Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-265/2025 29.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İlkin iddia üzrə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və pul barədə ilkin, Cavabdeh İddiaçı qarşı atalığın müəyyən edilməsi barədə qarşılıqlı iddialarına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, 07 mart 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 350 manat məbləğində alimentin Cavabdeh Əlamdar oğlundan tutularaq ona ödənilməsi, həmçinin evdən götürdüyü 5700 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia bununla əsaslandırılmışdır ki, o, 2016-cı ildə Cavabdehla faktiki nikaha daxil olmuş, ailə münasibətlərindən 07 mart 2017-ci ildə X4 adlı uşaq anadan olmuşdur. Cavabdeh xx.xx.2017-ci ildə ərizə ilə müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, Sumqayıt Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən bu barədə xx.xx.2017-ci ildə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Cavabdeh azyaşlı övladına baxmır, habelə yaşadıqları dövrdə evdən götürdüyü 5700 manat pulu geri qaytarmır. Bu vaxt ərzində azyaşlı uşağın bütün maddi və mənəvi tələbatını təkbaşına ödəyir. Həmçinin, uşağın ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini təkbaşına edə bilmir. Hazırda qeyd olunan pulun geri qaytarılması və azyaşlı övladının saxlanılması üçün alimentın məhkəmə qaydasında tutulması barədə əvvəlcə cavabdehə, daha sonra isə mediatora müraciət etmişdir. Bütün bunlara əsasən uşağın mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh azyaşlı övladının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşağın saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, məhkəmədən onun xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 bioloji atası olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia bununla əsaslandırılmışdır ki, o, İddiaçı ilə çoxdan tanışdır. Bir neçə il münasibətləri olmuşdur. Onlar tanış olduqları zaman cavabdehin bir övladı var idi və o, ailəli idi. O, bu məlumatları sonradan öyrənmişdir. Münasibət qurduqdan təxminən 3 il sonra Şəlalə ona demişdir ki, hamilədir və guya uşağın atası odur. O isə Şəlalədən hamiləliyin sonlandırmasını istəmişdir. O, cavabında bildirmişdir ki, artıq gecdir, hamiləliyi sonlandırmaq ayları keçmişdir, bunu etmək mümkün deyil. Onu ailəsilə təhdid etməyə başladı və bildirdi ki, əgər uşağa atalıq verməsə, ailəsinə hər şeyi danışacaq. Həmin ana qədər bundan xəbəri olmamış, cavabdeh də bununla bağlı ona heç nə deməmişdir. Uşaq 07 mart 2017-ci ildə anadan olduqdan sonra 5 yaşına çatana qədər onun hər bir xərcini o çəkmiş, qayğısına qalmışdır. Şəlalə isə onu həmişə təhdid edirdi ki, ailə qurmağa qoymayacaq, anasıgilə hər şeyi deyəcək. Uzun sürən bu mübahisələrdən o, yorulmuş və sonda hər şeyi açıb anasıgilə danışmışdır. O, subaydır, cavabdeh onunla tanış olan zaman ailəli idi. Ailəli olan zaman həyatında ondan başqa biri də var idi. Həmin şəxs ona maşın da almışdı. Həmin maşına görə rəsmi nikahda olduğu əri ilə arasında mübahisə düşmüşdü və o zaman yaranan bu mübahisələrə görə aralarındakı nikah pozulmuşdu. Əgər uşaq həqiqətən ondan olsaydı,cavabdeh ona qarşı müxtəlif iddialar irəli sürə bilərdi, lakin bu zamana kimi heç bir iddiası olmamışdır. Onun əsas məqsədi ona ailə qurmağa maneçilik yaratmaqdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi və bildirdi ki, uşağın saxlanması üçün hər ay 200 manat aliment ödənilməsinə razıdır. O, qarşılıqlı iddiaya etiraz edərək onun rədd olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə qarşılıqlı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, ilkin iddiaya etiraz etdi və bildirdi ki, ilkin iddia əsassızdır və rədd olunmalıdır. Məhkəmənin eyni tarixli qərardadı ilə mülki iş üzrə İddiaçı 5700 manat məbləğində pulun qaytarılması barədə tələbinə ayrıca icraatda baxılması qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin olunmamalıdır. Mülki iş materiallarında olan AZ-İİİ 923960 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 07 mart 2017-ci ildə doğulmuş X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan atalığın müəyyən edilməsi barədə AZ-İ 312530 saylı şəhadətnamənin surətindən görünür ki, 07 mart 2017-ci ildə doğulmuş X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmətibbi Ekspertiza və X3” X6 tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 9/77 saylı ekspert rəyindən görünür ki, alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X4 adlı uşaq barəsində atalıq faktı inkar olunmur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin faktiki nikahından xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaq anadan olmuşdur. Hazırda ailə faktiki olaraq dağılıb və iddiaçı övladı ilə birlikdə ayrı ünvanda yaşayır. Azyaşlı Uğur doğum haqqında şəhadətnaməsində ilkin iddia üzrə cavabdehin soyadını daşısa da, Cavabdeh onun atası olması faktını inkar edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin yuxarıda qeyd edilən faktiki hallarına və işdəki mötəbər sübutlara, o cümlədən ekspert rəyinə əsasən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin olunmamalıdır, yəni 07 mart 2017-ci ildə doğulmuş X1 atası məhz Cavabdehdur. Bundan başqa, işdən görünür ki, ilkin iddia üzrə iddiaçı həmin uşağın saxlanılması üçün uşağın atasından alimentin tutulmasını xahiş edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Hazırda bu məbləğ 400 manat təşkil edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı Qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və bununla bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşağın saxlanılması üçün ilkin iddia üzrə cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşağın mənafeyi nəzərə alınmalı və uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün hər ay hər 200 manat məbləğində, yəni hazırki minimum əmək haqqının 0,5 misli həddində aliment ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, sabit məbləğdə alimentin tutulması xx.xx.2024-cü il tarixdən, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində aliment isə xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində, xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində aliment tutularaq İddiaçı verilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində, xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində aliment tutularaq İddiaçı verilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-265/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-265/2025
29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver