Məhkəmə qərarları › İş №2(003)-958/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-958/2021

26.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-958/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehna qarşı«borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən tərtib edilmiş 17.02.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və bu akt əsasında hesablanmış 2160 m3 təbii qaza görə borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən əsassız hesablanmış 216,0 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Quşçuluq sovxozu, ev 1, mənzil 202-də yaşayır. 2006-cı ildə onunla "Azəriqaz" İB arasında təbii qazdan istifadə ilə əlaqədar müqavila bağlanmış və bu müqavilə əsasında da onun yaşadığı evə təbii qaz verilmişdir. Həmçinin istifadə etdiyi təbii qaz xəttinə müvafiq sayğac da quraşdırılmışdır. 2006-ci ildən bu vaxta qədər təbii qazdan istifədə ilə əlaqədar heç bir borcu olmamışdır. Lakin təxminən 2019-cu ilin dekabr ayında təbii qaz sayğacının ekranında heç bir məlumatlar görünmədiyi üçün o, "Azəriqaz" İB-nin 104 qaynar xətt xidmətina zəng edərək məlumat vermişdir. Həmin gün təxminən gecə saat 12 radələrində cavabdeh təşkilatın nümayandələri bu sayğaca baxış keçirmiş və onu dəyişərək aparmışlar. Həmin sayğacın laboratoriyada müayinəsindən sonra bu sayğaca müdaxilə olunduğu qənaətinə gəlinmiş və bununla əlaqədar də ona müvafiq cərimə də yazmışlar. Həmin sayğacın dəyişdirilməsində və eyni zamanda ona baxış keçirilməsində onun iştirakı təmin edilməmişdir. Həmçinin bildirmək istəyir ki, onun tərəfindən həmin qaz sayğacına heç bir müdaxilə olmadığı halda, cavabdeh tərəfindən əsassız olaraq belə bir akt tərtib olunmuşdur. Həmin qaz sayğacı yaşadığı fərdi yaşayış evinin daxilinda yox, ümumi gediş-gəliş yolunda yerləşdiyi üçün hər hansı bir şəxs tərəfindən də həmin sayğacın zədələnməsi təbii bir haldır. Ona görə də hesab edir ki, cavabdehin tərtib etdiyi həmin akt və həmin akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, 19.02.2019-ci il tarixində "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanındakı qaz sayğacına baxış keçirilmiş, keçirilmiş baxışdan sonra həmin qaz sayğacı çıxarılmaqla ünvana başqa bir qaz sayğacı quraşdırılmış və daha sonra da qaz sayğacı istismara verilməklə bu barədə müvafiq akt tərtib edilmişdir. İddiaçı, tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində 19.02.2019-ci il tarixində tərtib edilmiş həmin aktı qanunsuz və əsassız hesab etdiyini bildirmiş, yekun nəticədə "Azəriqaz" İB tərəfindən itirilmiş təbii qazın dəyəri olaraq ondan tutulacaq 216 (iki yüz on altı) manat pul məbləğinin silinməsi barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. 19.02.2019-ci il tarixində "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən ünvan 1 istehlakçı (abonent) İddiaçı məxsus ünvana quraşdırılmış "İtron" tipli "G4" markalı 1002AQ**********1 zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu aşkar olunması onun özünün, yeni -İddiaçı iştirakı ilə aşkar edilmiş, fakt onun nəzərinə çatdırılmış və bu hal ******* nömrəli 19.12.2019-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Müvafiq aktın tərtibi zamanı İddiaçı tərəfindən hər hansı bir irad olmamış, heç bir pretenziya irəli sürülməmiş, aktda qeyd olunan xüsusati da öz imzası ilə təsdiq etmişdir. Abonent İddiaçı qanunsuz müdaxiləsi nəticəsində yarasız hala düşmüş qaz sayğacı daha sonradan yeni "ltron" tipli "G 4" markalı qaz sayğacı ilə əvəz edilərək labaratoriya müayinəsinə təqdim edilmişdir. "Azəriqaz" İB-nin 31.01.2020-ci il tarixli QSN-29/1710-03675-2 nömrəli aktına əsasən 1002AQ**********1 zavod nömrəli qaz sayğacının çıxış plastmas borusunun deşilmiş vəziyyətdə olması öz təsdiqini tapmışdır. Labaratoriya müayinə aktina əsasən 17.02.2020-ci il tarixində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması" haqqında akt tərtib edilmiş, istehlakçının mənzilində istifadə etdiyi "PQ-4" və "kombi" işlədici cihazlarına uyğun olaraq itirilmiş təbii qazın dəyəri 2160 m müəyyən edilməklə həmin tarixdə də hesabat tərtib edilmişdir. Tərtib edilmiş hesabata əsasən, abonent kodu **********02020 olan nömrəli istehlakçı İddiaçı yaşadığı ünvan üzrə qaz sayğacının hesabına «itirilmiş təbii qazın dəyəri» qismində 216 (iki yüz on altı) manat məbləğində pul hesablanmışdır. Abonent (istehlakçı) İddiaçı iştirakı ilə "Azəriqaz"İB-nin nümayəndələri tərəfindən 19.12.2019-ci il tarixdə ******* nömrəli tərtib edilmiş akt işin faktiki hallarını təsdiq edən, iş üzrə mötəbər və yazılı sübutdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmədə iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki iş materiallarında 19.12.2019-cu il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Xəzər rayonu, Buzovna qəsəbəsi, Quşçuluq sovxozu ünvanında “İtron” tipli “G 4” markalı 1002AQ**********1 nömrəli qaz sayğacının “giriş və çıxış yivli birləşmələrin deformasiya olunduğundan” qaz sayğacı yeni “İtron” tipli “G 4" markalı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan 17.02.2020–ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent İddiaçı məxsus qaz sayğacının klapanın işlək vəziyyətdə olmaması, yivli birləşmənin korruziyaya uğraması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh İB tərəfindən tərtib edilmiş 31.01.2020–ci il tarixli MSK–29/1710-03675/2 nömrəli aktın surətindən görünür ki, 1002AQ**********1 zavod nömrəli qaz sayğacının yivli birləşmələri korroziyaya uğrayıb. Klapan işlək deyil. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı cavabdeh təşkilata 216,0 manat qaz sərfiyyatına görə borcu vardır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin, dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 216,0 manat (2160 m3 x 0,10 manat = 216,0 manat) məbləğində borc dəyəri iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 216,0 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış və yalnız iddiaçının tələb etdiyi 216,0 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinəödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinəəsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2).Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent kodu **********02020 olan sayğaca hesablanmış 216,0 (iki yüz on altı) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar