Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-980/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına dair hesablanmış (**********00000 saylı abonent) 13009,9 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh İB onunla müqavilə imzalayaraq onun yaşadığı ünvana qaz sayğacı quraşdırmışdır. Bu yaxınlarda qaz sayğacı istismar müddəti bitdiyinə görə yeni sayğacla əvəz edilmişdir. Sayğac dəyişdirildikdən sonra ona 13009,9 manat borcu olduğu bildirilmişdir. Bundan sonra o, Bakı şəhəri, Xəzər rayonunda yerləşən qaz istismar idarəsinə gedərək bütün olanları aydınlaşdırmaq istəmişdir. Orada ona abonent kodu üzrə orcunun olduğu, bunun borcun yalnız məhkəmə qaydasında silinə bildiyi bildirilmişdir. Bakı şəhəri, Xəzər rayonunda yerləşən qaz idarəsinin işçiləri tərəfindən aktlar tərtib olunmuşdur. Lakin aktlar onun iştirakı ilətərtib olunmamışdır və o, həmin aktları imzalamamışdır. O, borcunun olması barədə yalnız Cavabdeh İB-nə müraciət etdiyi zaman xəbər tutmuşdur. Cavabdeh İB tərəfindən tərtib olunmuş aktlar qeyri-qanunidir. Onun həmin aktlardan xəbəri olmamışdır və o, aktları imzalamamışdır. O, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Ona qeyri-qanuni tərtib olunmuş aktlar əsasında 13009,9 manat borc yazılmışdır. Aktın nə vaxt, kimlərin iştirakı ilə tərtib olunması haqqında ona heç bir mötəbər sübut verə bilməmişlər. Aktlar ona təqdim olunmamışdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı yaşadığı ünvan 1 ünvanına yerli baxış keçirilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, kənar xətt onun yaşadığı ünvana aid deyil. O, təbii qazdan istifadəyə görə hər ay ödəniş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməmiş və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. 30 iyul 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. 28 fevral 2021-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 8856 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 31 yanvar 2021-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 10800 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 30 sentyabr 2021-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 5832 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 30 noyabr 2021-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 5904 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 31 mart 2022-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 16740 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 30 noyabr 2022-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 27432 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 6120 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 31 yanvar 2023-cü il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 6120 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 28 fevral 2023-cü il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 6120 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 31 iyul 2023-cü il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 4536 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 31 mart 2023-cü il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 6120 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 30 aprel 2023-cü il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 6120 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. Cavabdehnə məxsus olan “GASREP” proqram təminatından çıxarışdan görünür ki, İddiaçı 2011-ci ildən hal-hazıradək təbii qazdan istifadəyə görə davamlı olaraq ödənişlər etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iddiaçının yaşadığı ünvana baxış keçirərək müəyyən etmişdir ki, Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və dəymiş ziyanın bərpasına dair tələbnamələr tərtib edilməklə X2 təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. Cavabdeh gəldiyi qənaətə görə İddiaçı təbii qazdan istifadəyə görə cəmi 13009,90 manat borcu yaranmışdır. İddiaçı 13009,9 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktın bir nüsxəsi abonentə təqdim edilməmişdir. Cavabdeh təşkilatın istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehin üzərinə düşür ki, iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00000) hesablanmış 13009,90 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 129,03 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********00000) hesablanmış 13009,90 (on üç min doqquz manat, doxsan qəpik) manat məbləğində borc silinsin. 129,03 (yüz iyirmi doqquz manat, üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-980/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-980/2024
25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver