Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-937/2024 14.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təbii qaza görə əsassız hesablanmış 266 manat pulun və tətbiq olunmuş 1802 manat cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə aralarında bağlanmış akt N-76643542 tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən enerji ilə təmin edilmişdir. Qaz istifadəsini ölçüsünü C4 markalı smart kart tipli **********06950 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh İB nümayəndələri ona məxsus C4 markalı smart kart tipli 1102AQ**********3 sayğaca baxış keçmirmiş və 19 may 2023-cü il tarixində ******* akt tərtib etmişlər. Qeyd olunan akt əsasında qaz sayğacı yenisi ilə əvəz olunmuş, sayğacın dəyəri kimi 266 manat hesablanmışdır. Akt əsassızdır və onun sayğacına qeyri-qanuni olaraq Cavabdeh İB nümayəndələri tərəfindən müdaxilə olaraq həmin sayğac öz qutusunda olmuşdur. Ziddiyyət səhv qəbul edilsə belə cavabdeh tərəfindən akt tərtib edilərkən qanun pozuntularına yol verilmişdir. Belə ki, mübahisə predmeti olan sayğacdakı nasazlıq nəticəsində Cavabdeh İB-nə heç bir ziyan dəyməmiş, o, qazın istehsalı üçün sayğacda göstərilən pul məbləğini vaxtı-vaxtında ödəmişdir. İş materiallarında olan sənədlərdən, o cümlədən şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh onun evinə quraşdırılmış C4 markalı smart kart tipli 1102AQ**********3 nömrəli sayğacdan hər ay dövrü olaraq göstəricilər götürülmüş və istehlak edilmiş qaz haqqında ödənilməsi üçün qəbzləri iddiaçıya təqdim etmişdir. Qaz sayğacının müdaxilə kimi 266 manat pulun və tətbiq olunmuş 1802 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, əvvəl evində smart kart olmuş, daha sonra nasazlıq əmələ gəlmiş, ona sayğacın vaxtının bitdiyini bildirmişlər və sayğacı dəyişmişlər. Sayğac onun iştirakı olmadan dəyişdirilmiş və daha sonra ona cərimə gəlmişdir. İki ildən artıqdır ki, sayğacı mexanikadır. İddiada qeyd etdiyi 266 manat qazdan istifadəyə görə borcdur, 1802 manat isə cərimə borcudur. Evinə quraşdırılmış qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsi cavabdeh tərəfindən sübut edilmədiyindən Cavabdeh tərəfindən ona cərimənin hesablanması əsassızdır. 25 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini etiraf etməyərək, onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsiməhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının yaşadığı evdə quraşdırılmış sayğac yeni sayğacla əvəzlənmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Azəriqaz İB-nin 29/1710- 02129-1 nömrəli rəyinə **********06950 əsasən sayğacın klapanı işlək olmadığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Bakı şəhəri Xəzər rayonu X3 ünvanında yerləşən ünvana sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında əvvəlki sayğac çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Sonradan həmin akt əsasında xx.xx.2022-ci il tarixdə akt əsasında sayğacın klapanı işlək olmadığı aşkar edilmiş və akt tərtib edilməklə 1802 manat borc hesablanmışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana 2023-cü il tarixdə qaz sərfiyyatına görə 259,44 manat borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə 266 manat qaz sərfiyyatına görə hesablanmış borcla bağlı qeyd edir ki, cavabdeh qaz paylayıcısı iddiaçı istehlakçıya verdiyi qazın dəyərini sayğacın göstəricilərinə əsasən hesablamış və bu günə kimi iddiaçının 266 manat borcu qazın sərfiyyatı nəticəsində yaranmışdır ki, həmin məbləğ qazın alqı-satqısı müqaviləsinə əsasən ödənməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 2023-cü il tarixə hesablanmış 1802 manat borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 1000 manatdan 10.000 manata qədər olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 38,02 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə itirilmiş qazın dəyərinə görə hesablanmış 1802 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdehndən 38,02 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvanın abonent hesabına (abonent kodu **********06950) itirilmiş qazın dəyərinə görə hesablanmış 1802 (bir min səkkiz yüz iki) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 38,02 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-937/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-937/2024
14.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver