Məhkəmə qərarları › İş №2(004)-1045/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1045/2024

14.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1045/2024 14.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh2 və onun vəkili, digər Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək 55000 (əlli beş min) ABŞ dolları borcun olmasına dair xx.xx.2015-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 sentyabr 2015-ci il tarixli “Borc müqaviləsi” adlandırılan sənəd tərtib olunmuşdur. Sənədin məzmunu ondan ibarətdir ki, Bakı şəhəri Nizami rayonu Babək prospekti ünvanında Cavabdeh2 (Cavabdeh3 nümayəndəsi kimi) 0.049662 ha torpaq sahəsini Cavabdeh1 satır. Cavabdeh1 həmin torpaq sahəsini 200 000 ABŞ dollarına alır. Cavabdeh1 Cavabdeh2 ödənişi açağıdakı kimi olur.a) ünvan 1 ünvanında mənzil Cavabdeh2 oğlu Babəkin adına rəsmiləşdirilir. Mənzilin dəyəri 105.238 AZN-dir. Nümayəndə adına 84000 AZN pul ödəyir. Nümayəndə bu mənzilə görə 21.238 AZN “Atlantik Servis-A” MYK-ya borclu qalır. b) Nəğd olaraq 40 000 dollar ödəyib. C) Qalan 200 000 dollar -40 000 dollar- 80 000 dollar) 80 000 dollar pulu noyabr ayının sonuna kimi Cavabdeh2 hissə-hissə ödəyir. Müqavilə imzalandığı andan qüvvəyə minir. “Müqavilə “borc müqaviləsi” adlandırılmış, imza qrafalarında “borcverən” və “borcalan” deyil, “satıcı” və “alıcı” kimi qeyd olunmuş, satıcı qismində “Rəsulzadə.R.R.”, alıcı qismində “Hüseynli.C.Ə” göstərilmişdir. Daha sonra müqavilə İddiaçı tərəfindən guya imzalanmış, onun imzasının üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus möhür vurulmuşdur. Halbuki həmin imza İddiaçı məxsus deyildir. Bu müqavilədən isə bu yaxınlarda xəbərdar olmuşdur. İşin hallarından görünür ki, ona aidiyyatı olmayan müqavilə üzərində borc öhdəliyi yaranmışdır. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə etdiyini və iddianən təmin edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(004)-145/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı və “Yusifoğlu-İnşaat" MMC-nə qarşı pul tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1911/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı və “Yusifoğlu-İnşaat" MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(004)-145/22 saylı qətnaməsi qismən- “cavabdehlər Cavabdeh1, İddiaçı və “Yusifoğlu-inşaat" MMC-dən müştərək qaydada 55 000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması” tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddianın qismən təmin olunması, cavabdehlər İddiaçı və “Yusifoğlu-inşaat" MMC-dən müştərək qaydada 55 000 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə üzrə manatla) alınaraq iddiaçı Cavabdeh3 verilməsi, həmin iddia tələbinin Cavabdeh1 aid hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən də görünür ki, iddianın predmeti məhz 12 sentyabr 2015-ci il tarixli müqavilə olmuşdur. Müqavilə tərəfi kimi Cavabdeh3dır. Cavabdeh2 etibarnamə əsasında müqaviləni imzalamışdır. Qətnamənin məzmunundan aydın olur ki, müqavilənin etibarlılığına qiymət verilmiş, eyni zamanda “Yusifoğlu-inşaat" MMC-nin İddiaçı və Cavabdeh1 ailə şirkəti olması müəyyən edilmişdir. Qətnamənin 50,51, 52 və 54-cü bəndlərində sözügedən müqavilə üzrə qalıq məbləğin – 55000 ABŞ dolları məbləğində pulun tutulmasının əsaslı olması müəyyən edilərkən həmin müqaviləyə də hüquqi qiymət verilmişdir. Qüvvədə olan qətnamədə göstərilmişdir ki, həmin müqavilə İddiaçı tərəfindən imzalanmaqla, o cümlədən “Yusifoğlu-inşaat" MMC- nin möhürü vurulmaqla həmin müqavilə şərtləri onlar üçün mülki qanunvericiliyin tələbləri baxımından icra edilməli öhdəlik halına gəlmişdir. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4115/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli 2(103)-1911/2023 nömrəli qətnaməsi iddianın cavabdeh İddiaçı münasibətdə təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon prokurorluğunun 18 mart 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı izahatı və ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, 12 sentyabr 2015-ci il tarixli müqavilənın aşağı sağ hissəsində “Hüseynli.C.Ə” qrafasındakı imza İddiaçı tərəfindən icra edilmişdir. Hazırda İddiaçı xx.xx.2015-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı 14 iyun 2022-ci il tarixli qərardadına əsasən, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalı, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, hazırki iddia tələbində mübahisələndirilən əqd – tərəflər arasında bağlanmış 12 sentyabr 2015-ci il tarixli (daşınmaz əmlakın əldə edilməsi ilə bağlı ödənilməli olan, lakin qalıq qalmış məbləğin ödənilməsinin rəsmiləşdirilməsi) (qarışıq müqavilə) müqavilədir. Həmin əqdə əsaslanan iddiaya, yəni müqavilə üzrə pul tələbinə baxılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4115/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən iddia cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə qeyd edir ki, mülki dövriyyə subyektləri digər hüquqların realizəsində olduğu kimi, iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarından istifadə edilən zaman da mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipinə əməl etməli, hüquqdan süi-istifadəyə yol verməməlidirlər. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Eyni zamanda, məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən 07 yanvar 2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar