Məhkəmə qərarları › İş №2(004)-105/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-105/2021

20.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-105/2021 20.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 3 saylı evin 11 saylı mənzilindən istifadə hüququna maneə yaradan hərəkətlərə Cavabdeh tərəfindən son qoyulması, pəncərənin qarşısında quraşdırılmış dolabın cavabdehin hesabına sökülməsi və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 3 saylı evin 11 saylı mənzili Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 13 dekabr 2016-cı il tarixli RX seriyalı 096889 saylı çıxarışına əsasən iddiaçının mülkiyyətindədir. Uzun müddətdir ki, cavabdeh tərəfindən pəncərəsinin qarşısına qanunsuz olaraq dolab quraşdırılmışdır və dəfələrlə 43 saylı Mənzil İstismar Sahəsinə, YRİH yanında MKTB-yə müraciətinə baxmayaraq dolab pəncərəsinin qarşısından sökülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Əlavə olaraq bildirdi ki, ekspertiza təyin olunması barədə qərardad çıxarıldıqdan sonra cavabdeh pəncərənin qarşısındakı dolabı sökmüşdür. Bununla belə cavabdeh tərəfindən gədəcəkdə belə hallara yol verilməsinin qarşısının alınması məqsədi ilə iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhər Yasamal rayonu 43 saylı MİS səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə proses iştirakçısın izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materiallarına əlavə edilmiş: Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininn 31.05.2021-ci il tarixli 10/2854 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 3 saylı evin 11 saylı mənzilin həmin mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Texniki inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 257471 saylı qeydiyyat vəsiqəsinə və 16.03.2006-cı il tarixli texniki pasporta uyğun olduğu, eləcə də həmin mənzilə bitişik hər hansı əlavə tikili (dolab) inşa edilmədiyi müəyyən olunmuşdur. Beləliklə tədqiq olunmuş sübutlarla məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdeh tərəfindən mübahisəli dolabın sökülməsi müəyyən olunduğundan və bununla da mübahisə məhkəmədənkənar həll olunduğundan iddia təmin oluna bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia rədd edildiyindən həmin iddia üzrə keçirilmiş ekspertizanın dəyəri olaraq 100 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia üzrə ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı aid edilsin. İddiaçı 100 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar