Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-102/2022 09.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, X1 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil3 Teymur oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Babayeva Fəxrı̇ də Tahı̇ r qızının cavabdeh Məmmədov Tahı̇ r Fı̇ krət oğluna və üçüncü şəxs Bakı şəhərı̇ 19 saylı Notarı̇ at ofisinə qarşı "qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə və vərəsələrin sırasından çıxarılma tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Babayeva Fəxrı̇ də Tahı̇ r qızı cavabdeh Məmmədov Tahı̇ r Fı̇ krət oğluna və üçüncü şəxs Bakı şəhərı̇ 19 saylı Notarı̇ at ofisinə qarşı "qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə və vərəsələrin sırasından çıxarılma tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 Teymur oğlu məhkəməyə ərizə təqdim edib iddiadan imtina edərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 mülki iş üzrə icraata xitam verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış İş üzrə üçüncü şəxs Bakı şəhəri 19 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddiaçının imtinası qəbul edilməklə, mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 261.0.3 -264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Ərizə təmin edilsin. İddiaçı Babayeva Fəxrı̇ də Tahı̇ r qızının cavabdeh Məmmədov Tahı̇ r Fı̇ krət oğluna və üçüncü şəxs Bakı şəhərı̇ 19 saylı Notarı̇ at ofisinə qarşı "qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə və vərəsələrin sırasından çıxarılma tələbinə dair" mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-102/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-102/2022
09.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver