Məhkəmə qərarları › İş №2(003)-916/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-916/2021

21.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-916/2021 21.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 216 manat məbləğində borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. 14.05.2010-cu il tarixdə cCavabdehə İB tərəfindən, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi, döngə 3, ev 5 ünvanına İTRON tipli, G-4 markalı, 1202AQ**********6 nömrəli sayğac quraşdırılmış, 05791324 nömrəli plomb vurulmuş və həmin ünvana **********00050 nömrəli abonent kodu verilmişdir. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2018ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən 10.05.2010-cu il tarixdə quraşdırılmış 1202AQ**********6 nömrəli qaz sayğacına 9 ildən sonra (sayğacın istismar müddəti 5 ildir) 24.07.2019-cu il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilmişdir. İddiaçı iştirakı ilə 1202AQ**********6 nömrəli qaz sayğacı çıxarılmış və sayğacın istismar müddəti bitdiyi üçün yeni İTRON tipli, G-4 markalı, STS**********1 nömrəli sayğacla əvəz edilmiş, 10144299 nömrəli plomb vurulmuş və “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” ******* Ne li AKT tərtib edilmişdir. İTRON tipli, G-4 markalı, STS**********1 Ne li sayğac tez-tez koda düşdüyü üçün 10.05.2020-ci il tarixdə NATEK ENERİİ tipli, G-4 ZENNER markalı, 40015374 Ng li mexaniki sayğac quraşdırılmış, 10184614 No li plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” ******* Ng li AKT tərtib edilmiş və € Qaz paylayıcısı ilə məlşət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 03-2639 No li müqavilə bağlanmışdır. Qaz sayğacı Dövlət yoxlamasında da iddiaçının iştirakı olmadan yoxlamadan keçmiş və yoxlama barədə iddiaçıya heç bir rəsmi məlumat verilməmişdir. Sayğacın istismara yararsız vəziyyətə gəlməsi barədə məlumat isə özləri tərəfindən aşkar edilmişdir. Sayğac küçədə yerləşdiyindən ona edilmiş müdaxilə (əgər öelə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) iddiaçı tərəfimdən edilməsi belə aşkarlanmamışdır, Nəzərinizə çatdınm ki, İddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Çünki, belə olacağı təqdirdə aylıq ödənişlər arasında ziddiyətli fərqlər yaranmış olardı, əraziyə nəzarət edən Cavabdeh İBnin əməkdaşları tərəfindən, təlimata Əsasən qaz sayğaclarına hər ay baxış keçirilir və elektron tablodakı göstəricilər Cavabdeh İB-nin bazasına ötürülür. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçilərin gözündən yayınmış “müdaxilə” inandıncı deyildir. Ən azından sayğacın klapanının işlək vəziyyətdə olmaması, ALARM - 1 relimində olması və yivli birləşmənin korroziyaya uğraması nəzarətçinin gözündən yayına bilməzdi, Həmçinin klapanı işlək vəziyyətdən çıxarmaq üçün 05791324 Ne li plomb qırılmalı idi, Halbuki, plombun qırılması barədə heç bir qeydiyyat yoxdur. Digər tərəfdən küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, ALARM - 1 refimində olmasına, sayğacın klapanının işlək vəziyyətdə olmaması, və yivli birləşmənin korroziyaya uğramasına cavabdeh deyildir. Bundan əlavə, cavabdeh "Cavabdeh" ÜR-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh qaz sayğacına, məhz iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim edə bilmir. 13 fevral 2020-ci il tarixdə Cavabdeh İB Bakı Regional Qazın Satışı Deportamenti qeyd olunmuş müdaxilənin iddiaçıya aid olmasını sübuta yetirmədikləri halda, cCavabdehə İB Bakı Regional Qazın Satışı Deportamenti komissiyasının üzvləriə tərəfindən tərtib edilmiş ******* Ne li AKT əsasında iddiaçının hesab koduna əsassız olaraq borc yazılmışdır.Halbuki iddiaçı tərətündən təbil qazdan qanunsuz istifadə hallarına yol verilməyib. Beləliklə 22 dekabr 2020-ci il tarixdə “Abonentin Saldosu”nu aldıqda məlum oldu ki, təbii qazın itirilməsinə görə əsassız olaraq iddiaçının hesab koduma 216 manat cərimə yazılmışdır. Ümumi sərfiyyat 18715 m3 olduğu halda, 2331 manat ödəniş olmuş, karta 2331 manat yüklənmiş və borca görə heç bir tutulma olmamışdur. Qeyd etmək lazımdır ki, Cavabdeh İB vurulmuş ziyanı SOKAR-ın Şurasının 14.03.2011-ci il tarixl, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarpna əsasən hesablanmışdır. Bu hesablanma qanuni olmadığı üçün qəbul edilməməlidir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, iddiaçı məhkəmənin icasına gəlməmiş, həmçinin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştiakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabadehin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan 13.02.2020-ci il tarixli, 026972 saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğac klapanın işlək vəziyyətdə olmadığı qeyd edilmişdir. İş materiallarından görünür ki, itirilmiş qazın bərpası üzrə hesablamaya əsasən 13.02.2019-cu il tarixli, 026972 saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 90 gün təşkil edir. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 2160 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə itirilmiş qazın dəyərinə görə hesablanmış 216 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 500 manatdan az olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********0050) hesablanmış 216 manat məbləğində borc silinməli, Cavabdehndən 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********0050) hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Cavabdehndən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar