Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1061/2023 19.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh Məhəmmədəli oğluna qarşı “yetkinlik yaşına çatmayan övladının himayəsinə verilməsi, aliment tələbi, indeksasiya edilməklə müvafiq pul məbləğinin ödənilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Məhəmmədəli oğluna qarşı yetkinlik yaşına çatmayan övladının himayəsinə verilməsi, aliment tələbi, indeksasiya edilməklə müvafiq pul məbləğinin ödənilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. İddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Belə ki, iddiaçı yetkinlik yaşına çatmayan övladının himayəsinə verilməsi, aliment tələbi, indeksasiya edilməklə müvafiq pul məbləğinin ödənilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddia predmetinin elementləri olan yetkinlik yaşına çatmayan övladının himayəsinə verilməsi, aliment tələbi ilə əmlak bölgüsü və indeksasiya edilməklə müvafiq pul məbləğinin ödənilməsi dair tələblərin bir-biri ilə əlaqəsi yoxdur. Həmçinin, iddiaçı iddia ərizəsində iddianın məbləğini qeyd etməmişdir. Belə olan halda iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun məbləğini də müəyyən etmək mümkün deyildir. Bundan əlavə iddiaçı iddia ərizəsinə əlavə olunmuş müvafiq dövlət rüsumunun ödənilməsinə dair qəbzdə olan qeydlərə əsasən müəyyən olunur ki, sözügedən rüsum məbləği aidiyyatı məhkəmə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına ödənilməli olduğu halda, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Bundan əlavə, məbləğin indeksasiya edilməklə ödənilməsinə Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə qərarının icrası zamanı baxılmaqla hüquqi tənzimlənməsi mümkündür. Qeyd olunan xüsusatata görə sözügedən tələb hazırda mülki iddia predmeti qismində çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, ərizə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən qüsurlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdeh Məhəmmədəli oğluna qarşı yetkinlik yaşına çatmayan övladının himayəsinə verilməsi, aliment tələbi, indeksasiya edilməklə müvafiq pul məbləği tələbi və birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2022-ci il tarixli (GPP qəbz nömrəsi: **********) qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1061/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1061/2023
19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver