Məhkəmə qərarları › İş №2(003)-965/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-965/2024

10.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-965/2024 10.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə üçüncü şəxs, qarşılıqlı iddia üzrə iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 31 saylı notariat ofisinə və Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı X8 üçüncü şəxs qismində cəlb edilməklə "vəsiyyətnamənin ləğv edilməsi barədə qeydin etibarsız hesab edilməsi və vəsiyyətnamənin qüvvədə olmasının müəyyən edilməsi" tələbinə, iddiaçı X1 cavabdeh İddiaçı qarşı "mənzilə daxil olmağa mane olan hərəkətlərə son qoyulması və mənzilin açarlarının qaytarılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 31 saylı notariat ofisinə və Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı X8 üçüncü şəxs qismində cəlb edilməklə "vəsiyyətnamənin ləğv edilməsi barədə qeydin etibarsız hesab edilməsi və vəsiyyətnamənin qüvvədə olmasının müəyyən edilməsi" tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X11 tərəfindən Bakı şəhəri, Sabuçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, ev 5, mənzil 13-də yaşayan X3 Bakı şəhəri 31 saylı notariat ofisində 2V-26 reyestr nömrəsi ilə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsini və Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-422 reyestri ilə İddiaçı Qaraəli qızına verilmiş vəsiyyətnamənin 31 saylı Notariat ofisi tərəfindən ləğv edilməsi barədə qeydin etibarsız hesab edilməsini və həmin vəsiyyətnamənin qüvvədə olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşamış (aldıqları məlumata görə vəfat edib) X11 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-422 reyestri ilə ölən günədək həmin şəxsə məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzilini ünvan 2 ünvanında yaşayan İddiaçı vəsiyyət etmiş və İddiaçı həmin evin qeydiyyatına almışdır. T.Petrovna adıçəkilən ünvanda yaşlı bacısı ilə birlikdə yaşamışdır. Onun əri və uşaqları hal-hazırda Azərbaycan Respublikasının ərazisindən kənarda, yəni Rusiya Federasiyasında yaşayırlar. T.Petrovna və T.Petrovnanın bacısı həm yaşlı, həm də xəstə olduqları üçün onlara uzun müddət İddiaçı qulluq etmişdir. Qeyd olunanlar qonşuların da ifadələri ilə təsdiq oluna bilər. 2022-ci ilin sonlarına yaxın T.Petrovnanın sağlıq durumunda ciddi problemlər yaşanmışdır. T.Petrovna onunla birlikdə yaşayan bacısının vəfat etdiyini anlaya bilmirdi. 2023-cü ilin yanvar ayının son 10 günündə özlərini T.Petrovnanın qohumları kimi təqdim edən (onun tanımadığı və görmədiyi) şəxslər T.Petrovnanı ziyarət etməyə gəlmişlər və mövcud vəziyyətlə əlaqədar olaraq T.Petrovnanı xəstəxanaya yerləşdirmək qərarına gəlmişlər. 30 yanvar 2023-cü il tarixdə İddiaçı təcili tibbi yardım stansiyasına müraciət etmiş və T.Petrovna xəstəxanaya yerləşdirilmişdir. İddiaçı T.Petrovnanın xəstəxanada olduğu müddət ərzində T.Petrovnaya mütəmadi olaraq baş çəkmiş, T.Petrovnanı qida ilə təmin etmiş və T.Petrovnanın paltarını təmizləmişdir. İddiaçı T.Petrovnanın mülicəsini aparan həkimdən T.Petrovnanın səhhəti barədə maraqlandıqda həkim xəstənin vəziyyətinin pisləşməyə doğru getdiyini, xəstənin nitqi tutulduğuna görə xəstənin nə demək istədiyinin anlaşılmadığını bildirmişdir. Təxminən iki həftə sonra özlərini T.Petrovnanın qhumları kimi təqdim edən şəxslər T.Petrovnanı oğlunun yanına, yəni Rusiya Federasiyasına aparacaqlarını bildirərək T.Petrovnanı xəstəxanadan xərəkdə çıxarmışlar. Bu prosesdə Anar, Validə, Validənin qızı Əsmərlə bərabər xəstəxanaya yaxın ərazidə yerləşən 4 nömrəli polis şöbəsinin əməkdaşı da iştirak etmişdir.Bir müddət sonra İddiaçı Əsmər adlı xanımın tələbi ilə T.Petrovnaya aid xarici pasport və pensiya kartını Əsmər adlı şəxsə təqdim etmişdir.T.Petrovna ona məlum olmayan şəxslər tərəfindən Rusiya Federasiyasında yaşayan oğlunun yanına aparılmışdır. İddiaçı həyat yoldaşının vasitəsi ilə T.Petrovnanın oğlu ilə telefon əlaqəsi saxlamış, T.Petrovnanın səhhəti ilə bağlı həmin şəxsin oğlundan məlumat almışdır. T.Petrovnanın oğlu anasının vəziyyəti ilə bağlı İddiaçı məlumat vermiş və onlara göstərdikləri xidmətə görə təşəkkürünü bildirmişdir. Lakin T.Petrovnanın özü ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı İddiaçı yaşadığı ünvana gələrək T.Petrovnaya aid olan mənzilin açarlarını tələb etmiş, buna səbəb kimi T.Petrovnanın İddiaçı verdiyi vəsiyyətnamənin ləğv olunduğunu, həmin mənzilin digər şəxsə vəsiyyət edildiyini bildirmişdir. Mənzilin kimə vəsiyyət edildiyi barədə polis əməkdaşına sual verilən zaman polis əməkdaşı vəsiyyət edilən şəxsin aşağıda gözlədiyi haqqında məlumat vermişdir. Əslində T.Petrovnaın belə bir niyyəti olmamış və yalnız İddiaçı güvəmdiyini dəfələrlə qeyd etmişdir. Nitqi tutulan, hərəkət edə bilməyən, nə danışdığı və nə dediyi başa düşülməyən şəxs müəmmalı şəkildə mülkiyyətində olan mənzili Bakı şəhəri 31 saylı notariat ofisinə, digər şəxs vəsiyyət edə bilməz. Qeyd olunan hallarla bağlı 12 sentyabr 2023-cü il tarixdə aidiyyəti üzrə Bakı şəhəri 31 saylı Notariat ofisinə sorğu göndərilmişdir. Sorğuya cavab gəlmədiyinə görə o, adıçəkilən notariat ofisi ilə əlaqə saxlamağa çalışmış, lakin heç bir nəticə olmamışdır. Onun aldığı məlumata əsasən Bakı şəhəri 31 saylı Notariat ofisinin səlahiyyəti Bakı şəhəri 25 saylı Notariat ofisinə verilmişdir. Lakin onlara adıçəkilən notariat ofisinin fəaliyyətinin hansı səbəbdən dayandırılması ilə bağlı hər hansı bir məlumat verilməmişdir. Məlum məsələ ilə bağlıyenidən aidiyyəti üzrə 25 saylı Notariat ofisinə yenidən sorğu göndərilmişdir. Adıçəkilən notariat ofisindən təqdim olunan sənədlərdən görünür ki, Taisa Petrovna tərəfindən 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-422 reyestri ilə İddiaçı verdiyi vəsiyyətnamə 31 nömrəli Notariat ofisi tərəfindən ləğv edilmişdir. X10 məlum vəsiyyətnaməsini ləğv etməsi ilə bağlı razılığını harada və hansı şəraitdə verdiyi müəmmalıdır. Vəsiyyətnamənin ləğv olunması ilə bağlı təqdim olunan sənəddə Taisa Petrovnanın şəklinin hansı şəraitdə və harada çəkildiyi müəmmalıdır. İddiaçı X1 cavabdeh İddiaçı qarşı "mənzilə daxil olmağa mane olan hərəkətlərə son qoyulması və mənzilin açarlarının qaytarılması" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 ünvan 4 ünvanında yerləşən 47 saylı (yeni qaydaları: AZ 1134, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 33, M6, m1) mənzilə daxil olmasına mane olan qanunsuz hərəkətlərinə son qoyulmasını və X3 mülkiyyət hüququ üzrə məxsus olan mənzilin açarlarının qaytarılması (təhvil edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəh., 9-cu mikrorayon., Mir Cəlal küçəsi., ev 7, 47 №li mənzil mülkiyyət hüququ üzrə X9 məxsus olmuşdur. Taisa Osipova 86 yaşında qoca qadın idi. xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisində X11 özünə məxsus olan bütun daşınar və daşınmaz əmlakını vətəndaş İddiaçı Qaraəli qızına vəsiyyət etmişdir. Həmin vəsiyyətnamənin əsasında Miriyeva X5 Taisa Petrovnaya mülkiyyət hüququ üzrə məxsus olan mənzildə qeydiyyata düşmüşdür. X13 Osipova Taisə yaxşı baxmamış və Osipova Taisə qulluq etməmişdir. Bu səbəbdən 17 fevral 2023-cü il tarixdə Bakı şəhəri 31 saylı notariat ofisində X16 Miriyevanın adına verilmiş etibarnaməni ləğv etmiş və Osipova Taisə mülkiyyət hüququ üzrə məxsus olan bütün əmlakı üçün X1 adına vəsiyyətnamə vermişdir. Eyni zamanda Taisa Osipova müxtəlif dövlət və digər qurumlarda təmsil olunmaq üçün Əsmər Dadaşovanın adına etibarnamə vermişdir. Əsmər Dadaşovanın anası Validə xanım Taisa Osipovanın ana tərəfdən qohumudur. Nobar X4rşı pis münasibəti və rəftarı ilə Taisa Osipovanı son dərəcə ağır fiziki vəziyyətə salmışdır. Taisa Osipovanın tibbi yardıma ehtiyacı var idi. Lakin İddiaçı ona bu yardımı göstərməmişdir. İddiaçı həkim çağırmamış, lazımi dərmanlar almamışdır. Taisa Osipova müalicə olunmamışdır. Rusiyada yaşayan Taisa Osipovanın oğulları bundan xəbər tutmuşlar. Onlar anasının Bakı şəhərində yaşayan qohumu Validə xanıma müraciət etməyə məcbur olmuşlar. Validə xanım və qızı X14 Osipovanın mənzilinə gələrək onun qaranlıq otaqda, çirkli çarpayıda heç bir qayğı olmadan tək yatdığını görmüşlər. T. Osipovanın bütün bədəni yataq yaraları və sıyrıqlarla örtülmüşdü. Osipovaya təcili kliniki yardım lazım idi. Buna görə də Validə xanım və Əsmər Dadaşova T.Osipovanı Bakıdakı özəl klinikalardan birinə yerləşdirmişlər. Burada o, lazımi tibbi müayinədən keçmiş və ona müalicə təyin edilmişdir. Bir müddət sonra T.Osipovanın fiziki vəziyyəti yaxşılaşmışdır və T.Osipova klinikadan evə buraxılmışdır. Əsmər Dadaşova və Validə xanım T.Osipovanı klinikadan öz evlərinə aparıb orada ona qulluq etməyə davam etmişlər. T.X6 adına vəsiyyətnaməni ləğv etmək və Əsmər Dadaşovanın adına vəsiyyətnamə tərtib etmək arzusunda olduğunu bildirmişdir. 17 fevral 2023-cü il tarixdə X17 Dadaşova və Validə xanımla birlikdə Bakı şəhəri 31 saylı notariat ofisinə getmişlər. Burada Taisa X6 adına verilmiş vəsiyyətnaməni ləğv edərək yeni vəsiyyətnamə tərtib etmiş, bütün daşınar və daşınmaz əmlakını Əsmər Dadaşovanın adına vəsiyyət etmişdir. T.Osipovanın vəziyyəti xeyli yaxşılaşdıqdan sonra övladlarının xahişi ilə Validə xanım və Əsmər Dadaşova onu təyyarə ilə Rusiyaya yola salmışlar. 2023-cü il oktyabrın sonunda məlum olmuşdur ki, T.Osipova 2023-cü il aprelin 18-də Rusiyada uşaqlarının evində dünyasını dəyişib. 28 oktyabr 2023-cü il tarixdə Əsmər Dadaşova poçt vasitəsilə Taisa Osipovanın ölüm haqqında şəhadətnaməsini almışdır. Bundan sonra Əsmər Dadaşova 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində yerləşən notariat ofisində vəsiyyətnaməyə əsasən vərəsəlik haqqında şəhadətnamə almışdır. Bunun əsasında AR ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ünvan 4, 47 №li mənzilə (yeni qaydaları: AZ 1134, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 33, M6, m1) öz adına çıxarış almışdır. Beləliklə, Əsmər Dadaşova qanuni əsasla T.Osipova tərəfindən Əsmər Dadaşovanın adına verilmiş vəsiyyətnamə əsasında miras qalmış mənzilə vərəsəlik, daha sonra mülkiyyət hüququ əldə etmişdir. Lakin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əsmər Dadaşovanın mülkiyyət hüququ üzrə məxsus ünvan 4, 47 №li mənzildən (yeni qaydaları: AZ 1134, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 33, M6, m1) sərbəst istifadəsinə mane olur. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyət hüququ üzrə Əsmər Dadaşovaya məxsus olan 47 №li mənzilin açarı özündə saxlayır və mənzilin mülkiyyətçisi Əsmər Dadaşovanı mənzilə buraxmır. Bununla, qarşılıqlı iddia üzrə iddiaçı Əsmər Dadaşovanın Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş mülkiyyət hüququ tam pozur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, qonşu kimi X2yğısına qalmışdır. Nümayəndə əlavə olaraq qeyd etmişdir ki, X7 İddiaçı verdiyi vəsiyyətnamənin ləğv edilməsi barədə qeydinin videogörüntüsü mövcud olmadığına, bunun “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə uyğun olmadığına görə həmin qeyd ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş X1 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri 31 saylı notariat ofisinə və Bakı şəhəri 25 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri 31 saylı notariat ofisi və Bakı şəhəri 25 saylı notariat ofisi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə Bakı şəhəri 31 saylı notariat ofisinin və Bakı şəhəri 25 saylı notariat ofisinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9A mikrorayonda istifadədə olan 0,0666 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 9 mərtəbəli binada yerləşən 50,91 kv.m. ümumi, 29,11 kv. m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 47 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 544 nömrəli reyestr kitabının 50125 nömrəli vərəqində qeydiyyata alınmışdır. ƏN-İ seriyalı, 917287 nömrəli, 05 may 2022-ci il tarixli, xx.xx.2032-ci il tarixədək qüvvədə olan etibarnamənin surətindən görünür ki, X11 İddiaçı onun adından müəyyən hərəkətlər etməyi etibar etmişdir. X7 3 saylı bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisində notariat qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilə İddiaçı daimi qeydiyyata alınmasına etiraz etmir. 06 may 2022-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11 ölən günədək ona məxsus olan və ünvan 5 ünvanında yerləşən mənzilini ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir. X7 ünvan 7 ünvanladığı, 17 fevral 2023-cü il tarixli, notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisində xx.xx.2022-ci il tarixdə 2V-422 reyestrlə təsdiq olunmuş və onun tərəfindən imzalanmış vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün ləğv edilməsi xahiş edilmişdir. 17 fevral 2023-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını X3 vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 31 saylı notariat ofisində sənədlərdə imzanın həqiqiliyinin təsdiq edilməsi notariat hərəkətinin rəsmiləşdirilməsi zamanı qeydə alınmış videogörüntülərin təqdim olunmaısna dair müraciətə xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, müşahidə kameralarında yaddaş diskinin saxlanılma müddəti 45 gün olduğundan xx.xx.2023-cü il tarixli yazılış yaddaşda saxlanılmamışdır. İ-КМ seriyalı, 561309 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 18 aprel 2023-cü il tarixdə Sevastopol şəhərində ölmüşdür. Əmlak Məsələləri Dövlət Xdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 (Yeni qaydalarla: AZ1134, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 33, M6, m1) xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 5 (Yeni qaydalarla: AZ1134, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 33, M6, m1) X7 mülkiyyətində olmuşdur. X11 həmin mənzili 06 may 2022-ci il tarixli vəsiyyətnamə ilə İddiaçı vəsiyyət etsə də, 17 fevral 2023-cü il tarixdə həmin vəsiyyətnaməni ləğv etmiş və 17 fevral 2023-cü il tarixli vəsiyyətnamə ilə bütün daşınar və daşınmaz əmlakını X3 vəsiyyət etmişdir. Yuxarıda göstərilən mənzil xx.xx.2023-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.1-157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 1220-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; notariat orqanına ərizə verməklə; vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə həmişə dəyişdirə və ya ləğv edə bilər. 1225-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1230-cu maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən notariat hərəkətləri qanunvericiliyə əsasən dövlət notariusunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinin müvafiq yerdə aparmalı olduğu hallar istisna edilməklə, Azərbaycan Respublikasının bütün ərazisində aparıla bilər. Notariat hərəkətləri notariat ofisində, müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır. Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu və haqlar ödənilməklə notariat hərəkətləri notariat ofisindən kənarda da aparıla bilər. Şəxs notariat ofisinə gələ bilmədiyi hallarda verilmiş bildiriş əsasında notariat hərəkətinin aparılması vaxtı (tarix və saat) razılaşdırıldıqdan, dövlət rüsumu və haqq ödənildikdən sonra bu Qanunla müəyyən edilmiş notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla bilər. Notariuslar müvafiq icra hakimiyyəti orqanının “Elektron notariat” informasiya sistemindən istifadə edirlər. İddiaçı cavabdehlər Bakı şəhəri 31 saylı notariat ofisinə və Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı X8 üçüncü şəxs qismində cəlb edilməklə "vəsiyyətnamənin ləğv edilməsi barədə qeydin etibarsız hesab edilməsi və vəsiyyətnamənin qüvvədə olmasının müəyyən edilməsi" tələbinə dair ilkin iddia ərizəsinə münasibət bildirərək hesab edir ki, həmin iddianın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmadığına görə həmin iddia təmin edilə bilməz. Ona görə də ilkin iddia rədd edilməlidir. Məhkəmə İddiaçı X1 cavabdeh İddiaçı qarşı "mənzilə daxil olmağa mane olan hərəkətlərə son qoyulması və mənzilin açarlarının qaytarılması" tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, ünvan 5 (Yeni qaydalarla: AZ1134, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 33, M6, m1) X1 mülkiyyətindədir. X1 mülkiyyətçi kimi həmin mənzilə sahiblik hüququ və həmin mənzildən istifadə hüququ hər cür pozuntulardan müdafiə edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Bakı şəhəri 31 saylı notariat ofisinə və Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı X8 üçüncü şəxs qismində cəlb edilməklə "vəsiyyətnamənin ləğv edilməsi barədə qeydin etibarsız hesab edilməsi və vəsiyyətnamənin qüvvədə olmasının müəyyən edilməsi" tələbinə tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı tərəfindən X1 Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 7, 47 nömrəli mənzilə (Yeni qaydalarla: AZ1134, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 33, M6, m1) daxil olmasına törədilən maneə aradan qaldırılsın. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 7, 47 nömrəli mənzilin (Yeni qaydalarla: AZ1134, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 33, M6, m1) açarları İddiaçı alınaraq X3 verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar