Məhkəmə qərarları › İş №2(004)-1063/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1063/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1063/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********06619 olan iPhone X markalı telefon, Apple Watch saat üçün 2870 manat ödənilməmiş hissə, 861 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı soyuducu üçün 608 manat ödənilməmiş hissə, 182 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV, Philips Tozsoran üçün 428 manat ödənilməmiş hissə, 129 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən. İMEİ kodu **********30994 olan Xiaomi Mi A2 markalı telefon üçün 576 manat ödənilməmiş hissə, 172 manat dəbbə olmaqla ümumilikdə 5826 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5856 manat məbləğində pulun tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə “xxxx” MMC arasında xx.xx.2019-cu il tarixli, 00485314 saylı, xx.xx.2019-cu il tarixli, 00513259 saylı, xx.xx.2019cu il tarixli, 00604424 saylı və xx.xx.2019-cu il tarixli, 00612017 saylı müqavilələr bağlanmış, müqavilə üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və borcunu vaxtında ödəməmiş, nəticədə cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********06619 olan iPhone X markalı telefon, Apple Watch saat üçün 2870 manat ödənilməmiş hissə, 861 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı soyuducu üçün 608 manat ödənilməmiş hissə, 182 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN LED TV, Philips Tozsoran üçün 428 manat ödənilməmiş hissə, 129 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********30994 olan Xiaomi Mi A2 markalı telefon üçün 576 manat ödənilməmiş hissə, 172 manat dəbbə olmaqla ümumilikdə 5826 manat borcu yaranmışdır. Cavabdeh ümumilikdə 2886 manat ödəniş etmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00485314 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********06619 olan “iPhone X” markalı telefon, “Apple Watch” saat Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00513259 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən “HOFFMANN” markalı soyuducu Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00604424 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən “HOFFMANN LED TV”, “Philips” markalı tozsoran Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00612017 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC İMEİ kodu **********30994 olan “Xiaomi Mi A2” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 00485314 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 4554 manat təşkil edir və aylıq 205 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 00513259 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 686 manat təşkil edir və aylıq 38 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 00604424 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 1548 manat təşkil edir və aylıq 86 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 00612017 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 580 manat təşkil edir və aylıq 32 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00485314 alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 4554 manat olan əsas borcdan 2870 manat ödənilməmiş hissə, 861 manat cərimə, cəmi 3731 manat borcu, xx.xx.2019-cu il tarixli, 00513259 alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 686 manat olan əsas borcdan 608 manat ödənilməmiş hissə, 182 manat cərimə, cəmi 790 manat borcu, xx.xx.2019-cu il tarixli, 00604424 alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 1548 manat olan əsas borcdan 428 manat ödənilməmiş hissə, 129 manat cərimə, cəmi 557 manat borcu, xx.xx.2019-cu il tarixli, 00612017 alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 580 manat olan əsas borcdan 576 manat ödənilməmiş hissə, 172 manat cərimə, cəmi 748 manat borcu, ümumilikdə isə 5826 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, xx.xx.2019-cu il tarixli, 00485314 saylı müqavilə üzrə 100 manat, xx.xx.2019-cu il tarixli, 00513259 saylı müqavilə üzrə 30 manat, xx.xx.2019-cu il tarixli, 00604424 saylı müqavilə üzrə 20 manat və xx.xx.2019-cu il tarixli, 00612017 saylı müqavilə üzrə 28 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli 00485314 saylı müqavilə üzrə 2870 manat əsas borc, 100 manat dəbbə borcu, xx.xx.2019cu il tarixli 00513259 müqavilə üzrə 608 manat əsas borc, 30 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli 00604424 saylı müqavilə üzrə 428 manat əsas borc, 20 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli 00612017 müqavilə üzrə 576 manat əsas borc, 28 manat dəbbə borcu olmaqla, ümumilikdə 4660 (dörd min altı yüz altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00485314 saylı müqavilə üzrə 2870 manat əsas borc, 100 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli 00513259 müqavilə üzrə 608 manat əsas borc, 30 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli 00604424 saylı müqavilə üzrə 428 manat əsas borc, 20 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli 00612017 müqavilə üzrə 576 manat əsas borc, 28 manat dəbbə borcu olmaqla, ümumilikdə 4660 (dörd min altı yüz altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar