Məhkəmə qərarları › İş №2(102)-2925/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2925/2025

29.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2925/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARI (Açar sözlər: yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı qanunsuz maneələrin aradan qaldırılması və pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-167/2025 nömrəli, 21 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilm iş kassasiya şikayətlərinə 29 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh MMC ilə iddiaçı Həsənova (Məmmədova) Rəsmiyyə Vahid qızı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, sonuncunun Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, Mirqasımov küçələrinin kəsişməsində inşa edilməkdə olan A blokunun 5-ci mərtəbəsində ayrılmış 233 m2-dən ibarət 4 otaqlı mənzilinin Həsənova (Məmmədova) Rəsmiyyə Vahid qızının mülkiyyətinə verilməsi barədə müqavilə bağlanmışdır.

2. Müqavilənin 3-cü bəndinə əsasən mənzilin dəyəri 279600 (iki yüz yetmiş doqquz min altı yüz) təşkil etmişdir.

3. Cavabdeh MMC-nin arayışından görünür ki, Həsənova (M əmmədova) Rəsmiyyə Vahid qızına Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, Mirqasımov küçələrinin kəsişməsində inşa edilməkdə olan A blokunun 5-ci mərtəbəsində ayrılmış 233 m2-dən ibarət 4 otaqlı 21 saylı mənzilinin təmirinə başlamağa icazə verilmişdir.

4. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Həsənova (Məmmədova) Rəsmiyyə Vahid qızı tərəfindən mənzilin ümumi dəyəri tam olaraq ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi binadakı liftlərdən istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilərək, iddiaçının həmin liftlərdən istifadəsinə şərait yaradılması vəzifəsinin Cavabdeh MMC-nin üzə rinə qoyulması, cavabdeh tərəfindən qüsurlu olaraq təhvil verilmiş 31.22 m2 sahənin əvəzi olan 62.440 (altımış iki min dörd yüz qırx) manat məbləğin Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi binadakı liftlərdən istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilərək, iddiaçının həmin liftlərdən istifadəsinə şərait yaradılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması və cavabdeh tərəfindən qüsurlu olaraq təhvil verilmiş 34.15 m2 sahənin əvəzi olaraq 68300 (altmış səkkiz min üç yüz) manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İdd iaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı mənzilin təmirinə başladıqdan sonra cavabdeh tərəfindən kommunal ödənişlərlə bağlı iddiaçıdan aylıq pul məbləğlərinin ödənilməsi tələb olunmuş, ondan sonra iddiaçı aylıq 50 manat miqdarında kommunal ödənişlər həyata keçirməyə başlamışdır. İddiaçı mənzili təmir edərkən ona müqavilə üzrə təhvil verilməli olan 233 m2 sahənin mövcud vəziyyətdə daha az olmasının fərqinə varmış və dərhal mütəxəssis cəlb edərək ona təhvil verilmiş mənzilin ümumi sahəsini ölçdürmüşdür. Mütəxəssis tərəfindən ölçü işləri aparıldıqdan sonra həmin mənzilin ümumi həsinin 201 kv.m olduğu müəyyən olunmuşdur. Daha sonra iddiaçı şifahi olaraq cavabdehə müraciət etmiş və tərəflər arasında bağlanmış müqavilə üzrə ona təhvil verilməli olan mənzilin faktiki sahəsinin 233 kv.m yox, 201 kv.m olduğu bildirilmişdir. Cavabdeh tərəfindən isə aylıq kommunal haqqının 50 manat miqdarında deyil, bundan sonra 140 manat miqdarında ödəməli olduğunu, həmin kvadrat fərqinə görə isə heç bir ödəniş olunmayacağı iddiaçıya bildirilmişdir. İddiaçı isə həmin mənzilə görə aylıq 140 manat kommunal haqqının çox olmasını, maksimum 60 manat məbləğində kommunal xidmət haqqının ödənilməsinin mümkün olmasını və bunla bağlı tərəflər arasında hər hansı bir müqavilənin olmamasını bildirmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçının binaya giriş-çıxışı məhdudlaşdırılmış və onun binanın liftindən istifadəsinə məhdudiyyət qoyulmuşdur. Cavabdeh heç bir əxlaqı normalara əməl etmədən, iddiaçını və onun şəkər xəstəsi olan 76 yaşlı həyat yoldaşını öz mənzillərinə pilləkənlə qalxmağa vadar etmişdir. Bununla da, iddiaçının mülkiyyət hüquqları kobud surətdə pozulmuş, mülkiyyətində olan mənzildən istifadəsinə qanunsuz məhdudiyyət qoyulmuşdur. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru X4 iddia ərizəsini qəbul etməmiş və məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir.

9. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli UNİ/M 13173/23 saylı arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, Mirqasımov küçələrinin kəsişməsində inşa edilməkdə olan “A” blokunun 5-ci mərtəbəsində ayrılmış 233 m2-dən ibarət 4 otaqlı mənzilinin 1,0 m2 üzrə orta bazar qiyməti 2000 manat müəyyən edilmişdir.

10. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli UNİ/M 131 73/23 saylı mütəxəssis rəyinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, Mirqasımov küçələrinin kəsişməsində inşa edilmiş binanın 5-ci mərtəbəsində olan 4 otaqlı mənzilin ümumi sahəsi 201.78 m2-dır.

11. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanlamış xəbərdarlıq məktubundan görünür ki, qanunsuz maneələrin aradan qaldırılması və qüsurlu icraya görə 28 kv.m sahənin əvəzi olaraq 56.000 (əlli altı min) manat məbləğin qaytarılması Cavabdeh MMC-yə təklif olunmuşdur.

12. İş üzrə tikinti-texniki exspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3888 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikil məkdə olan binanın “A" bloku, 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin faktiki sahəsi 204,9 m2 və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin ("Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları") 59.2 və 59.3 bəndlərində, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarının 3.8. bəndləri nəzərə alınmada sahəsi 198,85 m2 təşkil etdiyi müəyyən edilmişdir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2079/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh MMCdən İddiaçı xeyrinə 40.980 manat məbləğində pul və 147.86 manat mə bləğində dövlət rüsumunun tutulması, Cavabdeh MMC-dən ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. (hakim Natavan Tağıyeva)

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etməmiş, iddiaçıya ümumi sahəsi 233 kv.m sahəsi olan mənzil deyil, sahəsi daha az olan mənzil təhvil vermişdir. Digər sözlə ifadə etdikdə, cavabdeh iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır.

15. Belə ki, cavabdeh iddiaçıya 233 kv.m əvəzinə 198.85 kv.m mənzili təhvil vermiş və cavabdehin iddiaçıdan mənzilin faktiki sahəsinə uyğun olaraq hesablanan dəyərindən əlavə pul vəsait alması üçün qanuni və ya müqavilə əsası yoxdur. Artıq ödənilmiş vəsait cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır.

16. Məhkəmə iddianın mənzilin yerləşdiyi binadakı liftlərdən istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, İddiaçı “müvəqqəti təminat tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət etmiş və ərizə təmin olunaraq mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi binadakı liftlərdən ərizəçi İddiaçı və ailə üzvlərinin istifadəsinə maneələrin yaradılması Cavabdeh MMC-yə və digər şəxslərə qadağan edilmişdir. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan məlum olmuşdur ki, həmin qərardad Cavabdeh MMC tərəfindən dərhal icra olunaraq iddiaçının və onun ailə üzvlərinin liftdən istifadəsinə icazə verildiyindən iddianın həmin hissəsi təmin edilməməlidir.

17. İddiaçı X3 Bakı şəhəri, Nəsimi rayonu, S.R üstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın “A" bloku, 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilində ona verilməyən 34.15 kv.m sahəni hazırkı qiymətlə 2000 AZN olmaqla hesablanaraq ona verilməsini tələb etsə də, məhkəmə hesab etmişdir ki, həmin məbləğ mənzili aldığı qiymətlə, yəni 1200 manat olmaqla hesablanaraq iddiaçıya verilməlidir.

18. Artıq ödənilmiş vəsaitin həcmi hesablanarkən ekspert rəyində olan faktiki sahə əsas götürülməlidir. Beləliklə, müqavilə üzrə mənzilin razılaşdırılmış sahəsi olan 233 kv.mdən mənzilin faktiki sahəsi olan 198,85 kv.m çıxılmalı, alınan sahə 34,15 kv.m təşkil edir ki, mənzilin hər kvadrat metrinin qiymətinin 1200 AZN olması nəzərə alınaraq, iddiaçının artıq ödədiyi vəsait 40.980 (qırx min doqquz yü z səksən) manat təşkil edir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 385.1, 386.1, 390.1, 442, 445, 448.1, 752.1, 1091.1, 1091.2-ci maddələri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 106.1, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayətin dəlliləri iddia ərizəsi ilə eynilik təşkil etmişdir, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya təhvil verilməmiş olan – 34.15 kv.m sahənin bazar dəyərinin əsas götürü lərək zərər məbləği müəyyən edilməli olmasına dair müvafiq qanun normasının mövcudluğu məhkəməyə məlum olardı. Həmin ərazidə yerləşən mənzilin 1 kv.m-nin hazırki orta bazar dəyəri 2000 manat təşkil edir. Həmin faktı təsdiq edən xx.xx.2023-cü il tarixli arayış məhkəməyə təqdim olunmuşdur. Qeyd etmək zəruridir ki, hazırda iddiaçıya təhvil verilməmiş olan sahənin müqavilədə nəzərdə tutulan 1200 manat məbləğlə kompensasiyası mümkün deyildir. İddiaçı həmin mənzili 2019-cu ildə almış, həmin vaxtdan 4 ildən çox müddət keçdiyi nəzərə alınsa, onun yerləşdiyi ərazidəki mənzillərin bazar dəyəri artıq əhəmiyyətli dərəcədə artmışdır. Bununla da, məhkəmənin gəldiyi nəticənin açıq-aşkar yanlış nəticə olduğu və bu nəticədən çıxış edərək maddi hüquq normasını düzgün tətbiq etmədiyi aşkardır.

22. Həmçinin c avabdeh də apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə müqavilə bağlandığı dövrdə - 25 iyun 2019-cu ildə mübahisəli mənzilin tikintisi başa çatmamış, layihə sənədlərinə əsasən iddiaçıya təqdim olunmuş 21 saylı mənzilin dəyəri 279.600 manat müəyyən olunmaqla iddiaçıya satılmışdır. Müqavilədən də göründüyü kimi, iddiaçıya təqdim olunmuş 21 saylı mənzilin dəyəri hər kvadrat metr üzrə hesablanmamış, ümumilikdə 279.600 manat razılaşdırılmışdır. Nəzərə almaq lazımdır ki, mübahisəli mənzilin dəyəri onun hər kvadrat metrinə uyğun hesablansaydı, onun ümumi dəyəri 279.600 manat müəyyən olunmayacaqdı. Cəmiyyət tərəfindən iddiaçı aldadılmamış, on un vəsaiti hesabına əsassız varlanmamışdır. Tərəflərin razılaşmasına əsasən cavabdeh tərəfindən inşa olunan yaşayış binasının A blokunda, 5-ci mərtəbədə yerləşən 21 saylı mənzil 270.600 manata iddiaçıya satılmışdır. Məhkəmənin hansı əsaslardan çıxış edərək ümumi sahəsi 233 kv.m olan yaşayış sahəsinin müəyyən edilmiş hər bir kv.m-nin qiymətinin 1200 manat olması qənaətinə gəlməsi müəmmalıdır. Müqavilədə belə bir razılaşma yoxdur, mənzil iddiaçıya hər kvadratmetrinin dəyəri müəyyən olunmaqla satılmamışdır. Məhkəmənin sadəcə ekspert rəyinə əsaslanmaqla qətnamə çıxarması qəbul edilən deyil. Ekspert rəyinin mötəbərliyi, obyektivliyi və dəqiqliyi ciddi sual altındadır. Belə ki, məhkəmənin istinad etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqi qat aparan ekspert iş materiallarını səhv salmış, hazırki işlə əlaqəsi olmayan iş materiallarına istinad etməklə, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 25 iyun 2019-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 21 saylı evin 126 saylı sahəsi 148,9 kv.m olan mənzilin X1 göstərmişdir. Beləliklə, ekspertin hansı iş materiallarına əsasən tədqiqat aparması, tədqiqatı hansı şəraitdə aparması, hansı “21 saylı” mənzilin sahəsini ölçməsi və qiymətləndirmə aparması, təqdim olunan rəyin, həqiqətən, hazırki işə aid olub-olmaması müəmmalıdır. Ekspert rəyinin mötəbərliyinə inanmalı olsaq, rəydə 21 saylı mənzilin ümumi sahəsinin 204,9 kv.m təşkil etdiyi, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8-ci bəndləri nəzərə alınmaqla sah əsi 198.85 kv.m təşkil etdiyi göstərilmişdir. Məhkəmənin ekspert qarşısında qoyduğu suala cavab olaraq ekspert mənzilin sahəsinin 204,9 kv.m olduğunu göstərsə də, məhkəmə 198,85 kv.m sahəni əsas götürməklə cavabdehdən 34,15 kv.m sahəyə görə pul tutulması qənaətinə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə müqavilə bağlanan zaman mübahisəli mənzil inşa edilməkdə və təmirsiz idi, sonradan mənzildə təmir işləri aparılmışdır. Hazırda tədqiqat aparılan mənzil təmirli olduğundan, təmirsiz mənzillə təmirli mənzil arasında mövcud olan sahə fərqlərinin yaranması anlaşılan və qəbul ediləndir. Lakin məhkəmə iş üzrə mühüm halı nəzərə almamış, mənzilin sadəcə təmirli vəziyyətinə əsasən tədqiqat aparmış ekspert rəyinə istinad etməklə cavabdeh tərəfindən iddiaçıya təhvil verilən mənzilin sahəs inin əksik olduğu və cavabdehin əsassız varlandığı mövqeyinə əsaslanmışdır.

24. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Ekspertiza mərkəzinin 02 avqust 2023-cü il tarixli 10/3888 saylı ekspert rəy verilmişdir. Lakin apellyasiya baxışı zamanı sözügedən rəyin tədqiqi zamanı məlum olmuşdur ki, rəy ilkin layihə sənədlərinə istinad olunmadan verilmiş, bundan başqa rəydə başqa bir məhkəmənin icraatında olan iş materiallarında istinad edilmişdir.

25. Qeyd edilənləri nəzərə alaraq apellyasiya baxışı zamanı əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4342 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında müva fiq icra hakimiyyəti orqanları tərəfindən təsdiqlənmiş eskizlayihə sənədləri olmadığından birinci, üçüncü, dördüncü, beşinci və altıncı suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın “A" bloku, 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin faktiki ümumi sahəsinin 204,9 kv.metr, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin ("Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları") 59.2 və 59.3 bəndlərində, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarının 3.8. bəndləri nəzərə alınmaqla isə 198.85 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.

26. Kollegiya qeyd etmişdir ki, sözügedən rəyin məzmunundan görünür ki, qərardadla ekspert qarşısında qoyulmuş birinci, üçüncü, dördüncü, beşinci və altıncı suallara cavab verilməmiş, buna səbəb olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiqlənmiş eskiz-layihə sənədlərinin olmaması göstərilmiş, lakin ekspert vəsatəti verilən zaman həmin sənədlər tələb olunmamışdır. Bundan əlavə mənzilin balkonu olduğu halda ekspert tərəfindən nəzərə alınmamışdır.

27. Adı çəkilən halların aydınlaşdırılması məqsədilə apellyasiya baxışında yenidən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9106 saylı ekspe rt rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın “A" bloku, 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 21 saylı 4 otaqlı mənzildə həmin binanın qanunvericiliyin tələblərinə uyğun müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiqlənmiş eskiz layihədə sahəsi 6.6 kv.metr göstərilən sanitariya qovşağı tikilisinin sahəsi azaldılaraq faktiki olaraq 1.42 kv.metr olduğunu, sahəsi 5.6 kv.metr olan sanitariya qovşağı tikilisinin sahəsi artırılaraq faktiki olaraq 6.7 kv.metr olduğunu, eləcə də layihədə nəzərdə tutulmayan perimetri 3.6 metr, divaraltı sahəsi 0.36 kv.metr olan arakəsmə divar inşa olunduğunu nəzərə alaraq həmin sanitariya qovşaqlarının və arakəsmə divarın təsdiq olunmuş layihə sənədlərinə uy ğun olmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İQasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın “A" bloku, 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 21 saylı 4 otaqlı mənzilin içdən-içə, mənzilin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, azalma əmsalları ilə nəzərə alınmadan faktiki olaraq sahəsinin 205.26 (204.9 + 0.36) kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin ("Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları") 59.2 və 59.3 bəndlərində, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarının 3.8. bəndləri nəzərə alınmaqla isə 198.85 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın “A" bloku, 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 21 saylı 4 otaqlı mənzil üzrə 2 ədəd balkon olduğu, bunların da ümumi faktiki sahəsinin azaltma əmsalları tətbiq edilmədən 12.1 kv.metr, azaltma əmsalı tətbiq edilməklə isə 6.05 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Həmin mənzilin çöl divarlarının ortasından hesablamaqla mənzilin daxilində olan və layihədə nəzərdə tutulan, yaxud tutulmayan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 231.3 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Sözügedən mənzildə qanunvericiliyin tələblərinə uyğun müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiqlənmiş eskiz layihədə sahəsi 6.6 kv.metr göstərilən sanitariya qovşağı tikilisinin sahəsinin azalalaraq faktiki olaraq 1.42 kv.metr olduğunu, sahəsi 5.6 kv.metr olan sanitariya qovşağı tikilisinin sahəsi artırılaraq faktiki olaarq 6.7 kv.metr olduğunu, eləcə də layihədə nəzərdə tutulmayan perimetri 3.6 metr, divaraltı sahəsi 0.36 kv.metr olan arakəsmə divar inşa olunduğu müəyyən edilmişdir. Layihədə nəzərdə tutulmayan, perimetri 3.6 metr, divaraltı sahəsi isə 0.36 kv.metr olan arakəsmə divarın inşa olunması nəticəsində mənzilin divaraltı sahələr nəzərə alınmadan təşkil edən ümumi sahəsinin 0.36 kv.metr azalmasına səbəb olmuşdur.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-167/2025 nömrəli, 21 may 2025-ci il qətnaməsi ilə iddiaçı və cavabdehin apellyasiya şikayətlərinin ayrı-ayrılıqda qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2079/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın qismən təmin edilməsi, Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əskik olan 27.74 kv.metr ölçüyə mütanasib olaraq müqaviləyə əsasən hər kvadrat metr üçün 1200 manat olmaqla 33.288 (otuz iki min iki yüz səksən səkkiz) manat məbləğində pulun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, Mirqasımov küçələrinin kəsişməsində yerləşən tikilməkd ə olan binada A blokunda 21 saylı mənzilin yerləşdiyi binadakı liftlərdən istifadəyə yaradılan maneələr qanunsuz hesab edilərək, iddiaçının həmin liftlərlən istifadəsinə şərait yaradılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 294.90 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 143.73 (yüz qırx üç manat yetmiş üç qəpik) manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, apellyasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləğinin onun özünə aid edilməsi, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli dövlət rüsumunun qalıq 73,45 (yetmiş üç manat qırx beş qəpik) manat hissəsinin Cavabdeh MMC-dən alınaraq Dövlət büdcəsinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun məbləği isə cavabdehin özünə aid edilməsini qət etmişdir. (hakimlər:Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Abdıyev)

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddianın predmetinə nəzər yetirdikdə müəyyən edilmişdir ki, iddianın əsasının təşkil edən müqavilə şərtləri podrat münasibətlərini özündə ehtiva edir. Ona görə də kollegiya hesab etmişdir ki, hazırkı münasibətə podrat müqaviləsindən irəli gələn qaydalar tətbiq olunmalıdır.

30. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh MTK müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etmədiyindən mənzilin müqavilə üzrə nəzərdə tutulmuş ölçüyə uyğun təhvil verilməyən hissəsi nin dəyəri cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

31. Mübahisəli mənzilə fiziki baxış keçirilərək tərtib edilmiş ekspert rəyindən də göründüyü kimi cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilən mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə nəzərdə tutulan sahə arasında 27.74 kv.metr fərq mövcuddur (233 – 205.26 = 27.74). Bu da onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və dəymiş zərərin hesablanması zamanı 27.74 kv.metrlik fərq nəzərə alınmalı və iddiaçıya dəymiş zərərin məbləği həmin ölçü üzərindən hesablanmalıdır.

32. Dəymiş zərərin hesablanması mexanizminə münasibətdə isə kollegiya qeyd etmişdir ki, tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 233 kv.metr olan yaşayış sahəsi üçün ümumi dəyəri olan 279.600 manat alıcı tərəfindən Cav abdeh MMCyə tam ödənilmişdir. Kollegiya cavabdehin bu hissədə olan apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, sözügedən müqavilədə ödəniləcək məbləğin təhvil veriləcək mənzilin hər kvadrat metri üçün konkret məbləğ üzrə hesablamanın cəmini təşkil etməsi təsbit olunmasa da, tikinti şirkətləri və alıcılar arasında olan işgüzar adətlərə əsasən əldə ediləcək mənzilin dəyərinin hesablanması məhz bu formada, yəni hər kvadrat metr üçün məbləğ müəyyənləşdirməklə ümumi ödənişin təsbit olunması qaydasında aparılır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının mübahisəli mənzili əldə etməsi üçün ödədiyi 279.600 manat məbləğ müqavilə ilə nəzərdə tutulmuş 233 kv.metr sahə üçün hər kvadrat metrə münasibətdə 1200 AZN hesablanmaqla icra edilmişdir.

33. İddiaçının sözügedən mənzilin h azırkı tarixdə hər kvadrat metrinin 2000 manat olmasını nəzərə alaraq dəymiş zərərin məhz həmin məbləğə uyğun hesablanmasına dair şikayətin dəlilərinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Hazırkı iş üzrə də müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə bağlanılarkən iddiaçının hər kvadrat metrə görə ödədiyi pul, yəni muzd 1200 manat təşkil etmiş, cavabdeh də qeyd edilən ölçülərdə mənzilin təhvil verilməsini həyata keçirməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, hazırda dəymiş zərərin hesablanması da məhz 1200 manata münasibətdə aparılmalıdır.

34. Beləlikl ə, kollegiya hesab etmişdir ki, 27.74 kv.metr sahə üzrə hər kv.metr üçün 1200 manat hesablamaqla (27.74 x 1200) cəmi 33.288 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə Cavabdeh MMC-dən tutulmalıdır.

35. Məhkəmə iddianın mənzilin yerləşdiyi binadakı liftlərdən istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, birinci instansiya düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə öz mövqeyini əsaslandırarkən bildirmişdir ki, İddiaçı “müvəqqəti təminat tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət etmiş və ərizə təmin olunaraq mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi binadakı liftlərdən ərizəçi İddiaçı və ailə üzvlərinin istifadəsinə maneələrin yaradılması Cavabdeh MMC-yə və digər şəxslərə q adağan edilmişdir. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan məlum olmuşdur ki, həmin qərardad Cavabdeh MMC tərəfindən dərhal icra olunaraq iddiaçının və onun ailə üzvlərinin liftdən istifadəsinə icazə verildiyindən iddianın həmin hissəsi təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə də iddiaçının iddiası qismən təmin olunduğundan, müvəqqəti təminat tədbiri də qismən təmin olunan üzrə iddia tələbinin icrasınadək öz qüvvəsini saxlayacaqdır və bundan sonra cavabdeh tərəfindən yenidən eyni hərəkətlərin törədilməsi heç bir vasitə ilə mühafizə olunmayacaqdır. Buna görə də sözügedən hissədə iddianın məhz müvəqqəti təminat tədbirinin mövcudluğuna əsaslanaraq rədd edilməsi barədə məhkəmənin mövqeyi əsaslı olmamışdır. Həmçinin, kollegiya qeyd etmişdir ki, lift də binanın həyəti və park lanma yeri kimi ümumi mülkiyyət hesab edildiyindən binadakı liftlərdən istifadəyə yaradılan maneələr qanunsuz hesab edilməli, iddiaçının həmin liftlərlən istifadəsinə şərait yaradılması vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 752.1, 762.1,762.2, 763.1, 765, 766, 773, 776.1, 1092.1-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllənin 1, 59.2, 59.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Nümayəndə) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)167/2025 saylı qətnaməsinin qismən – iddia tələbinin təmin edilməmiş hissədə ləğv edilərək, iddia tələbinin tam şəkildə təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi cavabdeh tərəfindən öhdəliyin icra edilməmiş hissəsi ilə düzgün nəticəyə gəlməmiş, həmçinin müqavilədə nəzərdə tutulmuş məbləğlə iddia tələbini təmin etməkdə kobud şəkildə pozuntuya yol vermişdir. İş materiallarından aydın olur ki, cavabdeh iddiaçıya 233 kv.m əvəzinə 198.85 kv.m mənzili təhvil vermiş və cavabdehin iddiaçıdan mənzilin faktiki sahəsinə uyğun olaraq hesablanan dəyərindən əlavə pul vəsaiti alması üçün qanuni və ya müqavilə əsası yoxdur. Buna görə də, artıq ödənilmiş vəsait cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Əgər apellyasiya məhkəməsi tərəfindən mübahisə üzrə hərtərəfli araşdırma aparılsa idi, iddiaçıya təhvil verilməmiş olan – 34.15 m2 sahənin bazar dəyərinin əsas götürülərək zərər məbləği müəyyən edilməli olmasına dair müvafiq qanun normasının mövcudluğu məhkəməyə məlum olardı. Nəzərinə çatdırılmalıdır ki, həmin ərazidə yerləşən mənzilin 1 kv.m-nin hazırki orta bazar dəyəri 2000 manat təşkil edir. Həmin faktı təsdiq edən xx.xx.2023-cü il tarixli arayış tərəfindən məhkəməyə təqdim olunmuşdur. 34.15 kv.m x 2000 AZN = 68.300 AZN cavabdeh tərəfindən iddiaçıya mənzilin ümumi sahəsinin razılaşdırılmış ölçüdən az olan hissəsi ilə bağlı ödənilməli olan kompensasiya məbləği 68.300 AZN təşkil edir.

38. Cavabdeh MMC (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2025-ci il, e-2(10 3)-167/2025 saylı qətnaməsinin iddianın təmin olunması hissəsində ləğv edilməsi və İddiaçı iddia tələblərinin tam rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan qətnamənin nəticə hissəsində cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli dövlət rüsumunun qalıq 73,45 (yetmiş üç manat qırx beş qəpik) manat hissəsinin Cavabdeh MMC-dən alınaraq Dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Halbuki, birinci instansiya məhkəməsi qətnamədə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləğini 143 manat göstərdiyindən cavabdeh Rifah Plaza MMC tərəfindən dövlət rüsumu ona mütənasib olaraq 74,4 ma nat dövlət rüsumu ödənilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətin mümkünlüyü yoxlanılarkən şikayət dövlət rüsumunun tam ödənilməməsinə görə geri qaytarılmışdır. Bundan sonra cavabdeh dövlət rüsumunun qalıq hissəsini – 74,4 manat ödəməklə yenidən birinci instansiya məhkəməsinə müraciət etmiş və şikayət apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Yəni apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu tam ödənilmişdir. Məhkəmə instansiyası isə iş materiallarından bixəbər olduğunu bununla bariz nümayiş etdirmişdir.

40. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edi lən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

44. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 45. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəl iyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

46. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun;

47. Maddə 762.2. Podratın nəticəsi şərtləndirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləndirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

48. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər; 4

9. Maddə

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

50. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

51. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

52. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir i l ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər

53. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi

54. Maddə

1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

55. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır;

56. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Mad də 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

63. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri:

64. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin t ələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

65. Tərəflər apellyasiya instansiyası məhkəməsinin qətn aməsini ödənilməli məbləğ hissəsində mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun məhz həmin hissədə yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

66. Məhkəmə kollegiyası “cavabdeh “Rifah Plaza“ MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əksik olan 27.74 kv metr ölçüdə mütənasib olaraq müqaviləyə əsasən hər kvadrat metr üçün 1200 manat olmaqla 33.288 (otuz üç min iki yüz səksən səkkiz) manat məbləğində pulun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, həmin tələbin rədd olunan hissəsi istisna olmaqla digər hissələrdə apellyasiya instansiya məhkəməsinin nəticəsi ilə razılaşır, lakin istisna edilən hissədə isə maddi və prosessual hüquq normaları pozu lmuş və bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

67. İlk olaraq nəzərə alınır ki, mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.

68. Podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (Mülki Məcəllənin 752.1 və 762.1-ci maddələri).

69. Bu müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan s ifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir.

70. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda, yaranmış mübahisə həmin müqavilə şərtləri çərçivəsində həll edilməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələri hərtərəfli araşdırılmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğu dəqiqliklə müəyyən edilməlidir.

71. Oxşar mübahisələr üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə mənzilin sahəsi baxımından qüsurlu mal verib-verməməsini n müəyyənləşdirilməsidir.

72. Bu baxımdan hazırkı mübahisənin həlli üçün araşdırılması zəruri olan hal tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə hansı ölçüdə mənzilin sifarişçiyə təhvil verilməli olması və həmin öhdəliyin faktiki yerinə yetirilib-yetirilmədiyi olmalıdır. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və ona ziddiyyət təşkil e tmə ilə nəticələnə bilər.

73. Eyni zamanda, o da vurğulanmalıdır ki, sifarişçi tərəfindən məhsul qəbul edildikdən sonra onun tərəfindən mənzilin yenidən qurulması və ya yenidən planlaşdırılması həyata keçirildiyi halda tərəflərin müqavilə öhdəliyini hansı dərəcədə yerinə yetirdiyi barədə məsələ yalnız müqavilə öhdəlikləri çərçivəsində, o cümlədən layihə sənədlərinə əsasən həll edilməlidir. Çünki, sifarişçinin sonradan öz mənzilində apardığı əlavə təmir və tikinti işləri nəticəsində mənzilin işçi sahəsinin bir hissəsinin tikintialtı sahəyə çevrilməsi podratçının ziyanına qiymətləndirilə və onun üçün əlverişsiz nəticələr yarada bilməz.

74. Bu kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, cavabdehin şikayətinin dəlləri əsassızdır. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır, sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qeyd olunan hesablama qaydasını tətbiq edən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilən mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə nəzərdə tutulan sahə arasında 27.74 kv.metr fərq mövcuddur (233 – 205.26 = 27.74).

75. Məhkəmə tərkibinin razılaşdığı apellyasiya instansiya məhkəməsini formalaşdırdığı mövqeyindən aydın olur ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin ə msallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Buna görə də cavabdehin öhdəliklərini icra edib-etməməsini aydınlaşdırarkən mənzilin faktiki ölçüsü olaraq mənzilin içdən-içə, mənzilin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, azalma əmsalları ilə nəzərə alınmadan faktiki olaraq sahəsinin 205.26 kv.metr götürülməsi məqsədə uyğundur. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin şərtlərini ekspert rəyləri ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, cavabdeh MTK iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz.

76. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin sözügedən ekspert rəyinə əsasl anaraq iddiaçının müqavilədən irəli gələn hüquqlarının cavabdeh tərəfindən pozulması ilə bağlı qənaəti düzgündür.

77. İşin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin istisna edilən hissəsindən başqa (“cavabdeh “Rifah Plaza“ MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əksik olan 27.74 kv metr ölçüdə mütənasib olaraq müqaviləyə əsasən hər kvadrat metr üçün 1200 manat olmaqla 33.288 (otuz üç min iki yüz səksən səkkiz) manat məbləğində pul Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, həmin tələbin rədd olunan hissəsi istisna olmaqla) digər hissələri ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Cavabdehin kassasiya şikayətində irəli sürülən dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Bu hissələrdə apellyasiya məhkəməsin in araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Həmin hissələrdə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

78. Lakin məhkəmə tərkibi apelyasiya məhkəməsinin dəymiş zərərin məbləğinin hesablanması ilə bağlı mövqeyi ilə razılaşmır.

79. İddiaçının mənzilin hazırki tarixdə hər kvadrat metrinin 2000 manat olmasını nəzərə alaraq dəymiş zərərin məhz hə min məbləğə uyğun hesablanmasına dair şikayətin dəlilərinə münasibətdə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi, Mülki Məcəllənin 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Hazırki iş üzrə də müəyyən olunur ki, tərəflər arasında müqavilə bağlanılarkən iddiaçının hər kvadrat metrə görə ödədiyi pul, yəni muzd 1200 manat təşkil etmiş, cavabdeh də qeyd edilən ölçülərdə mənzilin təhvil verilməsini həyata keçirməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, hazırda dəymiş zərərin hesablanması da məhz 1200 manata münasibətdə aparılmal ıdır.

80. Ümumi olaraq qeyd edilməlidir ki, mənzilin sahəsinin müqavilədə göstərilən sahədən az olması mənzilin (əşyanın) qüsuru sayılır. Alqı-satqı zamanı qüsurlu əşya vermə deyilərkən alqı-satqı müqaviləsinin predmetinin müqaviləyə uyğun gəlməməsi başa düşülür. Alqı-satqı münasibətlərinə aid olan qayda podrat münasibətlərinə də aid olur, yəni podratçının özünün əldə etdiyi materiallardan hazırladığı əvəz edilən əşyanı sifarişçiyə verməsinə alqı-satqı qaydaları tətbiq edilir.

81. İddiaçı kassasiya şikayətində göstərir ki, mənzili təmir edərkən ona müqavilə üzrə verilməli olan 233 kv.m sahənin az olmasının fərqinə varmış və dərhal mütəxəssis cəlb edərək ona təhvil verilmiş mənzilin ümumi sahəsini ölçdürmüşdür. Daha sonra iddiaçı şifahi olaraq cavabdehə müraciət etmiş və tərəflər arasında bağlanmış müqavilə üzrə ona təhvil verilməli olan mənzilin faktiki sahəsinin 233 kv.mdən az olduğunu bildirmiş, lakin cavabdeh zərəri könüllü olaraq aradan qaldırmamışdır.

82. Apellyasiya instansiya məhkəməsi dəymiş zərərin miqdarını müəyyən edərkən Mülki Məcəllənin 766-cı maddəsinə istinad etmişdir.

83. Həmin maddənin məzmunundan görünür ki, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

84. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulatı mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazır lanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

85. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.

86. Apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından aydın olur ki, cavabdeh müqavilədə şərtləşdirilmiş ölçüdə mənzili iddiaçıya təhvil verməmişdir.

87. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud ol muş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

88. Borclu tərəfindən öhdəlik könüllü olaraq icra edilmədikdə zərər müəyyənləşdirilərkən qərar çıxarılan gün mövcud olan qiymətin nəzərə alınmasını təsbit edir.

89. İstinad olunan normalar baxımından qeyd edilməlidir ki, apellyasiya məhkəməsi cavabdeh tərəfindən öhdəliyin icra edilməmiş hissəsi ilə bağlı düzgün nəticəyə gəlməmiş, həmçinin müqavilədə nəzərdə tutulmuş məbləğin tutulmasına dair nəticəyə gəlməklə pozuntuya yol vermişdir.

90. İş materiallarından aydın olur ki, cavabdeh iddiaçıya müqavilə ilə şərtləşdirdikləri sahədən 27,74 kv m az ölçüdə mənzili təhvil vermiş və cavabdehin iddiaçıdan mənzilin faktiki sahəsinə uyğun olaraq hesablanan dəyərindən əlavə pul vəsaiti al ması üçün qanuni və ya müqavilə əsası olmamışdır. Buna görə də, artıq ödənilmiş vəsait məhkəmənin müəyyən etdiyi kimi cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır.

91. İddiaçı iddia edir ki, həmin ərazidə yerləşən mənzilin 1 kv.m-nin hazırki orta bazar dəyəri 2000 manat təşkil edir və buna dair arayışı məhkəməyə təqdim etmişdir.

92. Qeyd edilməlidir ki, iddiaçı həmin mənzili 2019-cu ildə almış, həmin vaxtdan uzun müddət keçdiyini nəzərə alsaq, onun yerləşdiyi ərazidəki mənzillərin bazar dəyəri artıq əhəmiyyətli dərəcədə artmışdır. Kompensasiyanın miqdarı iddiaçının çəkdiyi real zərər nəzərə alınmaqla müəyyən olunmalıdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sübutlar ilə təsdiq olunur ki, mübahisəli mənzil üzrə bir kvadrat metrin bazar dəyəri müqavilənin bağlanıldığı tarixlə müqayisədə iddianın qaldırıldığı vaxta qədər əhəmiyyətli dərəcədə artmışdır. Bu səbəbdən kompensasiya əvvəlki, müqavilə üzrə müəyyən edilmiş qiymətlə hesablanarsa, bu iddiaçının real zərərini ödəməyəcək və onun əmlak vəziyyətini bərpa edilməsi mümkünsüz olacaqdır.

93. Belə ki, iddiaçının təqdim olunan məbləğlə hazırki bazar qiymətlərinə uyğun şəkildə həmin sahəni əvəzləmək imkanı yoxdur, mənzilini satmaq, dəyişmək və ya icarəyə vermək istədikdə, daha az sahəyə malik olması nəticəsində əmlakdan əldə ediləcək gəlir azalacaq, ipoteka predmeti kimi istifadə edilərkən, sahənin az olması əmlakın qiymətləndirilməsinə mənfi təsir göstərəcək və nəticə etibarilə iddiaçının əmlak hüquqlarını məhdudlaşdırılmasına səbəb olacaqdır.

94. Baxılan iş üzrə iddiaçının pozulmuş hüququnun tam bərpasının təmin edilməsi üçün icra anına bir kvadrat metrin hazırki bazar qiymətinə əsasən hesablanmış kompensasiya ilə mümkünlüyünə apellyasiya məhkəməsi tərəfindən qiymət verilməli olmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 766-cı maddəsinin tətbiqini labüd hesab edərək ümumiyyətlə iddiaçının mübahisələndirilən hissə üzrə tələbini və irəli sürdüyü dəlillərini qiymətləndirmədən və Mülki Məcəllənin 443.3-cü maddəsi baxımından araşdırmadan kənarda saxlamışdır.

95. Qeyd edilməlidir ki, müqavilənin əsas məqsədi konkret sahənin təqdim olunması idi, müəyyən pul məbləği deyil, kompensasiya iddiaçının faktiki olaraq itirdiyi əmlak dəyərinə uyğun olmalıdır; qiymətlərin artması fonunda müqavilə öhdəliyini pozmuş tərəfin gəlir əldə etməsi, dürüst tərəfin zərər çəkməsi ədalətli hes ab edilə bilməz. Bu vəziyyət isə dürüstlük qaydasına da uyğun deyil. Mülki münasibətlərdə vicdanlılıq prinsipi tələb edir ki, müqavilənin pozulmasına yol verən şəxs üstün vəziyyət əldə etməsin.

96. Hazırkı iş üzrə də, mənzilin faktiki təqdim olunan sahəsinin müqavilədə nəzərdə tutulandan az olması nəticəsində yaranmış əmlak itkisi, yalnız həmin sahənin iddianın qaldırıldığı vaxtda bazarda formalaşmış qiymətlər əsasında hesablandığı halda, iddiaçının əmlak vəziyyətini bərpa edilməsini təmin edə biləcəyi nəzərə alına bilər.

97. Məhkəmə kollegiyası, bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiy ada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X5rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli Qərar, §67).

44. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

98. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

99. İşə apellyasiya instansiyası məhkəməsində mübahisələndirilən hissədə yenidən baxılarkən hazırkı Qərarda (§ 79-99) şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

100. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (“cavabdeh “Rifah Plaza“ MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əksik olan 27.74 kv metr ölçüdə mütənasib olaraq müqaviləyə əsasən hər kvadrat metr üçün 1200 manat olmaqla 33.288 (otuz üç min iki yüz səksən səkkiz) manat məbləğində pul Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, həmin tələbin rədd olunan hissəsi) ləğv edilməli, iş eyni hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

101. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-167/2025 nömrəli, 21 may 2025-ci il tarixli qətnaməsi qismən - “Cavabdeh “Rifah Plaza“ MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əksik olan 27.74 kv metr ölçüdə mütənasib olaraq müqaviləyə əsasən hər kvadrat metr üçün 1200 manat olmaqla 33.288 (otuz üç min iki yüz səksən səkkiz) manat məbləğində pulun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, həmin tələbin rədd olunan hissəsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun bölünməsi, tutulması hissələrində” ləğv olunsun, həmin hissələrdə iş y enidən baxılması üçün geri qaytarılsın. Cavabdeh MMC-nin kassasiya şikayəti təmin olunmasın. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar