindən 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı qaz işlədicilərindən PQ4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejimi 18 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 8532 m3 qazın itkisi aşkar edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün hesablanmaqla aparılması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməkdə haqlıdır, lakin həmin hallarla bağlı hesabat 180 gün müddətinə tərtib edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə hesab edir ki, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 180 gün yox, 30 gün müəyyən edilməklə aparılmaılıdır. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçı, ona məxsus evdə dəmir soba olmadığı halda ona dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejimi 18 saatı müəyyən edilməklə hesabat apardığını bildimişdir. Akt üzrə aparılmış hesabatda qeyd edilən evdə dəmir sobanın mövcudluğuna dair cavabdeh birliyin nümayəndəsi tərəfindən hər hansı bir sübut məhkəmə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən həmin halın mövcudluğuna dair halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 180 gün yox, 30 gün olmaqla aparılmalı, həmçinin 29.03.2019-cu il tarixli, ******* saylı akt və 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında aparılmış olan hesabatlardan dəmir soba nəzərə alınmaqla aparılmış hesabat çıxarılmaqla 30.04.2019cu il tarixli, ******* saylı akt əsasında (1,2x6x30=216 m3, 1,5x8x30=360 m3), 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 180 gün yox, 30 gün olmaqla və dəmir soba əsasında aparılmış hesabat çıxılmaqla (1,2x6x30=216 m3, 1,5x8x30=360 m3) hesabat aparılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 180 gün yox, 30 gün olmaqla və dəmir soba əsasında aparılmış hesabat çıxılmaqla (1,2x6x30=216 m3 x 0,10 = 21,60 manat, 1,5x8x30=360 m3 x 0,10 = 36 manat), 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında (1,2x6x30=216 m3 x 0,10 = 21,60 manat, 1,5x8x30=360 m3 x 0,10 = 36 manat) qaz sərfiyatı və həmin sərfiyat üzrə tutulacaq pul məbləği müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanına **********00560 saylı abonent hesabına hesablanmış 852,80 manat məbləğində borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 500 manatadan cox olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına Cavabdeh tərəfindən (**********00560 saylı abonent hesabına) hesablanmış 852,60 manat məbləğində borc silinsin və 30 manat dövlət rüsumu Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar