Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-960/2024 03.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi (əri) X5, Cavabdeh X1, Cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı qızının cavabdeh X2 qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən heç bir ara məsafəsi saxlamadan,yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq onun obyektinə bitişik inşa edilmiş obyektin öz hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin artırılması ilə bağlı xx.xx.2024-cü il tarixli ərizə təqdim etmiş və ilkin iddia ərizəsindəki tələblərlə yanaşı cavabdeh X3 tərəfindən tikilmiş çardaq toyuq məhsulları dükanı və ət dükanının cavabdehin hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (əri) X8 göstərdi ki, Bakı şəhəri Maraqlı şəxs Başçısının xx.xx.2014-cü il tarixli 174 saylı sərəncamı ilə İddiaçı Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozunun ərazisində,Qala-Pirallahı yolunun sağ tərəfində layihə əsasında 54,7 kv.m-lik ticarət obyektinin tikintisinə icazə verilmişdir.xx.xx.2016-cı il tarixində işlər başa çatdığı üçün müvafiq komissiya tərəfindən obyektin istismara qəbul edilməsi haqqında tərtib edilmiş aktı Xəzər rayon İH Başçısı təsdiq etmiş və həmin vaxtdan hazıradək obyekt “Baytarlıq apteki” olaraq fəaliyyət göstərir. Təxminən 2019-cu ildə onun obyektinə bitişik, heç bir ara məsafəsi saxlamadan,onun etirazlarına məhəl qoymadan qeyri-qanuni olaraq cavabdeh tərəfindən mağaza tikilməsinə başlanmışdır. Nəticədə o obyektinin arxasına keçə bilmir. Cavabdeh tərəfindən tikilmiş mağazada buğda,arpa,ot,saman satılmaqla həmin məhsullar mağazanın qabağına tökülür və bununla da piyadaların yolu kəsilmiş,mağazanın ətrafı zibilliyə döndərilmişdir. Külək zamanı həmin zibillər onun işlətdiyi mağazaya dolur.Cavabdehin bu hərəkətindən Maraqlı şəxsnə şikayət edilmiş, əməkdaşlar tərəfindən əraziyə baxış keçirilmiş və Cavabdeh ərazidə təmizlik işləri aparılması tapşırılmış, ona isə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh X3 məhkəmədə göstərdi ki iddianı qəbul etmir. 1991-ci ildə həmin torpaq anası Fərzalıyeva Şümaləyə verilmişdir.Həmin torpaqda ev tikiblər və hasarları da var.İddiaçı 20 il sonra həmin əraziyə gəlib, qonşularla mübahisə edir, əsassız olaraq narazılıq edir.Əlavə olaraq qeyd etdi ki, ona məxsus obyekt iddiaçıya heç bir maneə törətmir.İddianın rədd olunmasını xahiş etdi. Cavabdehin vəkili Vəkil iddia ərizəsinə etiraz etmiş və göstərmişdir ki, tikililərin layihə sənədləri var.İddianın rədd olunmasını xahiş etdi. xx.xx.2024-cü il tarixli yerində baxış nəticəsində aydın oldu ki, obyektlər bitişikdi, ayrıayrı girişlərə malik olmaqla bir birinə maneə yaratmır.Eyni zamanda Cavabdeh aid obyektin piyadalar üçün hər hansı maneə yaratması halı qeydə alınmamışdır. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi barədə 3393 saylı xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, ünvan ünvanındaki qeyri-yaşayış sahəsinin yerləşdiyi 52 kv.m torpaq sahəsi illik 240 manat məbləğində icarəhaqqı ödəmək şərti ilə xx.xx.2022-xx.xx.2024-cü il tarixədək qüvvədədir. Tərəflərin birinin ərizəsi olmadığı halda müqavilə eyni müddətə uzadılmış hesab edilir. İş materiallarında olan tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının xx.xx.2016-cı il tarixli aktından görünür ki, İddiaçı məxsus ticarət obyekti istismara qəbul olunmuşdur. Xəzər RİH-in arxiv fondu üzrə xx.xx.2014-cü il tarixli,174 saylı sərəncamın təsdiq edilmiş ksero surətindən görünür ki, İddiaçı ünvan ərazisində,Qala-Pirallahı yolunun sağ tərəfində istifadəsində olan torpaq sahəsində layihə əssasında ticarət obyektinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov tərəfindən göndərilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, Cavabdeh təmizlik işləri aparılması tapşırılmış, X8 və İddiaçı isə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli,3-16-16/2-10/4722 nömrəli ekspert rəyindən görünür ki, X4 tərəfindən inşa edilmiş tikili müvafiq icazəverici sənədlər olmadığından Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara uyğun deyil.İddiaçı tərəfindən inşa edilmiş tikili Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara uyğundur.Tədqiq olunan tikililər bir birindən təcrid olunmuş şəkildə yerləşməklə yanaşı ayri-ayrılıqda giriş-çıxış qapılarına malikdirlər.Lakin Cavabdeh tərəfindən inşa edilmiş tikilinin hər hansı şəxsə maneəçilik törədib-törətməməsinin müəyyən edilməsi tikinti-texniki ekspertizanın həll etdiyi məsələ deyil. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.5-ci maddəsinə əsasən “sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı tərəfindən sökülür”. Həmin Məcəllənin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin fərmanının 4.10-cu maddəsinə əsasən, “...95.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir”. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarından görünür ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.” Məhkəmədə müəyyən olundu ki, iddiaçı tərəfindən Fərzalıyev Ruslana qarşı obyektlərin öz hesabına sökülməsi tələbi qoyulmuşdur. Məhkəmə araşdırması və yerində baxış nəticəsində Fərzalıyev Ruslanın obyektinin İddiaçı və piyadalara hər hansı maneə və narahatlıq törətməsi aşkar olunmamışdır. Eyni zamanda qanunvericilikdə obyektlərin Fövqəladə Hallar Nazirliyi tərəfindən sökülməli olması öz əksini tapmışdır. Belə olan halda, İddiaçı həmin obyektlərin sökülməsi üçün iddia verməklə bağlı subyektiv hüquqa malik deyil. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin oluna bilməz. Eyni zamanda Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləği iddia əsassız olduğuna görə İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qızının cavabdeh X2 qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 150 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-960/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-960/2024
03.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver