Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1074/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi ev 13, mənzil 18 ünvanında yerləşən mənzilin elektrik enerjisi təchizatı üzrə X3 adına olan abunə kodu (**********30018) üzrə 2002-2006-cı illər üzrə "xxxx" MMC dövrünə elektrik enerjisi sərfiyyatı üzrə 1740,56 manat dondurulmuş borcun silinməsi və Cavabdeh ASC tərəfindən abunə kodunun onun adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Yasamal rayonu, X13 küçəsi ev 13, mənzil 18 ünvanında yerləşən mənzili satıcı X4 AN-İ ******* nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır. Alqı-satqı müqaviləsi müvafiq qaydada notarial qaydada təsdiq olunmuş, müqavilə təsdiq olunarkən kommunal borcların olmamasına dair müvafiq arayışların alındığı ona bildirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışı ilə qeyd olunan ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Mənzili aldıqdan sonra kommunal xidmətlərlə bağlı abunə müqavilələrini və kodlarını öz adına dəyişdirməyə başlamışdır. Həmin mənzillə bağlı elektrik təchizatı ilə bağlı abunə kodundan başqa digər kommunal xidmətlərə görə müqavilələr onun adına rəsmiləşdirilmişdir. ASAN kommunal xidmət mərkəzindən ona bildirilmişdir ki, mənzilin elektrik enerjisi təchizatı üzrə abunə kodu (**********30018) X3 adınadır və həmin abunə kodu üzrə 2002-2006-cı illər üzrə "xxxx" MMC dövrünə elektrik enerjisi sərfiyyatı üzrə 1740.56 manat dondurulmuş borc qalmışdır. Halbuki o mənzili aldıqda bu barədə heç bir məlumatı olmamış, satıcı tərəfindən müvafiq arayışların notariusa təqdim edildiyini zənn etmişdır. İddiaçıda olan məlumata əsasən X7 vəfat etmiş və mənzili mənə satan onun vərəsəsi X8 olmuş və həmin şəxs əlavə olaraq mənə bildirmişdir ki, satışa kimi mənzildən istifadə etməmiş, orada yaşamamışdır. İddiaçıya məxsus yaşayış sahəsinin abonent kodunda ad dəyişmə edilməsi ilə bağlı aidiyyəti qurumlara dəfələrlə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, "**********30018 saylı abunə kodunun "Azərişıq” ASC-nin elektron məlumat bazasındakı tarixçəsi araşdırılan zamçan həmin abunə kodu üzrə borcun olmaması ilə bağlı arayışın alınması üçün müraciətin qeydə alınmadığı məlum olmuşdur. Bu isə sözügedən yaşayış sahəsinin alqı-satqısının "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.22-ci bəndinin tələbi nəzərə alınmadan həyata keçirildiyini təsdiq edir." Halbuki, həmin borcun ona heç bir aiddiyyəti yoxdur. Çünki mənzil onun mülkiyyətinə 2020-ci ildə keçmişdir. Həmin vaxtdan istifadə etdiyi elektrik enerjisi təchizatına görə haqqı vaxtı-vaxtında ödəmişdir. İki azyaşlı uşağı ilə birlikdə həmin mənzildə yaşayır. 2002-2006-cı illər üzrə "xxxx" MMC dövrünə elektrik enerjisi sərfiyyatı üzrə mərhum X3 adına olan 1740.56 manat borcun onun üzərində qalması və bu səbəbdən abunə kodunun onun adına dəyişdirilməməsi tamamilə əsassız və qanunsuzdur. Həmin borcun bu günə kimi silinməməsi, vaxtilə mərhumdan həmin borcun tələb edilməməsi nəticəsində mülkiyyətçi kimi onun qanuni mənafeyi gözlənilməmiş, nəticədə bu günə kimi onunla cavabdeh arasında elektrik enerjisinin alqısatqı müqaviləsi bağlanılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vemiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməmiş və rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X3 oğlunun adına olan **********30018 kod üzrə abonentin saldosundan görünür ki, abonentin "xxxx" MMC-nin dövründən 1740,56 manat dondurulmuş borcu qalmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı, xx.xx.2011-cü il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X9 ilə bilrikdə Bakı şəhəri, yasamal rayonu, X13 küçəsi, ev 13, mənzil 18 ünvanında qeydiyyatdadır. AZ-İ ******* saylı, 27 noyabr 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, X8 tam mülkiyyət hüququ əsasında ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə ona verilmiş **********65-05101-093013 reyestr nömrəli, ********** qeydiyyat nöməli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi ev 13, mənzil 18 ünvanında yerləşən, ümumi sahəsi 60 kv.m. olan mənzili 80000 manat məbləğinə İddiaçı satmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə görə İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının adına olan Abunə haqqında arayışın borc bölməsində 1740,56 manat (BARMEK borcu) borc olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, 1740,56 manat məbləğində yaranmış borc "xxxx" MMC dövrünə aid olduğundan, borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanmasının, borcun yaranması əsasının və borcun həqiqətən mövcud olubolmamasının Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən etmək mümkün olmadığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi ev 13, mənzil 18 ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 1740,56 (bir min yeddi yüz qırx manat əlli altı qəpik) manat borc cavabdeh "xxxx" ASC tərəfindən X3 (abonent kodu:**********30018) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməli, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi ev 13, mənzil 18 ünvanı üzrə abunə kodunun İddiaçı adına rəsmiləşdirilməsi cavabdeh "xxxx" ASC-yə həvalə ediməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi ev 13, mənzil 18 ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 1740,56 (bir min yeddi yüz qırx manat əlli altı qəpik) manat borc cavabdeh "xxxx" ASC tərəfindən X3 (abonent kodu:**********30018) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi ev 13, mənzil 18 ünvanı üzrə abunə kodunun İddiaçı adına rəsmiləşdirilməsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1074/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1074/2024
23.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver