Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-947/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi Əliyev X5 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Əliyev X5 maraqlı şəxs Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinə və Maraqlı şəxs2nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Məmmədrza oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsində yerləşən 40 saylı fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənəddə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən X1, atası Əliyev X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra xx.xx.2024-ci il tarixdə Ərizəçi Məmmədrza oğlu məhkəməyə ərizə ilə müraciət edərək, onun əsl ərizəçi atası Əliyev X12 ilə əvəz edilməsinə razı olduğunu bildirmişdir. Daha sonra xx.xx.2024-ci il tarixdə Ərizəçi Məmmədrza oğlunun vəkili və nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək Ərizəçi Məmmədrza oğlunun əsl ərizəçi atası Əliyev X12 ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ayna Sultanova küçəsində yerləşən 40 saylı fərdi yaşayış evi atası Əliyev X8 məxsusdur. Həmin evə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda atasının adı X4 kimi yazılmışdır. Sənəddə göstərilən adın düzəldilməsilə bağlı Bakı şəhəri Xəzər rayonu İcra hakimiyyətinə müraciət etsə də, sonuncu səhvən yazılmış Məmmədəli adının Məmməd Rəhim adı kimi düzəliş olunması ilə bağlı məhkəmə orqanlarına müraciət etməyin məqsədəuyğun olmasını bildirmişdir. Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsində yerləşən 40 saylı fərdi yaşayış evi atasına məxsus olmasına baxmayaraq həmin evin özəlləşdirilməsi mübahisəli sənəddəki səhvin ucbatından mümkün olmamışdır. Bununla bağlı səlahiyyətli dövlət orqanına müraciət etsə də, sənəddə buraxılan səhv düzəldilməmişdir. Evin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportu isə başqa cür əldə etmək mümkün olmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsində yerləşən 40 saylı fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənəddə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən X1, atası Əliyev X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi Məmmədrza oğlunun vəkili və nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsində yerləşən 40 saylı fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda hüquq sahibi kimi “X4” qeydinin şəxsiyyət vəsiqəsində (AZE 00035746 nömrəli) qeyd edilən Əliyev X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Əliyev X5 vəkili və nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin ediməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinin və Maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxs Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinin və Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X11 izahat verərək bildirmişdir ki, o, ata tərəfdən Məmmədrəhimin nəvəsidir, Məmmədrza isə atasıdırı. Sözü gedən ev əvvəl babasın daha sonra isə atasının olub. Onların yaşadığı həyətdə iki ev var. O, 38 nömrəli evdə yaşayır. Digər ev nənəmə məxsus idi, lakin o, onu görməyib. Dediklərinə görə Məmmədrəhim 1942-ci ildə vəfat edib, lakin bu barədə dəqiq məlumat yoxdur. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirmişdir ki, onun atası evi N.Quliyevdə olmuş, A.Sultanova 38-də onun babasının evi olub, 40-da isə əmisi İsa yaşamışdır. Məmmədrəhim vəfat etməmişdən əvvəl 40 saylı evdə qalmışdır. Həmin evlər bir həyətin içində yan-yana olmuşdur. Məmmədrzanın evi 38-də olmuşdur. Məhkəmə ərizəçi tərəfi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatın mətnində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə baxılmışdır. İdarənin arxivində mövcud olan texniki pasport və şəxsiyyəti təsdiq edən sənəd arasında ata adında uyğunsuzluq mövcuddur. Belə ki, şəxsiyyəti təsdiq edən sənəddə ata adı “Məmməd Rəhim” olaraq göstərilsə də, texniki pasportda ata adı “Məmmədəli” kimi qeyd edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya tərqinin mövcuddur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə ə asən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixli məlumatın mətnində qeyd edilmişdir ki, Buzovna qəsəbəsi, A.Sultanova küçəsi, 40 saylı fərdi yaşayış evinə dair texniki pasportda ata adının səhvən X23 Məmmədəli yazılmasının düzəliş olunmasına köməklik göstərilməsi barədə Maraqlı şəxs2nə daxil olmuş ərizəyə baxılmışdır. Fərdi yaşayış evinə dair texniki pasportda səhvən yazılmış X23 Məmmədəli adının X23 Məmməd Rəhim adı kimi düzəliş olunması ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəuyğun hesab olunur. İş materiallarında olan Əzizbəyov rayon VVAQ tərəfindən verilmiş arayışın surətindən görünür ki, Əliyev X12 xx.xx.1937-ci ildə Azərbaycan SSR doğulmuşdur. Atası X6, anası X2r. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsi, 40 saylı evin texniki pasportu X3 adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsində yerləşən 40 saylı fərdi yaşayış evin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda Əliyev X5 ata adı “Məmmədəli” kimi qeyd edilmişdir. Mövcud sənədlərə “ata adı” fərqli göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında mövcud olan müəyyən sənədlərdə ərizəçinin ata adının “Məmməd Rəhim” olduğu halda “Məmmədəli” kimi qeyd edilməsi ərizəçi tərəfindən (mülkiyyət) hüquqlarının həyata keçirilməsinə maneəçilik yaradır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsində yerləşən 40 saylı fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda hüquq sahibi kimi “X4” qeydinin şəxsiyyət vəsiqəsində (AZE 00035746 nömrəli) qeyd edilən Əliyev X8 məxsus olması faktının müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsində yerləşən 40 saylı fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda hüquq sahibi kimi “X4” qeydinin şəxsiyyət vəsiqəsində (AZE 00035746 nömrəli) qeyd edilən Əliyev X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-947/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-947/2024
01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver