Məhkəmə qərarları › İş №2(003)-987/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-987/2020

13.08.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-987/2020 13.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu – xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş Ömərov Cavad Akif oğlu və xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş Ömərov Xəyal Akif oğlu fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxx 1991-ci il tarixdə Ömərova Almaz Ələsgər qızı ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxxxx 1991-ci il təvəllüdlü Ömərov Cavad Akif oğlu və xx xxx 1998-ci il təvəllüdlü Ömərov Xəyal Akif oğlu doğulmuşdur. Övladları xəstədirlər və uzun müddət müalicə almışlar. xx xxxxxx 1991-ci il təvəllüdlü Ömərov Cavad Akif oğluna Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin arayışına əsasən İ qrup müddətsiz əlillik təyin olunmuşdur. xx xxx 1998-ci il təvəllüdlü Ömərov Xəyal Akif oğluna “Ağır debillik dərəcəsində kəmağıllıq nəzərəçarpan davranış forması ilə” diaqnozu qoyulmuş. İİ qrup müddətsiz əlildir. Ona görə də uşaqlarının fəaliyyət qabiliyyəti olmayan sayılmalı və onun üzərində qəyyum təyin olunmalıdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X1 ilə xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikah qeydi kitabında 330 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra arvada Ömərova soyadı verilmişdir. İş materiallarında olan X5 Komissiyasının sonuncu müayinəyə dair elektron məlumatdan görünür ki, Ömərov Xəyal Akif oğluna İİ dərəcəli əlillik verilmişdir. İş materiallarında olan X5 Komissiyasının xx.xx.2008-ci il tarixli 003257 arayışdan görünür ki, Ömərov Cavad Akif oğluna müddətsiz əlillik verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZ İ 680384 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ömərov Xəyal Akif oğlu xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Ərizəçi, anası Ömərova Almaz Ələsgər qızıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ömərov Cavad Akif oğlu xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Ərizəçi, anası Ömərova Almaz Ələsgər qızıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxs ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1235 nömrəli rəyində qeyd edilmişdir ki, Ömərov Cavad Akif oğlunda dərin kəmağıllıq aşkar olunmuşdur. Bunu amnestik məlumatlar – doğuş travması ilə anadan olması, körpəlikdən nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafdan geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab edilməsi. həmçinin hazırkı müəyinə zamanı aşkar olunan əlamətlər – kobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosianal iradi sferasının enməsi, yaddaş və intelektinin aşağı olması sübut edir. Ömərov Cavad Akif oğlunda dərin kəmağılılıq aşkar olunur. Ömərov Cavad Akif oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, Ömərov Cavad Akif oğlu fəaliyyət qabiliyyəti olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxs ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1236 nömrəli rəyində qeyd edilmişdir ki, Ömərov Xəyal Akif oğlunda dərin kəmağıllıq aşkar olunmuşdur. Bunu amnestik məlumatlar – erkən yaşlarından psixi inkişafdan geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, yardımçı məktəb proqramı üzrə bir neçə ilə məşğul olsa da, elementar biliklərə yiyələnə bilməməsi, davranış pozuntuları ilə əlaqədar SN 1 saylı Respublika Psixatriya Xəstəxanasında müalicə olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlilliyi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamatlər – zamana görə bələdiyənin tam həcmdə olmaması, təfəkkürünün primitivliyi, əhvalı-ruhiyyəsinin dayanaqsızlığı, yaddaş və intelekt funksiyasiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidi olmaması sübut edir. Ömərov Xəyal Akif oğlunda ağır kəmağılılıq aşkar olunur. Ömərov Xəyal Akif oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, Ömərov Xəyal Akif oğlu fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Ömərov Cavad Akif oğlu və Ömərov Xəyal Akif oğlu öz hərəkətlərinin mənasını başa düşməmələri və öz hərəkətlərinə rəhbərlik edə bilməmələri ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəylər ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, Ömərov Cavad Akif oğlu və Ömərov Xəyal Akif oğlu öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadıqlarından, Ömərov Cavad Akif oğlu və Ömərov Xəyal Akif oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilmələrinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək Ömərov Cavad Akif oğlu və Ömərov Xəyal Akif oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş Ömərov Cavad Akif oğlu və xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş Ömərov Xəyal Akif oğlu fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar