Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1062/2023 12.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2(004)-1062/2023 Bakı şəhəri xx.xx.2023-cü il Bakı şəhəri Yasamal rayon Məhkəməsi Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və X4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (üçüncü şəxs qismində 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisi cəlb olunmaqla) “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlaka dair bağlanmış alqı-satqı müqavilələrinin və texniki pasportun ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (üçüncü şəxs qismində 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisi cəlb olunmaqla) qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisi tərəfindən 30 noyabr 2022-ci il tarixdə Cavabdeh1 adına verilmiş, “VOLKSWAGEN POLO minik” markalı, WVWZZZOHZ4U029712 ban nömrəli, buraxılış ili 2004-cü il olan, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh1 “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət nömrə nişanlı avtomobilə dair bağlamış olduğu alqı-satqı müqavilələrinin və eyni zamanda özgəninkiləşdirmə nəticəsində digər şəxslər tərəfindən avtomobilə dair alınmış texniki pasportun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. X2, anası Cavabdeh2dır. X2 xx.xx.2022-ci il tarixdə vəfat edib. Bu barədə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 24 dekabr 2022-ci ildə AZ-İİ seriyalı, 300477 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Atasının mülkiyyətində “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobili idarə etmək üçün atası tərəfindən onun adına 2024-cü ilədək qüvvədə olan etibarnamə verilmişdir. Atası vəfat etdikdən sonra qardaşı Cavabdeh1 ondan gizli 20 iyul 2022-ci il tarixdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət etmiş və 30 noyabr 2022-ci ildə onun adina “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair miras əmlakdan tam hissədə pay almaq barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qardaşı Cavabdeh1 bu qanunsuz hərəkəti qanun üzrə vərəsə kimi onun hüquqlarını kobud surətdə pozmuşdur. Cavabdeh1 bu qanunsuz hərəkətindən xəbər tutduğdan sonra xx.xx.2022-ci ildə o, yuxarıda göstərilən notariat ofisinə müraciət etmişdir. 7 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisinin notariusu X8 tərəfindən ona göndərilən məktubda Mülkü Məcəllənin 1243.2 və 1246-cı maddələrinə istinad edilərək Cavabdeh1 tərəfindən vərəsəliyin tanınması barədə ərizə ilə notariat ofisinə müraciət edildiyi, ərizədə miras qoyanın arvadı Cavabdeh2 adının vərəsə kimi göstərildiyi və Cavabdeh1 tərəfindən mirasın faktiki qəbul edildiyi bildirilir. Həmin vaxt sözügedən avtomobil onun idarəçiliyində olmuşdur. Göründüyü kimi onun qanun üzrə vərəsəlik hüququ qəsdən pozulub və ona görə də Cavabdeh1 adına verilmiş 30 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız sayılmalıdır. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia ilə qətiyyən razı deyil və ümumiyyətlə qəbul etmir. İddianın əsassızlığını aşağıdakı dəlillərlə sübuta yetirilir. Belə ki, mirasqoyan (ata) X3 olduqda, İddiaçı atası ilə birgə yaşamayıb, ailədə daxili münaqişə yaradaraq dalaşıb və evi tərk edib. Ata Cavabdeh1 müalicəsi, qulluğu ilə bağlı xərclər, məişət, gündəlik ehtiyacları və digər zəruri xərclər mərhumun oğlu Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 tərəfindən qarşılanıb. Məhkəmə prosesinin hazırlığı zamanı İddiaçı özü də atasının ölümündən xəbərdar olması və onun yas mərasimində iştirak etməsi barədə izahat vemişdir. Bu isə o deməkdir ki, İddiaçı atasının (miras qoyanın) ölümündən xəbərdar olmuşdur. Belə olan halda o, atasının ölümündən sonra miras məsələsi ilə bağlı işin açılması üçün notariusa müraciət etməli idi. Lakin bütün bu hallara baxmayaraq, İddiaçı notariusa müraciət etməyib, miras əmlakın bölüşdürülməsini istəməyib, onun əmlakda marağı olmayıb. Miras qoyan sağlığında Cavabdeh1 mülkiyyətində olan avtomobilin idarə olunması, istifadəsi, həmçinin bütün daşınar və daşınmaz əmlakların istifadə və idarə olunması ilə bağlı etibarnamələr vermişdir. Bu da o deməkdir ki, mərhum mülkiyyətində olan əmlakların istifadə və idarəsini özünün də iradəsi və razılığı olmaqla rəsmi formada oğlu Cavabdeh1 həvalə etmişdir. Qeyd edilən hallardan göründüyü kimi mübahisə predmeti olan “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 idarəsində olmuşdur. Bu faktı iş üzrə keçirilən məhkəmə baxışı zamanı İddiaçı ünvanlanan suala verilmiş cavab da təsdiq edir. Belə ki, İddiaçı verilən suala cavab olaraq bildirmişdir ki, miras qoyan vəfat edən ərəfədə (may ayının sonunda) **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 idarəsində olmuşdur. Bu da o deməkdir ki, Cavabdeh1 tərəfindən vərəsəlik üzrə miras əmlakı faktiki qəbul edilmiş və idarə olunmuşdur. Notarius tərəfindən verilən xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə tam qanunauyğun şəkildə verilmişdir, hər hansı qanun pozuntusu mövcud deyildir. Belə ki, notarius qanunauyğun olaraq, 6 aylıq vərəsəlik üzrə müraciət müddətini gözləmiş, 6 ay bitdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Beləliklə, sadalananlara, iddiaçının izahatlarına, verilən suallara cavablarına və qanunun qeyd olunan maddələrinə əsasən, məhkəmədən iddianın tam rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun və oğlunun mobil nömrələri Cavabdeh1 vardı. Notarius onu tapa bilməyəndə zəng edib notariusu məlumatlandıra bilərdi. Notaiusdan ona gələn məktubda Riadın digər vərəsə kimi yalnız anasını qeyd etdiyi görünür. Onun qanun üzrə vərəsəlik hüququ cavabdehlər tərəfindən qəsdən pozulmuşdur. Cavabdeh1 adına verilmiş 30 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət nömrə nişanlı avtomobilə dair bağlamış olduğu alqı-satqı müqavilələri və özgəninkiləşdirmə nəticəsində digər şəxslər tərəfindən avtomobilə dair alınmış texniki pasportun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin vəsatət verərək, Cavabdeh1 hüquqi sənədləri bilə-bilə saxtalaşdırdığına görə və dövlət orqanlarına yalan məlumat verdiyinə görə iş üzrə cinayət işinin başlanması üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə veridiyi etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş Cavabdeh1 barəsində cinayət işinin başlanması üçün xüsusi qərardadın çıxarılmasına dair vəsatətə münasibət bildirərək qeyd etmişdir ki, MPM-in tələblərinə əsasən əməldə cinayət tərkibinin əlamətləri olduqda hakim xüsusi qərardad çıxarır. X13 əməlində cinayət tərkibinin əlamətləri yoxdur. Belə ki, Riad saxta sənəd verməmiş, notariusa rüşvət verməmiş, yaxud təzyiq göstərməmiş və ya notariusdan nəyisə gizlətməklə vərəsəlik işi açmamışdır. Cavabdeh1 aşkar şəkildə notariusa müraciət etmiş, qarşı tərəf haqqında məlumatlar vermiş və qarşı tərəfi gizlətməmişdir. Notarius isə ən azı 6 ay gözləyib, bu müddət tamam olduqdan sonra vərəsəlik haqqında şəhadətnamə vermişdir. Qeyd edilənləri nəzərə alaraq, vəsatətin və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisi məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasına iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən üçüncü şəxs 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan: AZ-İİ seriyalı, 300477 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 893 nömrə ilə qeyd aparılmışdır. Vİİ-ЖГ seriyalı, 252683 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. X2, anası Cavabdeh2dır. ЦГ-ЖГ seriyalı, 393705 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. X2, anası Cavabdeh2dır. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli, 407 saylı məktubu ilə xx.xx.2022-ci il tarixdə 2V-89 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2022-ci il tarixli, 8V-21 reyestr nömrəli açılmış vərəsəlik işinin surəti məhkəmə təqdim olunmuşdur. Vərəsəlik işində olan: xx.xx.2022-ci il tarixli, notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh2, xx.xx.2022-ci il tarixdə ölmüş əri X6 ölümündən sonra irs qalmış yaşayış, qeyriyaşayış və torpaq sahələri, habelə digər əmlak hüquqları üzrə mirasın ona çatası hissəsindən oğlu Cavabdeh1 xeyrinə imtina etmişdir. xx.xx.2022-ci il tarixli, notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh2, xx.xx.2022-ci il tarixdə ölmüş əri X5 irs qalmış əmlaklar üzrə mülkiyyət hüququndan imtina etmişdir. xx.xx.2022-ci il tarixli, notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh1 notariat ofisinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2ndan irs qalmış əmlakı qəbul etmiş, mirasın tərkibinə daxil olmuş əmlak hüquqlarından ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Ondan başqa Cavabdeh2 (anası) vərəsə olduğunu qeyd etmişdir. AC seriyalı 060024 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2004-cü il buraxılışlı, **-SE-*** dövlət qeydiyyat nişanlı “VOLKSWAGEN POLO minik” markalı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə X6 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı notariat ofisinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış əmlaka dair 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisi tərəfindən 2V-89 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verildiyini, həmin vərəsəlik işi ilə əlaqədar olaraq 10 gün müddətində məhkəməyə müraciət edəcəyini, həmin vərəsəlik işi ilə əlaqədar əlavə vərəsəlik haqqında şəhadətnamə verilməməsini xahiş etmişdir. 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2na qardaşı Cavabdeh1 xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası MM-in müvafiq maddələrinin tələblərinə baxmayaraq, onun tərəfindən nə notariat ofisinə mirasın qəbul edilməsinə dair ərizə, nə də mirasın qəbulu müddətində miras əmlakının faktiki idarəsinə dair sənədlər və sübutlar təqdim edilmədiyi bildirilmişdir. Həmçinin qardaşı Cavabdeh1 tərəfindən verilmiş mirasın qəbul edilməsinə dair ərizədə vərəsələr barəsində məlumat təqdim edilərkən yalnız miras qoyanın arvadı - Cavabdeh2 vərəsə kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən, mirası qəbul etmiş vərəsəyə xx.xx.2022-ci il tarixli, 2V-89 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi qeyd edilmiş, mübahisə ilə bağlı müvafiq məhkəmə orqanına müraciət olunması tövsiyə olunmuşdur. İş materiallarında olan: xx.xx.2015-ci il tarixli, 7E-5817 nömrə ilə reyestrdə qeyd edilmiş etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 Emin Rafiq oğluna 8 il 9 ay, 27 gün müdətinə mülkiyyətində olan “VOLKSWAGEN POLO minik” markalı, WVWZZZOHZ4U029712 ban nömrəli, buraxılış ili 2004-cü il olan, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ vermişdir. xx.xx.2021-ci il tarixli, 7E-1547 nömrə ilə reyestrdə qeyd edilmiş etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 Riad Rafiq oğluna xx.xx.2031-ci il tarixədək mülkiyyətində olan “VOLKSWAGEN POLO minik” markalı, WVWZZZOHZ4U029712 ban nömrəli, buraxılış ili 2004-cü il olan, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ vermişdir. xx.xx.2021-ci il tarixli, 7E-1546 nömrə ilə reyestrdə qeyd edilmiş etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 Riad Rafiq oğluna 30 il müddətinə etibarnamə vermişdir. Etibarnamə üzrə ona bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, icarə müqavilələri bağlamaq, ləğv etmək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq, miras qəbul etmək və yaxud ondan imtina etmək və s. səlahiyyətlər verilmişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş X6 vərəsəsi – ünvan 2 ünvanında qeydiyyatda olan oğlu - Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AC seriya və 060024 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “VOLKSWAGEN POLO minik” markalı, WVWZZZOHZ4U029712 ban nömrəli, buraxılış ili 2004-cü il olan, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, miras qoyan X10 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra miras qalmış əmlak “VOLKSWAGEN POLO minik” markalı, WVWZZZOHZ4U029712 ban nömrəli, buraxılış ili 2004-cü il olan, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarət olmuşdur. Miras açılarkən miras qoyanın aşağıdakı birinci növbə vərəsələri məlum olmuşdur: - arvadı Cavabdeh2; - xx.xx.1967-ci il təvəllüdlü İddiaçı; - xx.xx.1975-ci il Cavabdeh1. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 miras qoyan X5 miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı ərizə ilə notariat kontoruna müraciət etmişdir. Eyni zamanda digər Cavabdeh2 notariat ofisinə ərizə ilə müraciət edərək mərhum X5 qalmış miras əmlakı üzrə hüquqlarından oğlu Cavabdeh1 xeyrinə imtina etdiyini bildirmişdir. İddiaçı mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etməyərək bununla bağlı iradə ifadəsini bildirməmişdir. xx.xx.2022-ci il tarixdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisi tərəfindən Cavabdeh1 “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə tam hissədə pay almasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı atasının ölümündən xəbərdar olmuş, mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Miras qoyan X10 vəfat edən zaman iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı notariat ofisinə hər hansı ərizə verilməmişdir. Bundan başqa, miras qoyan X10 vəfat etdikdən sonra iddiaçı miras əmlaka daxil olan əmlaka faktiki sahibliyi həyata keçirməmişdir. Miras əmlaka daxil olan “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi etibarnamə əsassında Cavabdeh1 idarəsində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə, mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətləri dedikdə, vərəsəlik hüququ ilə tənzimlənən elə ictimai münasibətlər başa düşülür ki, həmin münasibətlər mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi prosesində yaranır. Nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi, nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. Vərəsələr tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, onlar miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Lakin iddiaçı tərəfindən miras qoyan X6 ölümündən sonra miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi ilə əlaqədar hər hansı bir tədbir görülməmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən mirası qəbul etmək üçün hər hansı bir hərəkət də edilməmişdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Miras qəbul etmək iddiaçının vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçı tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı mirası qəbul etmə hüququnu itirmişdir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirasın formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün müraciətinə hər hansı maneə mövcud olmamış, lakin miras əmlakın əldə edilməsinə yönələn hərəkət olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə edilən miras əmlak barəsində tam pay hüququ ilə Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, miras qalmış əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçı tərəfindən miras əmlakın qeyri-formal üsulla qəbul edilməsi və buna niyyətinin olması öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən miras əmlakı heç faktiki olaraq da qəbul edilməmişdir. Belə ki, iddiaçının atasının ölümündən xəbərdar olması, miras qoyanın yas mərasimində iştirak etməsi onun mirasın açıldığından xəbardar olması kimi qiymətləndirilir. Eyni zamanda məhkəmə iclasında iddiaçının vermiş olduğu izahata əsasən, ona miras əmlak olan avtonəqliyyat vasitəsinin faktiki olaraq atasının vəfatından sonra qardaşının istifadəsində olduğu məlum olduğu aydındır. Bundan başqa məhkəmə qeyd edi ki, mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən və bununla əlaqədar həyata keçirilməli olan hərəkətlər iddiaçı tərəfindən edilmədiyindən, iddiaçının mirası rəsmi, yaxud faktiki qəbul etməsi öz təsdiqini tapmadığından, beləliklə də miras əmlak üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən hər hansı qanun pozuntusuna yol verilməsi və onun etibarsız hesab edilməsi üçün heç bir hal müəyyən olunmadığından, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi verilmiş şəhadlətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən iddia tələbinin digər hissələri bununla bağlı olduğundan, prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi həmin hissələrdə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (üçüncü şəxs qismində 7 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Ofisi cəlb olunmaqla) “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlaka dair bağlanmış alqı-satqı müqavilələrinin və texniki pasportun ləğv olunması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1062/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1062/2023
12.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver