Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1829/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə köçürülmə 10.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5528/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıla rı müəyyən etmişlər:
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 oktyabr 2005-ci il tarixli, 2-2114/2005ci il nömrəli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi 25/19 A saylı evə və evin yerləşdiyi 640 kv.m torpaq sahəsinə mülkiyyət hüququ müəyən edilmiş, həmin evə dair İddiaçı adına qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması və həmin evin yerləşdiyi 640 kv.m torpaq sahəsinə dair İddiaçı adına şəhadətnamə verilməsi vəzifəsinin Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədə şahid qismində iştirak etmiş hazırki iş üzrə Cavabdeh verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının 1988ci ildən məlum hadisələr ilə əlaqədar Ermənistan Respublikasının Quqark rayonu, Arçut kəndindən qaçqın düşərək ünvan 1 ünvanında pasport qeydiyyatında olmağına baxmayaraq, faktiki olaraq 1990-cı ildən Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi 25/19 A saylı saylı özbaşına tikilmiş evdə yaşayır. Həmin qətnamədə müəyyən edilmişdir ki, İddiaçı ünvan 5 saylı 3 yaşayış otağından ibarət evi özbaşına tikmiş və ailə üzvləri ilə yaşayır. İstifadəsində 640 kv.m torpaq sahəsi vardır;
3. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 12 aprel 2006cı il tarixli, 1MK-854/2006 saylı qərardadına əsasən İddiaçı müvafiq sənədləşmə aparmaq üçün aidiyyəti orqana, yəni BŞİH-nin mənzil məsələləri üzrə ictimai komissiyasına deyil, birbaşa məhkəməyə müraciət etdiyi üçün Bak şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2005-ci il tari xli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir;
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 noyabr 2006-cı il tarixli, 2-1778/2006 nömrəli qətnaməsinə əsasən, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyətinin 14 iyun 2006-cı il tarixli 159 saylı sərəncamının 2ci bəndinin etibarsız hesab edilməsi, evə və torpağa mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun təsdiq edən sənədlərin verilməsi barədə iddiası rədd edilmişdir. Həmin mülki işdə hazırki iş üzrə Cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi qismində çıxış etmiş və verdiyi izahatında bildirmişdir ki, iddiaçı 1988-ci ildə Ermənistan Respublikası, Quqark rayonu, Arçut kəndindən qaçqın düşdükdən sonra məlum hadisələrlə əlaqədar Bakı şəhərinə gəlmiş və Hövsan qəsəbəsi, ev 4A, mənzil 54-də pasport qeydiyyatına düşmüş, lakin orada yaşamayaraq 1990-cı ildən valideynlərinin köməkliyi ilə tikdiyi Xətai rayonu, Aşıq Qurban küçəsi, ev 25/19a-da ailə üzvləri ilə birlikdə yaşayırlar. Həmin ev 3 yaşayış otağından, mətbəxdən və dəhlizdən ibarət olub 640 kv.metr torpaq sahəsində yerləşmişdir. Qətnamə qanuni qüvvəsini almışdır; 5. 06.06.2006-ci il tarixli Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli sərəncamı ilə, BŞİH-nə daxil olmuş xx.xx.2006-cı il tarixli, C-79 nömrəli ərizəyə əsasən Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı ünvan 2 saylı özbaşına tikilmiş evə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir. İş üzrə qəbul edilmiş mə hkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-2114/2005-ci il tarixli qətnaməsi, Apellyasiya Məhkəməsinin 1MK854/2006 saylı qərardadı, Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1MK1041/2007 saylı qətnaməsində təsvir olunmuş özbaşına tikilidə mənzil kimi istifadə etdiyi yaşayış və torpaq sahəsinə daxil olmasına, faktiki istifadə etməsinə və cavabdehin süni maneələr törətməsinin qadağan edilməsi, iddiaçının mübahisəli ünvanında yerləşən, sahibliyində olmuş rəsmi və faktiki yaşayış yeri olan özbaşına tikilidə yerləşən mənzilə köçürülməsi, cavabdehə qaz və işıq xətlərinə müdaxilə etməsinin qadağan olunması, yerli baxış zamanı verdiyi izahatların və qapı üzərində həqiqətə uyğun olmayan ünvan məlumatlarının qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsasldırmışdır ki, cavabdehlə 1991-ci ildə faktiki nigaha daxil olmuş, faktiki nigahdan 1992, 1994 və 1996-cı il təvəllüdlü 2 qızı və 1 oğlu dünyaya gəlmişdir. Ailə münasibətləri yarandığı ərəfədə cavabdeh 0,3 ha torpaq sahəsi almış 1992-ci ildən istifadə etmişdir. Orada özünə balaca daxma tikmiş və son dövrlərdə yəni, 15 ildən artıq müddətdən mütamadi olaraq orada yaşamış, hərdən bir qeydiyyatda olduğu ünvandakı evdə də gəlib yaşamışdr. Lakin, iddiaçı evləri kirayə verdikdən sonra müvəqqəti olaraq ünvan 4 ünvanında ye rləşən X3 məxsus mənzildə müvəqqəti olaraq yaşayır. Cavabdehlə faktiki ailə münasibətləri pozulmuş, bütün münasibətlərinə son qoymuş, o isə öz növbəsində NZS-də onun evində saxladığı kirayənişinlərə göstəriş vermişdir ki, pulları ona versinlər. Mənzilin mülkiyyətçisi iddiaçı olmasa da mülkiyyətçinin razılığı əsasında həmin mənzildən istifadə edir. Mənzil yalnız iddiaçının istifadəsinə verilmişdir. Digər şəxslər yalnız onun razılığıyla həmin mənzildən istifadə edə bilərlər. İddiaçı isə öz narazılığını bildirərək cavabdehin hüquqi vəziyyətini diqqətinə çatdırmışdır. Evin giriş qapısının açarlarını dəyişməyinə baxmayaraq qızı atasını mənzilə buraxmışdır. Cavabdeh öz qanunsuz hərəkətləri ilə iddiaçının mənzilə daxil olmağına süni maneələr yaratmış, eyni zamanda iddiaçı ilə razılaşdırıb mənzilə kirayənişin buraxdığı şəxslərə göstəriş vermişdir ki, pul ödənişləri iddiaçıya edilməsin.
8. Cavabdeh iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. Bildirmişdir ki, İddiaçı gəlin gələn zaman 16 yaşı var idi, 16 yaşlı qızın onların ata yurdunda 3 yataq otağı, 1 mətbəx, 1 dəhliz tikmə ehtimalı mümkün deyildir. İddiaçıya verilən sənədlər saxta sənədlərə əsaslanmışdır və iddiaçı həmin evlərin tikilməsində iştirak etməmişdir. Cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş qətnamələrin əslində Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən 16,0 kv.m. yaşayış otağı, 18,0 kv.m. yaşayış otağı, 6,25 kv.m. mətbəx, 5,0 kv.m. dəhliz, 16,5 kv.m. yaşayış otağı, və həyətdən ibarət tikili ilə bağlı çıxarıldığını, iddiaçının evlərin heç birinin tikintisidə iştirak etmədəyini bildirmişdir.
9. Şah id qismində dindirilmiş X6 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o İlqarın qardaşıdır. ünvan 5 ünvanında yaşayır. İddiaçı ilə qardaşının toyu həmin ünvanda olmuşdur. Ondan sonra ikisi həmin ünvanda yaşamışlar və qonşu olmuşlar. Əzizədən əvvəl orada parnik olmuş, parnik 1990-cı ildə tikilmişdir. 2007-ci ildə İlqar orada ev tikmiş, artıq 2-3 ildir ki, iddiaçı orada yaşamır. Mübahisəli evin tikintisi cavabdehin vəsaiti hesabına aparılmışdır.
10. Şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o tərəflərin qızıdır. İddianın təmin edilməsini, yəni anası İddiaçı həmin qeyd edilən ünvana köçürülməsini istəməmişdir. Onlar əvvəllər ailəlikcə həmin evdə yaşamışlar. Sonra atası istixananın bir hissəsini öz pulu hesabına tikmiş və kirayə vermişdir. Pulunu isə yığıb 2020-ci ildə Bakıxanovda ipoteka ilə ev götürmüşlər və atası hər ay ora ödənişlər etmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-30/2023 nömrəli iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin edilərək İddiaçı ünvan 5 saylı ünvanda yerləşən evə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli tikili İddiaçı yaşayış yeridir. Cavabdehin iddiaçını qeyd edilən tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır.
13. Məhkmə hesab etmişdir ki, mənzildən və digər ya şayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının yaşadığı sahə özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur.
15. Məhkəmə hesab etmişdir ki, qeyd edilən fərdi yaşayış evi özbaşına tikili olsa da, İddiaçı ilə Cavabdeh 1991-ci ildə faktiki nikaha daxil olmaqla, ailə mün asibətləri həmin vaxtdan yarandığına görə, sonradan onlar mübahisəli mənzili əldə edərək, həmin evdə yaşayış sahəsinin artırılması ilə bağlı əsaslı tikinti işlərini apardığından Cavabdeh İddiaçı qeyd edilən fərdi yaşayış sahəsindən istifadə və sahiblik etməsinə maneələrin yaradılması üçün hər hansı bir hüququ yoxdur.
16. Məhkəmə iddianın Cavabdeh qaz və işıq xətlərinə müdaxilə etməsinin qadağan olunması ilə bağlı hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia həmin hissədə sübuta yetirilməmişdir.
17. Məhkəmə, həmçinin iddianın cavabdehin yerli baxış zamanı verdiyi izahatların və qapı üzərində həqiqətə uyğun olmayan ünvan məlumatlarının qanunsuz hesab edilməsi barədə hissəsinə qiymət verərək belə hesab etmişdir ki, bu hissə iddia tələbi olmadığından, yalnız cavabdehin etirazına q arşı irəli sürülmüş dəlillər olduğundan məhkəmə həmin hissəyə iddia tələbi kimi qiymət verə bilməz.
18. Bundan başqa məhkəmə cavabdehin iddia tələbinə etiraz olaraq irəli sürdüyü dəlillərə qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən həmin dəlilləri təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda həmin dəlillər cavabdehin daha öncəki məhkəmə prosesləri zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi olaraq verdiyi izahatlarıyla təkzib edildiyindən həmin dəlillər qeyrisəmimi və həqiqətə uyğun olmayan hesab edilmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 180.1, 180.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsasl andırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,1985-ci il tarixdən X1 həmin dövrdəki Şamuyan rayonun (indiki Xətai rayonu) rəhbərliyinin 69/11 saylı sərəncamı ilə daimi qeydiyyata düşməsi, Cavabdeh həmin ünvana müvəqqəti qeydiyyata düşməsi barədə sərəncam olmuşdur.xx.xx.2005-ci il tarixli Forma 2 arayışına əsasən, həmin ünvanda 13 nəfər Cavabdeh və X2 ailə üzvləri olmuşdular. Hal-hazırda həmin ünvanda qeydiyyatda olan şəxslərin sayı 23 nəfərə çatmışdır. Bunu iş materialında olan ASAN Xidmətdən əldə edilmiş arayış da təsdiqləyir. İddiaçı mövcud tikiliyə 1991-ci ildə gəlin gəlm işdir və həmin tikili ilə bağlı heç bir tikinti-təmir işləri görməyərək, heç bir xərc çəkməmişdir. Birinci instansiyası məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, şahid ifadələrinə hüquqi qiymət verməmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5528/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli 25/19A ünvanlarında yerləşən ev daşınmaz əmlakın dövlət reyestrind ə qeydə alınmasa da, faktiki olaraq mövcuddur, İddiaçı yaşayış yeri olmaqla, kommunal xidmətlər onun adınadır.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən fərdi yaşayış evi özbaşına tikili olsa da, İddiaçı ilə Cavabdeh 1991-ci ildə faktiki nikaha daxil olmaqla, ailə münasibətləri həmin vaxtdan yarandığına görə, sonradan onlar mübahisəli mənzili əldə edərək, həmin evdə yaşayış sahəsinin artırılması ilə bağlı əsaslı tikinti işlərini apardığından cavabdehin İddiaçı qeyd edilən fərdi yaşayış sahəsində yaşamasına maneələrin yaradılması üçün hər hansı bir hüququ yoxdur.
26. Məhk əmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iş üzrə şahid qismində dindirilmiş cavabdehin qardaşının və qızlarının ifadəsi mübahisəli özbaşına tikilinin iddiaçının yaşayış yeri olmasını təkzib edən sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən iddiaçının başqa yaşayış yerinin olması və daimi yaşamaq üçün başqa yerə getməsi halları müəyyən olunmamışdır.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.3, 180.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv e dilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh fərdi yaşayış evinin əmələ gəlməsində, təmirində heç bir fomrada iştirka etməmiş, qeydiyyatı ancaq fomral xarakter daşımışdır. Həmçinin cavabdeh qeyd etmişdir ki, yaşayış sahəsində isitfadə normaların müəyyən edilməsi ilə bağlı ekspertiza rəy verməkdən imtina edilmişdir.
30. Cavabdeh həmçinin kassasiya şikayətinə əlavə göndərərək qeyd etmişdir ki, saxta və uydurma ünvanlarla əlaqədar onun yaxınları inzibati məhkəməyə iddia ərizəsi təqdim etmişlər və iş hazırda kassasiya instansiyasındadır. Digər bir iddia isə Bakı İnzibati Məhkə məsində pasport qeydiyyatının ləğvi ilə bağlıdır. Bununla əlaqədar apellyasiya baxışı zamanı iş üzrə icraatı dayandırılması barədə vəsatət verilmiş, lakin icraaat dayandırılmamışdır.
31. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.3, 226.1, 226.2, 178.6-cı-maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
33. Maddə 43 (hissə 1). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 27.1.Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ol a bilər.
35. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
36. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
37. Maddə 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
38. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Res publikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur.
48. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının köçürüldüyü ev özbaşına tikili olmaqla ər-arvadın nikah dövründə əldə edilmiş iqtisadi bir dəyərdir.
49. Belə olan halda, iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 №-li Qərarındakı hüquqi mövqeyə də uyğundur. Həmin Qərarın 4.11-ci bəndinə əsasən, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla y anaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yux arıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiym ət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5528/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.