Məhkəmə qərarları › İş №2(003)-963/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-963/2023

19.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-963/2023 19.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh Həsənağa oğlunun, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Yarməmmədova Fatimeyi-Zəhra Davud qızının iştirakı ilə, İddiaçı cavabdehlər İddiaçı və Cavabdeh Həsənağa oğluna, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru və Maraqlı şəxs qarşı “bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər İddiaçı və Cavabdeh Həsənağa oğluna, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru və Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7 saylı notariusda daşınmaz əmlakın bağışlanma müqaviləsini xx.xx.2022-ci ildə və onun əsasında verilmiş xx.xx.2022-cı il tarixli 1 saylı Bakı şəhər Ərazi İdarəsinin qeydiyyat nömrəsi ********* X3 adına verilmiş çıxarış etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə onun adına ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m mənzili xx.xx.2020-cı ildə 1 saylı Bakı şəhər Daşınmaz Əmlak idarəsindən çıxarış almış, 112002154-1 qeydiyyat nömrəli çıxarışa əsasən onun adına rəsmiləşdirilmişdir. 2017-ci ildən Kooperativə ödənilən pulları mənzilin borcu X2 tərəfindən ödənilmişdir. Onun razılığı olduğu yerdə həmin andan X2 oğlu Aydın və qızı Aygün ixtiyarına vermişdir. Sədaqət rəhmətə gedən gününə kimi həmin mənzildə yaşamışdır. 2020-cı ildə bütün özəlləşdirmə, çıxarışın onun adına alınmasına, bütün rüsumları Sədaqətin qızı Aygün ödəmişdi. Hətta 2017-ci ildən 95% mənzilin Kooperativə ödənən pulların Maraqlı şəxs tərəfindən ödənilmişdir. Belə oldu ki, çıxarışı alandan sonra anası Sədaqətin adına rəsmiləşdirmə üçün külli miqdarda pul lazım olduğu üçün hələlik təxirə salınmağını Aygün xanım tərəfindən təklif olundu. Aygün ona bildirdi ki, xarici ölkəyə gedib bir müddət işləyib, pul toplayıb göndərər anasının adına, yəni Sədaqət xanımın adına alqı-satqı ilə sənədləşdirərlər. Bir müddətdən sonra 2021-ci ilin dekabr ayında Aygün xanım ona zəng elədi ki, dayısı Cavabdeh Həsənağa oğlu rəhbərliyi ilə göndərdiyi pulla notariusa gedib anası X2 adına rəsmiləşdirərsən. O da Cavabdeh Həsəmıga oğlunun dediklərinə əməl edərək, ondan istədiyi sənədləri təqdim edərək, ona bildirdi ki, 7 saylı notariusa xx.xx.2022-cİ ildə, səhər saat 10-da olmağını bildirmişdir. O, bütün sənədləri həmin notariusda imzalamışdır. Bir qəpik də pul Cavabdeh Həsənağa oğlundan almadan, evə qayıtmışdır. Orda nələrin baş verməyindən, Cavabdeh hərəkətlərindən xəbərsiz olmuşdur. Hal-hazırda ona məlum olmuşdur ki, Cavabdeh Həsənağa oğlu onu aldatmış, söz verdiyi X1 adına rəsmiləşdirmədiyini və bıı səbəbdən ağır xəstəlik keçirmiş bacısı Sədaqət xanımı aldadaraq və onu aldadaraq öz adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, mübahisəli ev onun olub. 2017-ci ildə evi Aygünə satmışdır. Aygün evin ödənişini hər ay etmişdir. Sonradan Aygün ona demişdir ki, evin onun anasının adına rəsmiləşdirsinlər. Mübahisəli evin alqı-satqısı zamanı müəyyən xərclər olduğundan, Aygün həmin evi bağışlama yolu ilə anasının adına rəsmiləşdirilməsin bildirmişdir. Notariat orqanında o, Aygünün dayısı ilə getmiş və müəyyən sənədlərə qol çəkmişdir. Lakin bağışlamanın kimin adına olmasından onu xəbəri olmamışdır. Cavabdeh Həsənağa oğlu məhkəmə iclasında bildirdi ki, Aygün onun bacısının qızıdır. Mübahisəli ev onun bacısının evi idi. Evin pulunu mərhum bacısı verib alıb. Bacısına o baxıb. Aygün anasını atıb gedib. Bacısı sağ olanda Aygün evə gəldi, lakin bacısı evə buraxmadı. Mərhum ona demişdir ki, evi ona verir. Ona görə də, o, bacısının pul verərək aldığı evi özünə bağışlatmışdır. İş materiallarına əlavə olunmuş CD diskdə olan səs yazının ona məxsus olduğunu bildirdi. O, aygündə pulu bacısı Sədaqətə baxdığı üçün istəmişdir. Çünkü Aygün xaricdə yaşayırdı və anasına baxmırdı. O, bacısna baxırdı. Ona görə də evi Aygünə qaytarmaq üçün ondan çəkdiyi xərclərin əvəzi olaraq pul istəmişdir. Əvvəlki məhkəmə iclasında işirak edən Cavabdeh Həsənağa oğlunun nümayəndəsi X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, mübahisəli evi onun bibisi alıb. Aygün anasını atıb getmişdir. Mübahisəli evdə bibisi aygünün qızı ilə yaşayırdı. Bibisi evi onun atasına, yəni öz qardaşına bağışlayıb. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxs Maraqlı şəxs məhkəməyə bildirdi ki, o, mübahisəli evdə ailəsi ilə birlikdə yaşayır. Evi 2014-cü ildə Ramiz alıb. O, həmin evi 2017-ci ildə Ramizdən alıb. Evin pulunu kredit kimi aybaay ödəyib. O, işləməyə xarici ölkəyə getmişdi. Ona dedilər ki, 4000,0 manat pul versin evi anasının adına keçirtsinlər. O, evin sənədləşmə işlərinin aparılmsını və evin anasın adına keçirilməsini dayısınbdan xahiş etmişdir. Lakin cavabdeh olan dayısı evi öz adına keçirmişdir. O, qızı və anası həmin evdə yaşayırdılar. Anası ölüb. O, cavabdehdən həmin evi hansı əsasla öz adına rəsmiləşdirdiyini bilmir. O evi onun adına rəsmiləşdirməyi xahiş etdikdə,sonuncu əgər ev satılarsa ondan 20000,0 manat, yox öz adına rəsmiləşdirəcəksə 10000,0 manat pul istəmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Yarməmmədova Fatimeyi-Zəhra Davud qızı məhkəməyə verdiyi izahatında bildirdi ki, mübahisəli ev onun anası tərəfindən alınınb. O, mərhum nənəsi ilə həmin evdə yaşayıb. Mübahisəli evin vcavabdehə heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadəsində göstərmişdir ki, Ramizlə 2022-ci ildə 7saylı Notariat ofisində tanış olub. O, həmin vaxtadək Ramizi tanımayıb. O, ceyhunu uzun müddətdir kmi, tanıyır. Hətta Ceyhun ona borcuda olub. O, Ramizlə ceyhun yanında olanda notariat kontorunda tanış olub. Həmin vaxt Ceyhun ona dediki, bacısı Ramizdən evə alıb, ona görə həmin evin sənədləşmə işləri aparılır. Ceyhun orda ona bildirdi ki, bacısı Sədaqət deyib evi Sədaqətin adına rəsmiləşdirim. Digər şahid X4 ifadəsində göstərdi ki, Ramiz onun dayısı oğlu, Aygün isə əmisiqızıdır. O, mübahisəli evin yerləşdiyi binada qalır. O, o vaxt Aygünlə Sədaqətə təklif edib ki, gəlib oradan ev alsın. X15 alıb. Ev alınan gündəbdə həmin evdə Aygünün anası Sədaqət və Aygünün qızı birgə yaşayıblar. Sədaqətin qızı ilə heç bir problemi yox idi. Ramiz mübahisəli evi Sədaqətə bağışlamalı idi. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2942B, mənzil 125 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinksi küçəsi, 268, M4, m6) xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamışdır. İşdə olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2942B, mənzil 125 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinksi küçəsi, 268, M4, m6) xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci ildə ölmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş (dinlənilmiş) iş üzrə tərəflər arasındakı danışıqların əks olunduğu CD diskdə: Ceyhun adlı şəxs bildirir ki, əmlakı 100.000,0 manata sata bilsə, ondan 20.000,0 özünə götürüb qalanını Aygünə verəcək. Xanım dayısından birdən evi satmaq istəməsə, öz adına keçirmək istəsə ondan nə qədər istəyəcəyini soruşanda digər şəxs 10- 15000 manat pul tələb etdiyini bildirir. Bundan sonra o, Aygünə müraciət edərək deyir ki, ev sənindir, həmin evdə də yaşayırsan, mənə nə vaxt zəng etsən gəlib evini istədiyin adamın adına keçirəcəm. İşin hallarından və iddia tələbindən görünür ki, iddiaçı, öz mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2942B, 125 nömrəli mənzili (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinksi küçəsi, 268, M4, m6) xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh bağışlamışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərək həmin bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş edir. İddiaçı öz tələbini onunla əsaslandırır ki, sözügedən bağışlama müqaviləsi bağlanarkən niyyəti əmlakı Maraqlı şəxs özgəninkiləşdirmək olmuşdur. Mübahisəli ev İddiaçı olmuş və o həmin evin dəyəri tam almaqla satmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli evin tam dəyəri ödənilməklə İddiaçı alınmış, eyni zamanda Cavabdeh evi alınması üçün hər-hansı vəsait ödəməmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, mübahisəli evi Aygün deyil, cavabdehin bacısı Sədaqət almışdır və qızını sevmədiyinə görə həmin evi Ceyhuna bağışlamaq istəmiş və İddiaçı Sədaqəti istəyinə görə evi Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5. maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun çoxsaylı qərarlarında əqdin etibarlılıq şərtləri ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Hər hansı müqavilənin sırf görünüş üçün bağlanması ilə bağlı nəticəyə gəlinməsi üçün isə zəruri olan hal tərəflərin müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmamasıdır. Məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun mülki Məcəllənin 340.2-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Məhkəmə, iddianı araşdıraraq iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı öz əmlakının dəyrini Maraqlı şəxs tam almaqla, hər hansı tanışlığı olmayan və hazırda həmin əmlakda yaşayan Maraqlı şəxs dayısı Cavabdeh bağışlaması həmin müqavilənin başqa əqdi pərdələmək məqsədi ilə bağlanmasına dəlalət edir. Bağışlama müqaviləsi əvəzsiz bağlanan müqavilə olmaqla, mənəvi dəyərlərə malik müqavilədir. Ona görə ki, müqavilə tərəfi kimi hədiyyə verən öz əmlakını digər şəxsə - hədiyyə alana verməklə onu zənginləşdirir, bunun müqabilində isə özü üçün heç bir əvəz almır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı ilə Cavabdeh arasında bağışlama müqaviləsi bağlanan zaman onların arasında mənəvi dəyərlərə əsaslanan münasibətin olmadığı müəyyən edilmişdir. Belə ki, işin hallarından və hər iki tərəfin izahatından görünür ki, onlar müqavilədən əvvəl ümumiyyətlə bir-birini tanımamışdır. Cavabdeh bağışlama müqaviləsini bacısının tapşırığı ilə bağladığını, müqavilə bağlanarkən hər iki tərəfin niyyətinin notariat rüsumundan azad olmaq üçün bağışlama şəklində əslində alqı-satqı etmək olduğunu, əmlakın dəyərinin bacısı tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə iclasında tərəflər müqaviləni vahid niyyətlə bağlamadıqlarını nümayiş etdirmişlər. Belə olan halda, iddiaçının mübahisəli daşınmaz əmlakı heç bir əvəz almadan tanımadığı şəxsə – Cavabdeh bağışlamaq istəyində olması ağlabatan deyil. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin hər biri izahat verərək bildirmişdir ki, mübahisəli əmlak İddiaçı haqqı ödənilməklə əldə edilmişdir. Göründüyü kimi müqavilənin motivi bağışlama deyil, mübahisəli əmlakın alqı-satqı müqaviləsidir. Beləliklə, iddiaçının və cavabdehlərin izahatları, işin digər materialları məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında mübahisəli əmlak ilə əlaqədar bağlanmış bağışlama müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış əqddir. Beləliklə, iş üzrə müəyyən olunur ki, müqavilə tərəflərinin əsas niyyəti alqı-satqının həyata keçirilməsi, həmçinin həmin alqı-satqının Cavabdehlə deyil, əslində evin dəyərini ödəyən Aygünlə həyata keçirilməsi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əslində başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış müqavilədir. Belə ki, iddiaçı və cavabdeh Maraqlı şəxs hər ikisinin izahatları ilə müəyyən edilir ki, mübahisəli əmlakın alqı-satqısı onlar arasında həyata keçirilmiş, Maraqlı şəxs hazırkı vaxtadək həmin ünvanda yaşayır. Digər Cavabdeh də əmlaka dair haqq ödəmədiyini etiraf edərək, müqavilə üzrə özünün “alıcı” kimi çıxış etməsini bacısının bunu ona tapşırması ilə əsaslandırmış, lakin öz etirazına dair hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Tərəflərin izahatları və işin hallarından görünür ki, iddiaçı müqavilə bağlanarkən əmlakı Maraqlı şəxs xeyrinə özgəninkiləşdirmək niyyətində olmuşdur. Bu hal, yəni mübahisəli evin İddiaçı dəyəri ödənilməklə alınmasının, Cavabdeh isə müəyyən pul müqabilində həmin evin Aygünə qaytara bilməsi, eyni zamanda həmin evin Aygünə məxsus olmaqla sonuncunun orada yaşaması məhkəmə iclasında tədqiq edilmiş (dinlənilmiş) iş üzrə tərəflər arasındakı danışıqların əks olunduğu CD diskdə olan Cavabdehlə Maraqlı şəxs arasında olan danışıqlardan da müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlandığından, əslində iddiaçının mübahisəli evi satmaq məqsədi ilə tərəfə bağışladığından, eyni zamanda cavabdehin əslində həmin müqavilənin tərəfi olmamaqla onun həmin evlə hər-hansı bağlılığı olmadığından xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab olunmalıdır. Məhkəmə hesab edir ki, əmlakın özgəninkiləşdirilməsi barədə müqavilə etibarsız hesab edildiyindən, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da etibarsızdır. Odur ki, Cavabdeh adına verilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 7 saylı Notariat ofisində bağlanmış xx.xx.2022ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh adına verilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar