Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1027/2021 23.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, X2 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əbll qızına, üçüncü şəxslər Bakı şəhəri 13 saylı və 9 saylı Notariat ofislərinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əbll qızına, üçüncü şəxslər Bakı şəhəri 13 saylı və 9 saylı Notariat ofislərinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, AN-İ № № 92 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edib iddiadan imtina edərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh2 Əbll qızı məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 Əbll qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə üçüncü şəxslər Bakı şəhəri 13 saylı və 9 saylı Notariat ofisləri məhkəməyə əriz\ ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahş etmişdirlər. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddiaçının imtinası qəbul edilməklə, mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 261.0.3 -264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 Əbll qızına, üçüncü şəxslər Bakı şəhəri 13 saylı və 9 saylı Notariat ofislərinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab tələbinə dair" 2(004)- 1027/2021 saylı mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1027/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1027/2021
23.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver