Məhkəmə qərarları › İş №2(004)-1073/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1073/2022

30.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1073/2022 30.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 007138 saylı, 06 iyun 2021-ci il tarixli aktnın ləğv edilməsi və onun əsasında ona qarşı hesablanmış 3492 manat məbləğində borcun silinməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,285 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə onun mülkiyyətnmdədir və buna dair AR DODRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Reyestrində 03.08.2011-ci il tarixli, ********** №-li qeydiyyat aparılmışdır. Mülkiyyətində olan sahədə “Xan Çinar" kafesi fəaliyyət göstərir və cavabdeh Azərsu ASC ilə su təchizatına dair 132193 №-li müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq sayğacdan keçməklə 20 dm su xətti ilə obyektə su ötürülür. Müqavilənin şərtlərinə uyğun olaraq istifadə edilmiş içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun olaraq Cavabdeh ASC-yə ödəyir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 08 iyun 2021-ci il tarixində ona məxsus kafeyə “guya” baxış keçirilmiş və sudan qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. Cavabdeh ASCnin əməkdaşları tərəfindən “guya” kənar su boru xətti kəsilərək ləğv edilmiş və buna dair 007138 saylı, 08 iyun 2021 -ci il tarixli Akt tərtib edilmişdir. Həmin akta əlavə edilmiş hesabata əsasən Cavabdeh ASC-yə 3492 manat maddi ziyan qeyd olunur və həmin məbləğ məndən tələb olunur. Qeyd edir ki, cavabdehin əməkdaşlarının yazdığı 007138 saylı, 08 iyun 2021-ci il tarixli aktda ona məxsus obyektdə su sayğacının onların əməkdaşları tərəfindən sökülərək laborator müayinəsi göndərilməsi və bu səbəbdən də birbaşa qoşulma verilməsi qeyd olunur. Daha sonra isə “guya” tərəfindən d=25 mm boru ilə sudan istifadəsi qeyd olunur. Cavabdeh ASC-nin əməkdaşlarının bu aktı heç bir məntiqə sığmır. Belə ki, özləri gəlib sayğacı söküb labarator müayinəyə göndərir, sonra isə başqa birisi gəlib guya onun sudan qanunsuz istifadəsini aşkar edir. Sual olunur onun nə marağı var ki, sudan qanunsuz istifadəyə yol versin. Belə ki, obyektdə sudan istifadə minumum səviyyədədir. Elə bu şəbədən də akta imza etməmişdir. Cavabdeh təşkilatın belə hərəkətlərini qanunsuz və əsassız hesab edir. Belə ki Cavabdeh ASC-nin əməkdaşları ona münasibətdə qanunsuz hərəkətləri təkrarlayırlar. Qeyd edir ki, eyni qanunsuz hərəkətlər 06.07.2018-ci ildə də baş vermiş və istfadəsində olan obyekt barədə həmin tarixli 09453 №-li inventar akt tərtib edilərək 2052 manat “cərimə" hesablanmışdır. O, həmin qanunsuz hərəkətlər ilə bağlı məhkəməyə müraciət etmiş və Yasamal Rayon Məhkəməsi tərəfindən 23.09.2021-ci il tarixli, 2(004)-5159/2021 saylı qətnaməsi ilə “Azərsu" ASC-nin 09453 MXD saylı, 06 iyul 2018-ci il tarixli inventar aktı ləğv edilmiş və onun əsasında Cavabdeh ASC tərəfindən İddiaçı hesablanmış 2052 manat məbləğində borcun silinməsi müəyyən edilmişdir. Hazırda məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında 01.04.2015-ci il tarixində, 19435871 nömrəli su təchizatı xidmətinə görə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC iddiaçıya su xidməti göstərir. Bununla əlaqədar olaraq iddiaçıya məxsus Abşeron rayonu Sukanal İdarəsinin xidməti ərazisində "xxxx" kafesi adı altında fəaliyyət göstərən,49797319 nömrəli abonent kodu 132193 olan İddiaçı məxsus obyektin su xətti üzərində 22 aprel 2015-ci il tarixdə ALFASU-20 markalı su sayğacı quraşdırılmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara göstərilən xidmətin dəyərindən formalaşır. Su Məcəlləsinin 97-ci maddəsində göstərildiyi kimi, bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan pullu istifadə edilir. Sudan pullu istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun müvafiq qaydada razılaşdırılmadan qoşulmaqla və ya sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi mübahisələr yaratmış olur. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 20 aprel 2015-ci il tarixli **********30 nömrəli əmri ilə təsdiq edilmiş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” haqqında qaydaların tələbinə görə ALFASU-20 su sayğacı beş ildə bir dəfə dövrü yoxlamadan keçirilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarfnın 4-cü maddəsinin 4.1.7-ci bəndinin tələbinə əsasən Alfasu-20 markalı, zavod nömrəsi 49797319 və plomb nömrəsi B106691 olan su sayğacının yoxlamadan keçirilməsi üçün “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin struktur tərkibinə daxil olan Abşeron Sukanal İdarəsinə 29.03.2021-ci il tarixində müraciət etmişdir. Sayğac 29 mart 2021-ci il tarixli iş əmri ilə çıxarılmış və Cəmiyyətin Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən X1 gətirilməsi üçün iddiaçıya təqdim edilmişdir, iddiaçının nümayəndəsi X5 tərəfindən sayğac Laboratoriyaya təqdim edilmişdir və bu barədə 14 iyun 2021-ci il tarixli 97319/0086598 saylı rəy tərtib edilmişdir. Müayinə nəticəsində sayğacın təmirə və istismara yararsız olması müəyyən edilmişdir. Azərbaycan Respublikası “Su təhcizatı və tullantı suları haqqında” Qanunun 49 və 50-ci maddələrinə əsasən təhcizatçı müəssisənin səlahiyyətli nümayəndələri su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektə baxış keçirmək hüququna malikdirlər. Belə, ki Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 08 iyun 2021-ci il tarixində ünvan 1 ünvanında abonentin su təchizatına baxış keçirilən zaman iddiaçı tərəfindən d=25 mm-lik boru ilə sudan qeyri-qanuni istifadə edildiyi müəyyən edilmişdir. Bu barədə 007138 saylı inventar aktı tərtib edilmiş, həmin ünvanda mövcud olan bütün qanun pozuntuları video yazı vasitəsi ilə sübut kimi qeydə alınmışdır. Sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə maddi ziyan dəymiş və Azərbaycan Respubliası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləği 3492 manat məbləğində müəyyən edilmişdir. Ziyanın ödənilməsi iddiaçıya təklif olunsa da, o həmin məbləği ödəməkdən imtina etmişdir. Bundan əlavə onuda qeyd edir ki, iddiaçı iddia ərizəsində sudan qanunsuz istifadə olmaması faktını iddia etsə də, heç bir sübutla əsaslandıra bilməmişdir. Sudan istifadə qaydalarının 3.1.1-ci bəndinin tələbinə əsasən su təchizatı və kanalizasiya müəssisənin su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz qoşulma hallarını aşkar etdikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarfnın 8.7-ci bəndinə əsasən,"Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma hallan aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.” “Sudan istifadə qaydaları"nın 8.6-cı bəndinə görə “su təchizatı sisteminə qanunsuz qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsində zərərə anlayış verilərək göstərilir, zərər dedikdə, huququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya onunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaların pozan) əməldir (hərəkət və ya yərəkətsizlikdir). “Su təhcizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası qanununun 67-ci maddəsinin 1-ci bəndində göstərilir ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, su təhcizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təhcizatı və kanalizasiya sisteminə qoşulma qadağandır. Qanunun 72-ci maddəsinə əsasən qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təhcizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsulliyət daşıyırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sözü gedən obyektdə olan sayğac cavabdehin nümayəndələri tərəfindən çıxarılmış və sonrada saygacdan kənar qoşulmaya görə ona cərimə yazılmışdır. Həmin sayğac qeyri-yaşayış sahəsindən aralıda yerləşir və həmin sayğaca da, o nəzarət etmir. Sayğac olmayan ərəfə də isə çəndə olan sudan istifadə edilmişdir. Həmin çəni də maşınla su gətirdərək doldurmuşlar. Sayğac işləməyən müddət kafe ümumiyyətlə fəaliyyət göstərməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbini etiraf etmədi və iddiaya etirazını onunla əsaslandırdı ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Belə ki, iddiaçının müraciəti əsasında 29 mart 2021-ci il tarixdə əmrlə çıxarılmış və su xətti ana xəttə birləşdirilməmişdir. Belə ki, həmin xəttlərin birləşdirilməsi istehlakçının istəyi ilə olur. İddiaçı da onlardan belə bir şey istəmədiyindən, hüquqlarını müdafiə etdiyi qurumun işçiləri qoşulma etməmişlər. 08.06.2021-ci il tarixdə qeyd edilən ünvana sayöac quraşdırılması məqsədi ilə baxış keçirilən zaman iddiaçı tərəfindən ana xəttə bir başa qoşulması halı aşkar edilmiş və bu müvafiq aktla rəsmiləşdirilmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.285 ha sahədə yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüquqi üzrə (sahibkarlıq fəaliyyəti məqsədli) İddiaçı məxsusdur və sonuncuya məxsus torpaq sahəsində Xan Çinar kafesi fəaliyyət göstərir. İddiaçı ilə Cavabdeh ASC arasında sözü gedən ünvanda dair 01.04.2015-ci il tarixində, 19435871 nömrəli su təchizatı xidmətinə görə müqavilə bağlanmışdır. Daha sonra obyektin su xətti üzərində 22 aprel 2015-ci il tarixdə ALFASU-20 markalı su sayğacı quraşdırılmışdır. Su sayğacı qanunvericiliyə uyğun 5 ildən bir yoxlamadan keçirilməsi üçün 29 mart 2021-ci il tarixli əmrlə çıxarılmış, laboratoriyaya təqdim edilmiş və 08 iyun 2021-ci il tarixdə sözü gedən ünvana sayğac keçirilməsi məqsədi ilə baxış keçirilərkən sayğacdan kənar qoşulmanın olması aşkar edilərək buna dair 007138 saylı, 08 iyun 2021-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı, Cavabdeh ASC-nin 007138 saylı, 08 iyun 2021-ci il tarixli aktnın ləğv edilməsi və onun əsasında ona qarşı hesablanmış 3492 manat məbləğində borcun silinməsi barədə qətnamə cıxarılmasını xahiş edir, cavabdeh isə iddianı etiraf etmir. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdeh tərəfindən sözü gedən qeyri-yaşayış sahəsinə akta əsasən hesablanmış 3492 manat məbləğində borcun silinməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, işin halları ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsində 29.03.2021-ci il tarixədək sayğacın mövcud olması, həmin tarixdə yoxlamadan keçirilməsi üçün sayğacın cavabdeh qurumun əməkdaşları tərəfindən açılaraq götürülməsi, sayğacın olmadığı müddətdə müvafiq obyektdə sudan istifadənin diametri 25 mm boru vasitəsi ilə sayğacdan kənar, yəni ana xəttə birbaşa qoşulmaqla həyata keçirilməsi, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 08 iyun 2021-ci il tarixində ünvan 1 ünvanında abonentin su təchizatına baxış keçirilən zaman iddiaçı tərəfindən d=25 mm-lik boru ilə sudan qeyriqanuni istifadə edilməsi və bu barədə 007138 saylı inventar aktının tərtib edilməsi müəyyən edilmişdir. İşin bu halları yəni, mübahisəli ünvandan sayğacın çıxarılması, sayğac olmayan müddətdə qanunsuz qoşulmanın olması, mübahisəsiz olmaqla, iş materialları, eləcə də, cavabdeh tərəfindən təqdim edilmiş video görüntülərlə də, təsdiq edilmişdir. Məhkəmə iddiaçının, mübahisəli ünvanda sayğacın olmadığı müddətdə suyun kənardan alınaraq çənlərə boşaldılması və həmən sudan istifadə edilməsinə dair izhatına tənqidi yanaşaraq qeyd edir ki, iddiaçı buna dair məhkəməyə hər hansı bir sübutlar təqdim edə bilməmiş, bunun əksi olaraq cavabdeh tərəfindən təqdim edilmiş video görüntülərlə mübahisəli ünvanda sayğacdan kənar qoşulmanın mövcudluğu öz təstiqini tapmışdır. Sözü gedən bu hallar işin mübahisəsiz halı olsa da, məhkəmə hesab edir ki, mübahisəli ünvanda yerləşən obyektə sudan istifadə xidmətlərinə görə son 1 illik həddində borc hesablanması əsaslı olmamışdır. Çünki, sudan istifadə qaydalarına əsasən sayğac olmayan ərazilərdən sudan 1 gün ərzində istifədə 5 saat omaqla, saatlıq su sərfinə görə 1.94 kub.m (borunu iç diametri nəzərə alınmaqla, hazırda 25 mm), ümumi isə gün ərizdə 9.7 kub.m (5*1.94) sudan istifadə nəzərə tutulmuşdur. İddiaçıya məxsus qeyri-yaşayış sahəsində 29.03.2021-ci il tarixədək sayğac mövcud olduğundan və həmən tarixdən (sayğac çıxarılan tarixdən) 08.06.2021-ci il tarixədək (akt tərtib edilən tarix) ümumilikdə 70 gün sayğacdan kənar sudan istifadə olunduğundan, məhz həmən dövr üçün istifadə edilmiş suya görə, 679 manat (yəni 70 gün x 9.70 x 1 manat = 679 manat) manat məbləğində borc hesablanmalıdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvana hesablanmış 3492 (üç min dörd yüz doxsan iki) manat borcdan 2813 (iki min səkkiz yüz on üç) manat məbləği əsassız olduğundan silinməlidir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 14-cü maddəsinə görə bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun, su təchizatı məişət (təsərrüfat)-içməli məqsədləri üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun; 30-cü maddəsinin birinci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 31-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir; «Sudan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nörməli Qərarının 2.1.3-cü bəndinə əsasən fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifələridir. «Sudan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nörməli Qərarının 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Məhkəmə iddia tələbinin cavabeh tərəfindən tərtib edilmiş 06.06.2021-ci il tarixli, 007138 saylı aktın ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının qanunsuz olaraq (sayğac olmayan dövrdə) ana xəttə bir başa qoşulması aşkar edildiyindən və müvafiq akt həmin halı təsdiq etdiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklədə Məhkəmə iddia üzrə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hesablanmış 3492 (üç min dörd yüz doxsan iki) manat borcdan 2813 (iki min səkkiz yüz on üç) manat borc məbləği əsassız olduğundan silinməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hesablanmış 3492 (üç min dörd yüz doxsan iki) manat borcdan 2813 (iki min səkkiz yüz on üç) manat borc məbləği əsassız olduğundan silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar