Məhkəmə qərarları › İş №2(003)-921/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-921/2025

25.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-921/2025 25.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri” X5 1 saylı Bakı ərazi idarəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək,Əzizbəyov rayon ZDS İK-nın (XDS) (indiki Xəzər rayonu) xx.xx.1952-ci il tarixli 50 nömrəli protokolun X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında göstərdi ki, hüquqlarını müdafiə etdiyi Ərizəçi babası X1 Əzizbəyov rayon ZDK İK (indiki Xəzər rayon İH) xx.xx.1952-ci il tarixli 50 nömrəli protokolu ilə 400 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi onun və ailəsinin istifadəsindədir. X2 xx.xx.2009-cu ildə vəfat etdiyindən vərəsəlik işi açılmışdır. Ərizəçi vərəsə olaraq tanınmışdır. Torpaq sahəsinə 1952-ci ildə cizgi verilmədiyindən, bununla əlaqədar İnzibati məhkəməyə müraciət etmiş və cizgini almışdır. Hazırda sənədlərdə adı səhv qeyd olunduğuna görə torpaq sahəsinin dövlət qeydiyyatına alınması barədə sənəd ala bilmir. Notariusda olan sənədlərdə, ölüm haqqında şəhadətnamədə, vərəsəlik məktubunda,İcra Hakimiyyətinin məktubunda ata adı “Məmmədqulu” kimi qeyd olunmuşdur, lakin 1952-ci ilin protokolunda “Məmməd” kimi qeyd edilmişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri” X5 1 saylı Bakı ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.1952-ci il tarixli 50 nömrəli protokoldan görünür ki, Əzizbəyov rayon ZDK İK tərəfindən X3 400 kv.m torpaq sahəsi ayrılmışdır İş materiallarında olan 1 saylı Bakı ərazi idarəsindən alınmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi tərəfindən təqdim edilmiş sənədlərdə torpaq sahəsinin hüquqi sahibinin ata adında uyğunsuzluq aşkar edillmişdir.Xəzər rayon İH başçısının İ müavininin məktubunda ata adı “Məmmədqulu”, xx.xx.1952-ci il tarixli 50 nömrəli Əzizbəyov rayon ZDS İK-nin protokolunun arxiv çıxarışında isə “Məmməd” kimi qeyd olunmuşdur. İş materiallarında olan 340486 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2009-cu il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmədə müəyyən olundu ki, Ərizəçi atasının adı ayrı-ayrı sənədlərdə texniki səhvə yol verilərək yalnış yazılmışdır. Belə ki, 1 saylı Bakı ərazi idarəsindən alınmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Xəzər rayon İH başçısının İ müavininin məktubunda ərizəçinin ata adı “Məmmədqulu”, xx.xx.1952-ci il tarixli 50 nömrəli Əzizbəyov rayon ZDS İK-nin protokolunun arxiv çıxarışında isə “Məmməd” kimi qeyd olunaraq yalnışlığa yol verilmişdir. Bu hal ərizəçinin mənafelərinə zidd olduğundan, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Əzizbəyov rayon ZDS İK-nın (XDS) (indiki Xəzər rayonu) xx.xx.1952-ci il tarixli 50 nömrəli protokolun X1 məxsus olması faktı təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Əzizbəyov rayon ZDS İK-nın (XDS) (indiki Xəzər rayonu) xx.xx.1952-ci il tarixli 50 nömrəli protokolun X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar