Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-938/2024 14.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona (abonent kodu **********00671) əsassız hesablanmış 10952,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda ailəsilə birlikdə yaşayır. “Azəriqaz“ İB tərəfindən yaşadığı ünvanında qaz itkisinin yarandığı müəyyən edilmiş, 10952,50 manat məbləğində borc hesablanmışdır. Fiziki şəxs olan istehlakçını “Azəriqaz" İB tərəfindən ona məxsus olan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 10952,50 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. "Azəriqaz” İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Ona məxsus **********00671 saylı abonent hesabına hesablanmış 10952,50 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Azəriqaz“ İB-yə tərəfindən tərtib edilmiş aktdan onun heç vaxt xəbər olmayıb, heç vaxt məlumat verməyiblər ki, onun borcu var. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin keçirilmiş məhkəmə iclaslarında İddiaçı iştirak edərək iddia tələbini müdafiə etmiş və onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, 2022-2023-cü illərdə təbii qazdan kənar xəttən istifadə etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının hansı tarixdə qoşulma apardığını bilmədiklərinə görə bu məbləğdə cərimə hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan abonent saldosundan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus ünvan 2 ünvanına Zenner G4T Smart tipli abonent kodu **********00671 olan sayğac quraşdırılmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, ünvan 2 ünvanına 10952,50 manat borc hesablanmışdır. İş materiallarında olan ******* saylı xx.xx.2021 il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2024-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2019-ci il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli aktlardan görünür ki, abonentin təbii qazdan qeyri qanuni istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki,
1. Cavabdeh İB tərəfindən 2019-cu ilin sentyabrından 2022-cü ilin iyuluna qədər 33 aktla iddaçıya qazdan qanunsuz istifadəyə görə 10987,20 manat borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Daxil olmuş sənədlərdə iddiaçı tərəfindən həmin dövrdə aşağıda göstərilən qaz qurğularından istifadə olunduöu göstərilmişdir: - 1 ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi; - 1 ədəd İran sobası; - 1 ədəd qənaətli su qızdırıcı. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış evində istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3, 1 ədəd İran sobasının maksimal qaz sərfinin 1,5 m3, 1 ədəd qənaətli su qızdırıcısının maksimal qaz sərfiyyatının 3 m3 olduğunu və istifadə dövrünü nəzərə almaqla qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün-1 x 1,2 m3 x 3 saat x 30 gün =108 m3; 1 ədəd İran sobası üçün - 1 x 1,5 m3 x 12 saat x 30 gün= 540 m3; 1 ədəd qənaətli su qızdırıcı üçün – 1 x 3 m3 x 4 saat x 30 gün= 360 m3; Cəmi 1008 m3 təşkil edə bilər. Yay ayları üzrə aylıq qaz sərfiyyatı: Yay aylarında İran sobasından istifadə edilmədiyini nəzərə alsaq, aylıq qaz sərfiyyatı 108 m3 + 360 m3 = 468 m3 təşkil edə bilər. Bu qayda ilə illər üzrə sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər: 2019 cu il üzrə - 2ay x 468 m3 +2 ay x1008 m = 2952 m3 2020 və 2021-ci illərin hər biri üzrə: 7 ay x 468 m3 + 5 ay x 1008 m3 = 8316 m3; 2022-ci il üzrə - 2 ay x 468 m3 + 4 ay x 1008 m3 = 4968 m3;. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1 noyabr 2021-ci il tarixdən 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3-dək hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq, 2019-cu - ci il üzrə sərf edilmiş 2952 m3 qazın dəyəri (1200 m3 x 0,12 manat +1300 m3 x 0.20 manat +452 m3 x 0.25 = 517 manat) 517 manat; 2020 və 2021-ci illərin hər biri üzrə sərf edilmiş 8316 m3 qazın dəyəri ( 1200 m3 x 0,12 manat + 1300 m3 x 0,2 manat + 5816 m3 x 0,25 manat = 1858 manat) 1858 manat; 2022-ci il üzrə sərf edilmiş 4968 m3 qazın dəyəri isə ( 1200 m3 x 0,12 manat + 1300 m3 x 0,20 manat + 2468 m3 x 0,25 manat =1021 manat) 1021 manat, cəmi 5254 manat təşkil edə bilər. 2.İddiaçı tərəfindən 2019-ci ilin sentyabrından 2023-cü ilin dekabrına qədər cəmi 39,3 manat manat ödəniş edildiyini, və cavabdehə dəymiş zərərin məbləğinin 5424 manat təşkil edə biləcəyini nəzərə alsaq, iddiaçı tərəfindən ödənilməli olan borc məbəği 5424 manat - 39,3 manat = 5384,7 manat təşkil edər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qazdan istifadə Qaydaları»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tərəfin vermiş olduğu izahatından da göründüyü kimi iddiaçı təbii qazdan qeyri-qanuni istifadə etdiyini qismən olaraq etiraf edərək, müəyyən dövrdə təbii qazdan qeyri-qanuni istifadə etmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, sayğacdan kənar təbii qazdan istifadəsi ilə bağlı iddiaçıya 10952,50 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya akt əsasında 360 günə hesablamış məbləğ həddən artıq şişirdilmiş məbləğdir. Məhkəmə qeyd olunan sərfiyyatın daha az sərfiyyata hesablanmasını məqsədə müvafiq hesab edir. Bundan başqa abanentin saldosindan görünür ki, iddiaçının akt tərtib edildiyi dövrdə ümümiyyətlə qaz sərfiyyatı əks olunmur. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən 2019-ci ilin sentyabrından 2023-cü ilin dekabrına qədər cəmi 39,3 manat manat ödəniş edilmiş və cavabdehə dəymiş zərərin məbləğinin 5424 manat təşkil edə biləcəyini nəzərə alınarsa, iddiaçı tərəfindən ödənilməli olan borc məbəği 5424 manat - 39,3 manat = 5384,7 manat təşkil etmişdir. Digər aylara münasibətdə isə məhkəmə aktları qanuni hesab edir. Beləliklə məhkəmə iddianı akta görə hesablanmış 5568 manat hissədə qanuni və əsaslı hesab edir və qeyd olunan məbləğ Cavabdeh tərəfindən silinməlidir. İddianın 5384,7 manat hissədə isə əsassız hesab edir. Belə ki, iddiaçıya məxsus abanent saldosuna baxdıqda mübahisəli dövrdə iddiaçı qaz sayğacı vasitəsilə qaz sərfiyatı etməmişdir. Belə ki, qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd edilən borc məbləği ilə bağlı tərtib edilmiş aktlar iddiaçının iştiakı ilə tərtib edilməmiş və həmçinin həmin aktlar abonentə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə tərtib edilmiş aktlar əsasında dəymiş zərərlərin hesablanması və iddiaçıdan tələb olunması mövcüd olduğundan, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz abonent (iş üzrə iddiaçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə cavabdeh qurum tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair mötəbər sübutlar (məhkəmə tərəfindən sübutların təqdim edilməsinin təklif olunmasına baxmayaraq) məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən 2023-cü il tarixə sayğaca müdaxilə halı ilə bağlı aktlar tərtib edilsə də, cavabdeh tərəfindən ilkin tərtib edilmiş akt üzrə görülmüş tədbirlər nəticəsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərərlərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, iddiaçının abonent hesabına təbii qazdan “qeyri-qanuni” istifadə etməsinə əsasən tərtib edilmiş aktlar əsasında hesablanmış manat məbləğində borc silinməli, qalan məbləğ isə təbii qazdan istifadə etdiyinə əsasən hesablanmış borc olduğundan həmin borcun silinməsi hissəsində iddia təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunmaqla, iddianın qiyməti də 1000 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 75,68 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçının **********00671 saylı abonent koduna hesablanmış 5568 (beş min beş yüz altmış səkkiz) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 75,68 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Zaur Tağıyev