Məhkəmə qərarları › İş №2(003)-944/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-944/2025

18.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-944/2025 18.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1986-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X9 ilə 1983-cü ildə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur. Bu nikahdan doğulan xx.xx.1986-cı il təvəllüdlü övladı X6 xx.xx.2008-ci il tarixindən şizofreniya xəstəliyindən əziyyət çəkir. Ona şizofreniya paranoid forma, psixi qüsur halı ilə diaqnozu qoyulmuşdur. Uzun müddət müalicə almasına baxmayaraq bir nəticə olmur. Həmin xəstəliyə görə ona 1-ci dərəcə müddətsiz əlillik müəyyən olunmuşdur. X12 xəstəliyinin nəticəsi olacaq öz hərəkətlərinin mənasını dərk etmir. Daima kənar şəxslərin himayəsinə ehtiyacı vardır. Tam əmək qabiliyyətini itirmişdir. X8 himayəsindədir. Hazırda xəstə onunla bir yerdə qalır. Onun hər bir qulluğunu özü həyata keçirir. Bu səbəbdən istəyir onun üzərində qəyyum təyin oluna. Aynurə özünü idarə edə bilmir, danışıqlara adekvat reaksiya vermir, deyilənləri anlamır, eyni zamanda özü də fikrini ifadə etməkdə, düşündüklərini realizə etmək çətinlik çəkir. Daim üçüncü şəxslərin qayğı və nəzarətinə ehtiyacı var. Qızının psixoloji və əqli problemləri olmasına inanmaq istəmirdi və onun fəaliyət qabiliyyətsiz olmasını barədə düşünməmişdi. Lakin artıq bunu qəbul edib və onun fəaliyyət qabiliyyətsiz sayılması barədə müraciət etməli oldu. Çünki qızı özünü idarə edə bilmədiyinə, heç kimə, heç bir ətraf qıcıqlara cavab verə bilmədiyinə görə bu hal gündəlik məişətdə və hüquqi məsələlərdə onlara böyük problemlər yaradır. Qızı birinci qrup əlildir, təqaüd alır, zaman zaman təqaüdün verilməsi prosedurunda problemlər çıxır. Fiziki və psixi qüsurları, xəstəliyi səbəbilə heç bir notarial, hüquqi əməliyyatları yerinə yetirə bilmir. Asan Xidmət mərkəzləri, bütün dövlət və qeyri dövlət müəssisələri qızının şəxsən gəlməsini və ya qəyyumluğunun müəyyən olunmasını tələb edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin arayışının surətindən aydın olur ki, X6 birinci qrup müddətsiz əlildir. İş materiallarında olan ambulator, stasionar xəstənin tibb kartasından çıxarışın surətindən aydın olur ki, X4 şızofreniya paranoid forma, psixi qüsur halı diaqnozu qoyulmuşdur. İş materiallarında olan 1 saylı RPX-nın ambulator, stasionar xəstənin tibb kartasından çıxarışın surətindən aydın olur ki, X4 şızofreniya paranoid forma, dərin psixi qüsur halı diaqnozu qoyulmuşdur, kənar şəxslərin qulluğuna ehtiyacı var. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, atası X9, anası X1 olan xx.xx.1986-cı il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 1541 saylı rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs X3 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Xroniki ruhi xəstəliyi ilə əlaqədar X6 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti almayan... şəxs hesab edilməlidir. X7 onda müəyyən edilən Şizofreniya paranoid foma, psixi qüsur halı formasında xroniki psixi xəstəliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında müəyyən edildi ki, X3 “Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik” müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 1541 saylı rəyinə əsasən X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X6 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi onun həyat yoldaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X6 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X6 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.1986-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar