Məhkəmə qərarları › İş №2(003)-966/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-966/2021

05.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-966/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəməiclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona əsassız hesablanmış 486,0 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30.10.2019-cu il tarixdə Cavabdeh İB tərfindən 02493338 saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə yeni sayğac onun iştirakı olmadan ünvan 3 yaşayış evində quraşdırıldı. O, hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. sonrdan o, qaz sayğacının kartına pul yükləmək istədiyi vaxt qazın kartı bloka düşərək bağlandı. O, bu barədə Cavabdeh İB müraciət etdikdə ona bildirdilər ki, onun 486 manat borcu olduğu üçün qazın verilməsi dayandırılıb. Bununla bağlı o, müvafiq olaraq Cavabdeh İB-nin Xəzər rayon şöbəsinə müraciət etdi, həmin idarənin əməkdaşları tərfindən ona bildirildi ki, o, qaz sayğacına müdaxilə etdiyi üçün ona 486 manat cərimə yazılmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmişdir və daim daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas ona yüksək məbləğdə cərimə hesablanmışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq onun təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Ona görə də Cavabdeh İB tərəfindən ona əsassız hesablanmış 486,0 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, 27.05.2019-ci il tarixində "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanındakı qaz sayğacına baxış keçirilmiş, keçirilmiş baxışdan sonra həmin qaz sayğacı çıxarılmaqla ünvana başqa bir qaz sayğacı quraşdırılmış və daha sonra da qaz sayğacı istismara verilməklə bu barədə müvafiq akt tərtib edilmişdir. İddiaçı, tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində 27.05.2019-ci il tarixində tərtib edilmiş həmin aktı qanunsuz və əsassız hesab etdiyini bildirmiş, yekun nəticədə "Azəriqaz" İB tərəfindən itirilmiş təbii qazın dəyəri olaraq ondan tutulacaq 486 (dörd yüz səksən altı) manat pul məbləğinin silinməsi barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. 27.05.2019-ci il tarixində "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən ünvan 1 istehlakçı (abonent) İddiaçı məxsus ünvana quraşdırılmış "İtron" tipli "G4" markalı 1402AZ**********65 zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu aşkar olunması onun özünün, yəni – İddiaçı iştirakı ilə aşkar edilmiş, fakt onun nəzərinə çatdırılmış və bu hal ******* nömrəli 27.05.2019-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Müvafiq aktın tərtibi zamanı İddiaçı tərəfindən hər hansı bir irad olmamış, heç bir pretenziya irəli sürülməmiş, aktda qeyd olunan xüsusatida öz imzası ilə təsdiq etmişdir. Abonent İddiaçı qanunsuz müdaxiləsi nəticəsində yarasız hala düşmüş qaz sayğacı daha sonradan yeni "ltron" tipli "G 4" markalı qaz sayğacı ilə əvəz edilərək labaratoriya müayinəsinə təqdim edilmişdir. "Azəriqaz" İB-nin 30.10.2019-cu il tarixli QSN- 29/1710-01792 nömrəli aktına əsasən 1402AZ**********65 zavod nömrəli qaz sayğacının çıxış plastmas borusunun deşilmiş vəziyyətdə olması öz təsdiqini tapmışdır. Labaratoriya müayinə aktina əsasən 30.10.2019-cu il tarixində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması" haqqında akt tərtib edilmiş, istehlakçının mənzilində istifadə etdiyi "PQ-4" və "kombi" işlədici cihazlarına uyğun olaraq itirilmiş təbii qazın dəyəri 4860 kub metr müəyyən edilməklə həmin tarixdə də hesabat tərtib edilmişdir. Tərtib edilmiş hesabata əsasən, abonent kodu **********10040 olan nömrəli istehlakçı İddiaçı yaşadığı ünvan üzrə qaz sayğacının hesabına «itirilmiş təbii qazın dəyəri» qismində 486 (dörd yüz səksən altı) manat məbləğində pul hesablanmışdır. Hazırki iş üzrə İddiaçı 2019-cu ilin oktyabr ayından etibarən bu barədə məlumatlı olmuşdur. Abonent (istehlakçı) İddiaçı iştirakı ilə "Azəriqaz"İB-nin nümayəndələri tərəfindən 19.12.2019-ci il tarixdə ******* nömrəli tərtib edilmiş akt işin faktiki hallarını təsdiq edən, iş üzrə mötəbər və yazılı sübutdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmədə iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərəəsasəntəmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Biriliyinin Bakı X6 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 13.06.2019·cu il tarixli AKX-0101173/06-2019 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvan 3 ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “yivli birləşmələri karroziyaya uğrayıb ALARM 1 rejimi” müəyyən edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 486,0 manat tələb edilir. İş materiallarında olan 30.10.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent İddiaçı məxsus qaz sayğacının yivli birləşmələrin korroziyaya uğranması müəyyən olunmuşdur. İş materiallarında 27.05.2019-cu il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 4 ünvanında “İtron” tipli “G 4” markalı 1602AZ**********81 nömrəli qaz sayğacının çıxarılması səbəbi “texniki baxış” qaz sayğacı yeni “Smart” tipli “G 4" markalı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı cavabdehə 486,0 manat qaz sərfiyyatına görə borcu vardır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin, dövlət yoxlamasından keçirildikdən sonra, sayğacın plastmas borucunun deşilməsi və itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla (aktlar əsasında) 486,0 manat məbləğində manat zərər hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 486,0 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş“Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinəəsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilən qanunvericiliyə əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 486,0 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinəəsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan az olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinəəsasən, istehlakçıların hüquqlarının pozulması iləəlaqədar verilmiş iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinəəsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan az olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla nəzərdə tutulmuş qaydada azad edildiyindən, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinəödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, buna görə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvana aid qaz sağacına (abonent kodu **********10040) hesablanmış 486,0 (dörd yüz səksən altı) manat məbləğində borc silinsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətindəBakışəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar