Məhkəmə qərarları › İş №2(003)-931/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-931/2025

18.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-931/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi (maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti göstərilməklə) – Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 502 №-li sərəncamının və həmin sərəncam əsasında verilmiş xx.xx.2024-cü il tarixli torpaq sahəsinə dair cizgisinin xx.xx.1954cü il tarixdə Lerik rayonu, Veri kəndində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 17 №-li sahədə yerləşən fərdi yaşayış evində yaşayan Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Lerik rayonu, Veri kəndində anadan olmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində, 17 №-li sahədə fərdi yaşayış evi inşa edərək orada yaşayır. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 502 №-li sərəncamı ilə ona Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 17 №-li sahədə yerləşən fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan başlayaraq qeyd edilən torpaq sahəsi onun faktiki sahibliyində olmuşdur. Torpaq sahəsində ev tikmiş və ailəsi ilə birlikdə orada yaşayır. Verilmiş torpaq sahəsinə dair çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar sərəncamın əslini və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından Suraxanı Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 502 №-li sərəncamın təsdiq edilmiş surətini təqdim etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, sərəncamda onun ata adı səhvən “Sənham” əvəzinə “Sə’nan” kimi qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsindəki atasının adı sərəncamdakı ata adı ilə eyni olmadığına görə torpağın sənədləşdirilməsi həyata keçirilməmişdir. Bununla əlaqədar o, Suraxanı Rayon İcra Hakimiyyətinə səhvin düzəldilməsi ilə əlaqədar müraciət etmişdir. Lakin Suraxanı Rayon İcra Hakimiyyətindən xx.xx.2024-cü il tarixli məktubla ona bildirilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 502 №-li sərəncamı ilə ayrılmış torpaq sahəsində səhvən yazılmış “Sənan” adını “Sənham” kimi düzəliş olunması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bu səbəbdən də məcburiyyət qarşısında qalıb Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 502 №-li sərəncamının ona məxsus olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Onun şəxsiyyət vəsiqəsində, eləcə də doğum haqqında arayışda soyadı, adı və ata adı Ərizəçi kimi göstərilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi onun həm yaxın qohumu və qonşusudur. Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 17 №-li sahədə yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ev ərizəçiyə məxsus olmuşdur. Ərizəçi atasının adı Sənham olub. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi onun həm yaxın qohumu və qonşusudur. Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 17 №-li sahədə yerləşən fərdi yaşayış evində, eləcə də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X1 yaşayır. Hər iki ev ərizəçiyə məxsus olmuşdur. Ərizəçi atasının adı Sənham olub. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü ildə Lerik rayonu, Veri kəndində anadan olmuşdur. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-69-4351/2024 saylı arayışın surətindən görünür ki, atası X3, anası X2 olan Ərizəçi 18 avqust 1954-cü il tarixdə anadan olmuşdur. Bu barədə 05 sentyabr 1954-cü il tarixdə Lerik rayonu, Veri icra nümayəndəliyi tərəfindən 58 №li doğum haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 28 mart 2000-ci il tarixli, 502 nömrəli Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 14 oktyabr 1998-ci il tarixli 1773 saylı sərəncamına dəyişiklik aparılması haqqında sərəncamından görünür ki, Binə qəsəbəsi, X1 yaşayan vətəndaş Ərizəçi Sə’’nan oğlu rayon icra aparatına müraciət edərək qarşılıqlı razılaşma əsasında vətəndaş X4 ayrılmış torpaq sahəsinin ona ayrılmasına icazə verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, vətəndaş Ə.Rəhimova Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 14 oktyabr 1998-ci il tarixli, 1773 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində, 17 №-li sahədə 600 kv. m torpaq sahəsi ayrılmışdır. Təqdim olunmuş sənədlərdən görünür ki, vətəndaş Ərizəçi mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac vardır. Qeyd olunanları nəzərə alaraq, sərəncam verirəm: 1) Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 14 oktyabr 1998-ci il tarixli, 1773 saylı sərəncamında birinci və ikinci bəndində dəyişiklik aparılsın və aşağıdakı kimi oxunsun: 1) Vətəndaş Ərizəçi Sə’’nan oğluna fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, Bakı- Aeroport yolunun cənub hissəsində, 17 №-li sahədə 600 kv. m torpaq sahəsi ayrılsın. 2) Vətəndaş Ərizəçi ayrılmış sahədə 185-000-111C №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilsin. Kürsülük 2 metr müəyyən edilsin. 3) Sərəncamın qalan bəndləri dəyişiklik aparılmadan saxlanılsın. 4) Sərəncamın surətinin Bülbülə qəsəbə nümayəndəliyinə, 31 № li polis bölməsinə, rayon vergi müfəttişliyinə göndərilməsi üçün ümumi şöbənin müdiri T.Şıxəliyevaya tapşırılsın. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçsının müavini F.Cəbrayılov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 5-20/2-Ə-298/2-091/2-t/1/2024 saylı məktubdan görünür ki, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2000ci il tarixli, 502 №-li sərəncamda ərizəçinin atasının adının düzəliş edilməsinə köməklik göstərilməsi haqqında ərizəyə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Hüquqmüəyyən edici sənədlərin həmin şəxsə məxsus olması faktının və hüquqi əhəmiyyətli olan digər faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə qaydasında baxıldığından müraciətin müsbət həlli rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 20 iyun 2022-ci il tarixli, № BA-03691-2022 saylı məktubundan görünür ki, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətə əsasən Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 502 saylı sərəncamının təsdiq edilmiş ksero surəti və 01 (bir) vərəqdən ibarətdir. Sərəncama akt və cizgi əlavə edilməmişdir. İş materiallarında olan Suraxanın Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini R.Hacıyev tərəfindən tərtib edilmiş akt və ona əlavə olunmuş torpaq sahəsinin cizgisindən görünür ki. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3033/2023 saylı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3892/2023 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1221/2024 saylı qərarlarının icra edilməsi məqsədilə, aşağıda imza edənlər, Rayon təsərrüfat şöbəsinin böyük məsləhətçisi (memar) Elmar Abbasov, Suraxanı RİHB-nın Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elçin Seyfullayev və RİH-in nəzdində təsərrüfat hesablı Layihə-smeta bürosunun rəisi Şaiq Səfərovun iştirakı ilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 502 №-li sərəncamı ilə Ərizəçi Sənəm oğluna fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində, 17 №-li sahədə 600 kv. m torpaq sahəsinin mövcud istifadə vəziyyətinə dair cizgisini tərtib etmişlər. Akt imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci madəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçinin adı, soyadı və ata adı doğum haqqında arayış və ona məxsus olan AA******* saylı şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi göstərilsə də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 17 №-li sahədə yerləşən torpaq sahəsinə dair Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 502 №-li sərəncamının və həmin sərəncam əsasında verilmiş xx.xx.2024-cü il tarixli torpaq sahəsinə dair cizgisində “Ərizəçi Sə’’nan oğlu” kimi qeyd edilmişdir. Ərizəçinin adının, soyadının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız atasının adında olması Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 502 №-li sərəncamının və həmin sərəncam əsasında verilmiş xx.xx.2024-cü il tarixli torpaq sahəsinə dair cizgisinin xx.xx.1954-cü il tarixdə Lerik rayonu, Veri kəndində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 17 №-li sahədə yerləşən fərdi yaşayış evində yaşayan Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 502 №-li sərəncamının və həmin sərəncam əsasında verilmiş xx.xx.2024-cü il tarixli torpaq sahəsinə dair cizgisinin xx.xx.1954-cü il tarixdə Lerik rayonu, Veri kəndində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 17 №-li sahədə yerləşən fərdi yaşayış evində yaşayan Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 502 №-li sərəncamının və həmin sərəncam əsasında verilmiş xx.xx.2024-cü il tarixli torpaq sahəsinə dair cizgisinin xx.xx.1954-cü il tarixdə Lerik rayonu, Veri kəndində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 17 №-li sahədə yerləşən fərdi yaşayış evində yaşayan Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar