Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-92/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən evin qarşısında Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa olunmuş qanunsuz tikilinin sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında göstərdi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Həmin ev Dövlət Reyestrində xx.xx.2012-ci il tarixdə **********21- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Ona məxsus fərdi evin qarşısında Cavabdeh2 və Cavabdeh1 qanunsuz tikili inşa edərək ona məxsus evə ümumi giriş-çıxış olan yol hissəsini bağlamışlar. Artıq onun evinə heç bir vasitə ilə, minik avtomobili və ya digər nəqliyyat vasitəsi ilə girmək mümkün deyil.Qanunsuz tikilinin sökülməsi ilə bağlı dəfələrlə aidiyyəti üzrə Xəzər rayon İcra Hakimiyyətinə,Xəzər rayon Polis İdarəsinin 3-cü Polis bölməsinə və tikilini həyata keçirmiş Cavabdeh2 dəfələrlə müraciət etsə də, tikili sökülməmişdir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki,iddianı qəbul etmir. İddiaçı hətta 2 avtomobillə belə evinə rahatlıqla girib-çıxa bilər. Onların tikililəri iddiaçıya heç bir maneə törətmir. Məhkəmə iclasında Cavabdeh2 göstərdi ki, iddianı qəbul etmir. Zaurla qardaşdırlar və eyni həyətdə, ayri-ayrı evlərdə qalırlar. Küçənin eni 14 metrdir, iddiaçı avtomobillə rahat evinə girib-çıxa bilir. Onların tikililəri iddiaçıya heç bir maneə törətmir. 2010-cu ildən bəri həmin evdə yaşayırlar. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və ərizə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəsində işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Dövlət Reyestrindən olan çıxarışdan görünür ki, ünvan 2 ünvanındaki mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan inventarlaşdırmaya dair hesabat cədvəlindən görünür ki, Xəzər rayonu,Binə qəsəbəsi,Ə.İsazadə döngə 2 ünvanında yerləşən ev Cavabdeh2 məxsusdur. İş materiallarında olan xx.xx.2009-cu il tarixli etibarnamədən görünür ki, X1 tərəfindən Cavabdeh1 Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi,Əli Bayramov küçəsi, döngə 2, ev 20-də 393,9 kv.m-dən ibarət olan torpaq sahəsində tikinti işləri aparmaq, özəlləşdirmə, çıxarış almaq və sair hərəkətlər etmək üçün etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, mübahisə predmeti olan tikilinin eskiz-layihə sənədləri ekspertiza mərkəzinə təqdim olunmadığına görə tikilinin tikinti və şəhərsalma normalarına uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan foto-şəkillərdən görünür ki, iddiaçı və cavabdehlərə məxsus olduğu göstərilən tikililər arasında xeyli məsafə var və hər birinə rahat giriş-çıxış mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmədə müəyyən olundu ki, iş materiallarında olan foto-şəkillərdən göründüyü kimi, cavabdehlərə məxsus tikili iddiaçıya heç bir maneə törətmir. Belə ki, foto-şəkillərdən aydın görünür ki, iddiaçı ilə cavabdehlərin darvazaları arasında xeyli məsafə var və rahat giriş-çıxış mümkündür. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi əsassızdır və təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, “məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. İş materiallarında olan Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası 50 manat məbləğində dəyərləndirilmişdir. Məhkəmədə İddiaçı iddiası əsassız olduğundan rədd edilməsi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 50 manat məbləğində ekspertiza xərci İddiaçı tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilsin. İddiaçı 50 manat məbləğində ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********) hesabına (AZ41NABZ********************) tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-92/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-92/2025
29.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver