Məhkəmə qərarları › İş №2(004)-1002/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1002/2024

12.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1002/2024 12.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı akta əsasən hesablanmış borcun silinməsi, həmin borca görə hesabdan tutulmuş pul vəsaitinin hesaba geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın ləğvi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun abonent hesabına (abonent kodu: **********01985 olan) tərtib edilmiş ******* saylı, xx.xx.2023cü il tarixli təbii X1nın pozulması haqqında aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1051 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən **********01985 saylı abonent koduna dair tərtib edilmiş ******* saylı, xx.xx.2023-cü il tarixli təbii X1nın pozulması haqqında akta əsasən hesablanmış 1051 manat məbləğində borcun silinməsi, həmin borca görə hesabdan tutulmuş 126 manat 60 qəpik məbləğində pul vəsaitinin hesaba geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanındakı fərdi yaşayış evi uzun illərdir ki, ailə üzvləri ilə birlikdə istifadə və sahibliyindədir. "AZƏRİQAZ" İB ilə bağlanmış qazın alqı-satqısına dair abonent müqaviləsinə əsasən fasiləsiz olaraq yaşadığı ev qazla təmin edilmişdir. Bunun əvəzində isə aylıq ödənişləri vaxtı-vaxtında tam şəkildə ödəmişlər. Qeyd edir ki, bu yaxınlarda qaz sayğacına dair hesaba 1051 manat borc yazıldığının şahidi olmuşdur. Araşdırma aparmaq niyyəti ilə cavabdeh orqanın rayon şöbəsinə müraciət etdikdə isə ona sənədlər təqdim edilmiş və bildirilmişdir ki, sayğacın yoxlanılması zamanı borc hesablanmışdır. Akta nəzər saldıqda müşahidə etmişdir ki, xx.xx.2023-cü il tarixdə sayğac digər növ sayğacla əvəz edilərkən yoxlanılması üçün cavabdeh orqanın laboratoriyasına göndərilmiş və rəyə əsasən borc ondan tələb edilir. Akta əsasən qeyd edilmişdir ki, “hesablanma mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plomlardan birinin alt hissəsindəkinin üzərində cızıq izləri və yapışqan maddə var” Nəticədə ******* saylı, xx.xx.2023-cü il tarixli təbii X1nın pozulması haqqında akt tərtib edilmiş və borc ondan tələb edilməkdədir. Tərəflərindən sayğaca müdaxilə olunmamış və heç bir əlavə xətt qoşulmamışdır. Çünki ən azından belə olduqdan aylıq ödənişlər arasında kıskin fərq olmuş olardı. Bundan başqa Cavabdeh əməkdaşları tərəfindən qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatın aparılması hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli olmadığını göstərir, həmçinin qeyd edir ki, bu cür hesablama metodikasının aparılmasına, eləcə də həmin hesablamanın aparılması hüquq verən müvafiq normativhüquqi aktların mövcud olmadığına görə, həmin hesabat obyektiv, əsaslı və qanuni hesab edilə bilməz. Bundan əlavə müvəqqəti təminat təbriri barədə qərardad qəbul edildiyi tarixədək hesabdan hesablanmış borca görə tutulan məbləğ 126.60 manat təşkil edir. Bütün bunların nəzərə alınıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh " AZƏRİQAZ " İstehsalat Birliyinin nümayəndəsi iddiaya etirazını elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********01985 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********0 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-14-2-2/3-5- 4985/Q004 saylı Akta əsasən “hesablanma mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plomlardan birinin alt hissəsindəkinin üzərində cızıq izləri və yapışqan maddə var” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 m3 təşkil etmişdir. Hesablanmış 1036,80 manat məbləğində dəymiş ziyan 2023-cü ilin iyun ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. İddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********01985 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, Məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Odur ki, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən **********01985 saylı abonent koduna dair tərtib edilmiş ******* saylı, xx.xx.2023-cü il tarixli təbii X1nın pozulması haqqında akta əsasən hesablanmış 1036,80 manat məbləğində borcun silinməsi, həmin borca görə hesabdan tutulmuş 126 manat 60 qəpik məbləğində pul vəsaitinin hesaba geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, sayğac fərdi yaşayış evindən kənarda, yəni hasarın çöl hissəsində yerləşir. Rəydən görünür ki, plomb yerindədir, belə olan halda iddiaçı tərəfindən müdaxilədən söhbət gedə bilməz. Onun tərəfindən nə qanunsuz qoşulma, nə də müdaxilə olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı 28 aprel 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus yaşayış ünvanında olan sayğac əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh, ******* saylı 25 iyun 2023-cü il tarixli “Təbii X1nın pozulması haqqında” Aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi ünvanında fərdi yaşayış evinə quraşdırılmış sayğacın “Qaz sayğacının yoxlanılması barədə” MSK-14-2-2/3-5-4985/Q004 saylı Akta əsasən “hesablanma mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plomlardan birinin alt hissəsindəkinin üzərində cızıq izləri və yapışqan maddə var” aşkar olunduğundan dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. İş materiallarında abonent Kodu **********01985 olan İddiaçı adına olan abonentin saldosundan görünür ki, Yasamal rayonu, V.Əliyev küçəsi ünvanı üzrə may 2023-cü il tarixdən iyun 2023-cü il tarixə qədər 1036,80 manat məbləğində qalıq və aktlar hesablanmışdır. İş materiallarına əlavə edilmiş 30 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5-4985/Q004 nömrəli aktına əsasən G-4 markalı **********0 nömrəli sayğacın hesablanma mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plomlardan birinin alt hissəsindəkinin üzərində cızıq izləri və yapışqan maddənin aşkar olunması qeyd edilmiş, Qaz sayğacının maksimal qaz sərfi 4 kubmetr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün olmaqla, 4x24x90=8640 kubmetr hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışın məzmunundan görünür ki, abonent Kodu **********01985 olan İddiaçı tərəfindən karta yüklənən məbləğdən borca görə tutulma 126,60 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, qaz sayğacın sayğacın hesablanma mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plomlardan birinin alt hissəsindəkinin üzərində cızıq izləri və yapışqan maddə aşkar olunduğu qeyd edilərək xx.xx.2023-cü il tarixdə akt tərtib edilərək abunəçiyə 1036,80 manat məbləğində cərimə hesablanaraq, iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının sahibliyində olan evə aid olan sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Qavazov Bolqarıstana qarşı» işi üzrə 06 mart 2008-ci il tarixli Qərarda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacda sonradan aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazaraq 1036,80 manat pulun tələb edilməsi əsassız olduğundan, abonent tərəfindən karta yüklənən ödənişdən həmin pulun ödənilməsi üçün 126,60 manat məbləğində vəsaitin tutulması da əsassızdır. «X1»nın 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən Cavabdeh İB ilə iddiaçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 57 (Abonent kodu: **********01985) ünvanına İddiaçının adına 25 iyun 2023-cü il tarixli akt üzrə hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) məbləğində borcun silinməsi və akt üzrə borca görə iddiaçının kart hesabdan tutulmuş 126,60 manat məbləğində pul vəsaitinin İddiaçı məxsus **********01985 nömrəli abonent hesabına qaytarılması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün cavabdehdən dövlət rüsumunun əvəzi kimi 31,63 (otuz bir manat almış üç qəpik) manat dövlət nəfinə tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mtəünasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 57 (Abonent kodu: **********01985) ünvanına İddiaçının adına 25 iyun 2023-cü il tarixli akt üzrə hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) məbləğində borcun silinməsi və akt üzrə borca görə iddiaçının kart hesabdan tutulmuş 126,60 manat məbləğində pul vəsaitinin İddiaçı məxsus **********01985 nömrəli abonent hesabına qaytarılması öhdəliyi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 31,63 (otuz bir manat almış üç qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar