Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1089/2020 09.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X5, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı noratiat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı müəssisədəki payın alqısatqı müqaviləsinin ləğvinə dair ərizələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh1, İddiaçı1 Bakı şəhəri 14 saylı noratiat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı nortariat ofisinə qarşı müəssisədəki payın alqı-satqı müqaviləsinin ləğvinə dair ərizələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı noratiat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı nortariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2018-ci il tarixdə İddiaçı1, İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E-6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, “xxxxxxxxxxxx” MMC-nin 35% payının Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx xxx 2018-ci il tarixli 3M- 451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı il tarixdə İddiaçı1, İddiaçı2, Cavabdeh1 və X1 kənd təsərrüfatı məhsulların istehsalı ilə birgə məşğul olmağa qərara gəlmişlər. Cavabdeh1 tərəfindən “X8 Şirkəti” QSC-nin investor və partnyor qismində cəlb edilməsi təklif edilmişdir. Təklif məqbul qarşılanmış və xx xxxxxx 2016-cı il tarixdə “xxxxxxxxxxxx” MMC təsis olunmuşdur. “xxxxxxxxxxxx” MMC-nin nizamnamə kapitalı 1.700.000 manat məbləğində müəyyən olunmuşdur. Nizamnamə kapitalının 65%-i “X8 Şirkəti” QSC-yə, 35%-i isə Cavabdeh1 aid olunmuşdur. Cavabdeh1 adına qoyulmuş 595.000 manat məbləğində vəsait İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmişdir. xx xxxxxx 2017-ci il tarixdə “xxxxxxxxxxxx” MMC Cavabdeh1 35% payının 17.5%-i İddiaçı2 və 17.5%-i İddiaçı1 satılması barədə qərar vermiş və qərara əsasən xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda Cavabdeh1 bir tərəfdən və İddiaçı2 və İddiaçı1 digər tərəfdən müəssisədəki payın alqı-satqı müqaviləsini bağlamışlar. Müəssisədəki payın alqı-satqısı olduqdan sonra Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarış alınaraq müvafiq dövlət orqanında qeydiyyata alınmışdır. Qeyd olunan müqavilə müddətindən 5 ay keçdikdən sonra, Cavabdeh1 şəriklərinə müraciət edərək bildirmişdir ki, maliyyə vəziyyəti pisləşib, ciddi problemlərlə üzləşib və bununla əlaqədar kredit götürmək istəyir. Lakin kreditin alınması üçün “xxxxxxxxxxxx” MMC-də adına olan əvvəlki payın göstərilməsi zəruridir. Şəriklərin etibarından sui-istifadə edərək Cavabdeh1 1 ay müddətinə müvvəqəti payların onun adına geri qaytarılmasını xahiş etmişdir. Bu barədə Cavabdeh1, İddiaçı1 və İddiaçı2 xx xxxxx 2018-ci il tarixdə Əməkdaşlıq müqaviləsini bağlayıb, Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanılan xx xxxxxx 2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğvinə dair formal olaraq ərizələr vermişlər. Ərizələr məhz formal olduğundan müqavilənin ləğvi ərizələrlə ləğv olunmuşdur, halbuki qanuna əsasən müqavilənin ləğvi yeni müqavilənin bağlanması ilə rəsmilləşdirilir. Həmçinin ərizələr formal olduğuna görə payların dəyəri Cavabdeh1 tərəfindən geri qaytarılmamış, Bakı şəhəri 14 saylı notariat kontorunda İddiaçı1 arvadının alqı-satqı müqaviləsinin ləğvinə dair razılıq ərizəsi də götürülməmişdir. Verilmiş ərizələrə əsasən, xx xxxxxx 2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı barədə müqavilə ləğv edilmiş, “xxxxxxxxxxxx” MMC-nin 35% payı yenidən Cavabdeh1 adına rəsmilləşdirilmişdir. Lakin Cavabdeh1 verdiyi sözə əməl etmədən, İddiaçı1 və İddiaçı2 etibarından sui-istifadə edərək, kobud şəkildə onları aldatmış və xx xxx 2018-ci il tarixdə “xxxxxxxxxxxx” MMC-də olan 35% payı müəssisədəki payın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X13 cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhəri 14 saylı noratiat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı nortariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2018-ci il tarixdə İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6658 nömrə ilə qeydə alınmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, “xxxxxxxxxxxx” MMC-nin 35% payının Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılan və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx xxx 2018-ci il tarixli 3M- 451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X13 və X9 xx xxxxxx 2011-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladları doğulmuşdur. xx xxxxxx 2017-ci il tarixdə İddiaçı1 adına “xxxxxxxxxxxx” MMC-nin nizamnamə kapitalının 17.5% payın rəsmilləşdirilməsi barədə X6 məlumatı olmuşdur. Lakin Cavabdeh1 tərəfindən şəriklərin etibarından sui-istifadə edərək 1 ay müddətinə müvvəqəti payların onun adına geri qaytarılması barədə xahişin və İddiaçı1 tərəfindən xx xxxxx 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanılan xx xxxxxx 2017-ci il tarixli müəssisədəki payın alqısatqısı barədə müqavilənin ləğvinə dair formal olaraq ərizənin verilməsi X2 vaxta qədər məlum deyildi. Bu hal X10 əri İddiaçı1 Bakı şəhəri Yasamal rayon məhkəməsindən sms bildiriş gələndə məlum olmuşdur. İddiaçı1 soruşanda ki, o, hansı səbəbdən X10 indiyə kimi deməyib və razılığını almayıb, İddiaçı1 bildirmişdir ki, payın alqı-satqı müqaviləsinin ləğvinə dair ərizə formal olub, bu səbəbdən də X10 deyilməyib və onun notarius tərəfindən razılığı alınmayıb. Yasamal rayon məhkəməsinin 2(004)-1594/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaları üzrə 2(004)-1089/2020 saylı mülki iş və müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 iddiası üzrə 2(004)-1594/2020 saylı mülki iş bir icraatda birləşdirilmiş və icraat 2(004)-1089/2020 say altında davam etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili X14 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk və 3-cü şəxsin iddialarının təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil3 üçüncü şəxsin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk və 3-cü şəxsin iddialarının təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası ilə bağlı bildirmişdir ki, iddiaçılar tərəfindən əqdlərin mübahisələndirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə müəyyən edilmiş müddət ötürülmüşdür, yəni iddiaçılar mübahisələndirilən ərizələri mübahisələndirmək hüququnu itirmişlər. Bundan əlavə hesab edir ki, Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X10 münasibətdə vicdanlı alıcıdır və üçüncü şəxs ona dəymiş zərər ilə bağlı Cavabdeh1 qarşı iddia sürməlidir. Odur ki, hər iki iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı2 və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 nümayəndəsi İddiaçı2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasının davam etməsini xahiş etmişdir. Məhkəmə məhkəmə iclasında iştiark etmiş şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia və üçüncü şəxsin iddiaları rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasənəqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. İş materiallarından göründüyü kimi, İddiaçı1, İddiaçı2, Cavabdeh1 müəssisədəki payların alqı-satqısına dair müqavilələrin ləğvinə dair razılığa gəlsələr də müqavilənin qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməmiş, yəni bu barədə yazılı formada müqavilə bağlamamış, müqavilənin ləğvinə dair ərizələr vermişlər. Məhkəmə hesab edir ki. həmin ərizələrdə onların alqı-satqı müqaviləsinin ləğvinə dair iradələri ifadə olunduğundan həmin ərizələrin etibarsızlığına dair mübahisəyə əqdlərin etibarsızlığına dair normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasənşəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2018-ci il tarixli əməkdaşlıq müqaviləsindən müəyyən olunur ki, təsisçilər İddiaçı1 və İddiaçı2 “xxxxxxxxxxxx” MMC-də olan İddiaçı1 məxsus 17,5% və İddiaçı2 məxsus 17,5% paylarını müvəqqəti olaraq 1 ay müddətinə xx xxx 2018-ci il tarixə kimi geri qaytarmaq şərtilə Cavabdeh1 adına formal olaraq geri qaytarmışlar. X7 öhdəlik götürmüşdür ki, xx xxx 2018-ci il tarixə kimi İddiaçı1 və X4 məxsus olan payları qeyri şərtsiz tam olaraq geri qaytaracaq. Göründüyü kimi, əməkdaşlıq müqaviləsinə əsasən Cavabdeh1 xx xxx 2018-ci il tarixədək iddiçılar İddiaçı1 və N.R.Xudavardiyevə məxsus payların geri qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin vədinə əməl etməyərək iddiaçıların paylarını geri qaytarmamış və həmin payları xx xxx 2018-ci il tarixdə Cavabdeh3 satmışdır. Beləliklə iddiaçılar ən azı xx xxx 2018-ci il tarixdə Cavabdeh1 tərəfindən aldadıqlarını bilmişlər. Belə olan halda iddiaçılar müəssisədəki paylarının alqı-satqı müqaviləsinin ləğvinə dair ərizələrini xx xxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixədək mübahisələndirmək hüququna malik olmuşlar. Lakin iddiaçılar belə bir iddia ilə məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə müraciət etmişlər. Göründüyü kimi, iddiaçılar tərəfindən həmin ərizələrin mübahisələndirilməsi üçün bir illik müddət ötürülmüşdür. Odur ki, ilk iddia təmin edilə bilməz və rədd edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiasının əsaslandırdığı hallar yəni - əri İddiaçı1 tərəfindən “xxxxxxxxxxxx” MMC-dəki payının Cavabdeh1a verilməsindən yalnız məhkəmədə iddia qaldırıldıqdan sonra məlumatı olmasına dair göstərdiklərini məhkəmə inandırıcı hesab etmir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, üçüncü şəxs X6 əri İddiaçı1 işləri barəsində tam məlumatı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxs də əri İddiaçı1 tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli ərizənin mübahisələndirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsi ilə müəyyən olmuş bir illik müddəti ötürmüşdür. Odur ki, onun iddiasıda təmin oluna bilməz və rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıların və üçüncü şəxsin xx xxxxx 2018-ci il tarixdə İddiaçı1, İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E-6658 nömrə ilə qeydə alınmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş müəssisədəki payın alqı-satqı müqaviləsinin ləğvinə dair ərizələrin etibarsız hesab edilməsi tələbləri rədd edildiyindən, həmin ərizələrin nəticəsi, yəni - “xxxxxxxxxxxx” MMC-nin 35% payının Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılan və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx xxx 2018-ci il tarixli 3M-451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbləri də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçılar və üçüncü şəxsin iddiaları rədd edildiyindən, həmin iddialar üzrə ödənilmiş dövlət rüsumları iddiaçı və üçüncü şəxsə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası rədd edilsin. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 iddiası rədd edilsin. İddiaçılar və üçüncü şəxs tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1089/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1089/2020
09.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver