Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2817/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı X1 Cavabdeh Əkrəm oğluna qarşı alimentin tutulması və cehiz əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh Əkrəm oğluna qarşı alimentin tutulması və cehiz əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. AR MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, tələblərdən biri aliment tutulması, digər tələbi isə cehiz əşyalarının geri qaytarılması ilə bağlıdır. Hakim hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin bir-biri ilə əlaqəsi yoxdur və həmin tələblər müstəqil formada ayrı ayrılıqda verilməlidir. Hər iki tələb müstəqil məhkəmə araşdırmasının predmetidir və bu səbəbdən həmin tələblərin bir icraatda birləşdirilməsi yolverilməzdir. Beləliklə hakim hesab edir ki, iddiaçı bir iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirdiyindən iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.7-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh Əkrəm oğluna qarşı alimentin tutulması və cehiz əşyalarının geri qaytarılması barədə iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2817/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2817/2025
03.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver