Məhkəmə qərarları › İş №2(004)-1093/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1093/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1093/2023 07.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil Əlisəddin oğlunun iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin ləğvi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “alqı-satqı müqavilələrinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri, 23 saylı Notariat Kontorunda bağlanmış 21 fevral 2006-cı il tarixli, 4 Ə/1-48 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ona məxsus torpaq sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4, Eşqin İsmayılov tərəfindən isə Cavabdeh5 satılması ona məlum olmuşdur. Odur ki, Cavabdeh3 ilə Cavabdeh4, həmçinin Cavabdeh5la Cavabdeh4 arasında olan alqı-satqı müqavilələrinin də ləğv olunmasını, Cavabdeh5 və Cavabdeh4 də cavabdeh qismində məhkəməyə cəlb olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov (hazırda Xəzər rayonu) Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 yanvar 1991-ci il tarixli, aralşadnətəV˝ fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında˝ qərarla, XDS İcraiyyə Komitəsinin 9 saylı, 26 sentyabr 1991-ci il tarixli qərarına baxılıb və Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 27 yanvar 1989-cu il tarixli, 22/45 saylı qərarını rəhbər tutaraq, Mərdəkan qəsəbəsi, Dəmiryol küçəsi 44 saylı evdə yaşayan Sabunçu stansiyasında DİV-də işləyən iddiaçı X2 Mərdəkan qəsəbəsində 14/12 saylı sahədə fərdi ev tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Bundan başqa, Azərbaycan Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatından verilən Arxiv Arayışından görünür ki, iddiaçıya verilən qərarın arxiv əsasları mövcuddur. Həmin dövrdən bu günədək, 32 ildən çoxdur ki, iddiaçıya ayrılmış torpaq sahəsi onun istifadəsindədir. O, həmin sahəni daş hasara almış, dəmir darvaza qoymuş, orada yardımçı tikililər tikmiş və su quyusu qazdırmışdır. Maddi imkanı olmadığından fərdi yaşayış evi tikə bilməsə də, yardımçı tikililər inşa edərək, işıq, qaz, su çəkdirmişdir və uzun müddət qohumuna yaşayış üçün kirayə vermişdir. Daha sonra iddiaçı qeyd edir ki, sonradan ona məlum olmuşdur ki, ona ayrılmış sözügedən torpaq sahəsini Cavabdeh2 saxta yolla guya Əzizbəyov RİHB-nin 10 may 1994-cü il tarixli, 407/360 saylı sərəncamı ilə almış, bunun əsasında da torpağa şəhadətnamə çıxartdırmışdır. Sonra qeyri-qanuni olaraq 23 saylı Notariat Kontorunda 21 fevral 2006-cı il tarixli, 4 Ə/1-48 saylı Alğı-satqı müqaviləsi ilə digər Cavabdeh3 satmışdır. İddiaçıya bu hal məlum olduqdan sonra o, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə Əzizbəyov RİH-nin Cavabdeh2 10 may 1984-cü il tarixli, 407/360 saylı sərəncamın təqdim edilməsini istəmişdir, iddiaçının müraciətinə 14 sentyabr 2021-ci il tarixli cavab məktubunda göstərilib ki, keçmiş Əzizbəyov RİH (indiki Xəzər RİH) Arxiv fondu üzrə 10 may 1994-cü il tarixli, 407/360 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda Cavabdeh2 barədə heç bir məlumat yoxdur. İddiaçı qeyd edir ki, Cavabdeh2 Əzizbəyov RİH tərəfindən torpaq sahəsi ayrılmamışdır, Cavabdeh2 qanunsuz yolla torpağa şəhadətnamə almış, qanunsuz yolla aldığı şəhadətnaməni isə 23 saylı Notariat Kontorunda alğı-satqı müqaviləsi ilə digər Cavabdeh3 satmışdır. Bu səbəbdən, iddiaçı hesab edir ki, ona məxsus 32 il qanuni istifadəsində olan həmin torpaq sahəsi Cavabdeh2 bilavasitə iştirakı ilə saxta və qeyri-qanuni yolla başqasına satılaraq onun hüquqları pozulduğundan həmin alğı-satqı müqaviləsi ləğv edilməlidir. İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil Əlisəddin oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçıya 1 oktyabr 1991-ci il tarixdə Əzizbəyov rayonu İcra Komitəsinin qərarı ilə fərdi ev tikmək üçün 12 sot torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair çıxarış almamışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh4 adlı şəxs həmin torpaq sahəsinə dair çıxarış alıb və Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət edib. Daşınmaz Əmlakın Dövlət Reyestri məlumat vermişdir ki, həmin torpaq sahəsi yüklüdür. Daha sonra məlum olmuşdur ki, həmin torpaq sahəsi əvvəllər Cavabdeh2 adına 1994-cü ildə Əzizbəyov rayonu İcra Komitəsinin sərəncamı ilə verilmişdir. Sonra notarius qaydasında alğı-satqı yolu ilə Cavabdeh2 həmin torpaq sahəsini iş üzrə digər Cavabdeh3 satmışdır. O da öz növbəsində bu torpaq sahəsinin mülkiyyət hüququna dair şəhadətnamə almış və 2006-cı ilin dekabr ayında digər Cavabdeh5 satmışdır. Həmin şəxs də çıxarış almış və 2008-ci ildə Cavabdeh4 satmışdır. Cavabdeh2 bildirmişdir ki, ona torpaq sahəsi ayrılıb amma Mərdəkan qəsəbəsində deyil, Hövsan qəsəbəsində verilmişdir və onun sözügedən torpaq sahəsindən xəbəri yoxdur. Bundan əlavə, Cavabdeh3 da notariusda iştirak etmədiyini və xəbərinin olmadığını bildirmişdir. Bununla yanaşı, Cavabdeh3 torpaq sahəsini 5.000 manat məbləğində Cavabdeh5 satdığı qeyd edilir, lakin torpaq sahəsinin əvvəlki satış dəyəri 36.000 manat təşkil etmişdir, onun 5.000 manata satılması faktının da ağlabatan olmaması alğısatqının saxtalığını aşkar şəkildə göstərir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh2 məhkəmə sorğusuna əsasən daxil olmuş Bakı şəhəri 23 saylı Notariat ofisində xx.xx.2006-cı il tarixli 4Ə/1-48 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işi ilə tanış olaraq bildirmişdir ki, heç kimə etibarnamə verməmişdir və hər hansı alqı-satqı müqaviləsinin tərəfi olmamışdır. Məhkəmə tərəfindən mülki-prosesssual qanunvericiliyin tələblərinə uyğun olaraq, Cavabdeh4 bildiriş göndərilsə də, həmin bildiriş ədve˝ yoxdur˝ qeydi ilə geri qaytarılmışdır. Cavabdeh5 məhkəmə tərəfindən mülki-prosesssual qanunvericiliyin tələblərinə uyğun olaraq, bildiriş göndərilsə də, həmin bildiriş geri qaytarılmışdır. İş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi şəkildə məlumat verilməsinə baxmayaraq, məhkəmənin baxış iclasında iştirak etməmişdirlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə olunmuş: Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 yanvar 1991-ci il tarixli, aralşadnətəV˝ fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında˝ qərarının surətindən görünür ki, XDS İcraiyyə Komitəsinin 9 saylı, 26 sentyabr 1991-ci il tarixli qərarına baxılıb və Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 27 yanvar 1989-cu il tarixli, 22/45 saylı qərarını rəhbər tutaraq, Mərdəkan qəsəbəsi, Dəmiryol küçəsi 44 saylı evdə yaşayan Sabunçu stansiyasında DİV-də işləyən iddiaçı X2 Mərdəkan qəsəbəsində 14/12 saylı sahədə fərdi ev tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Xeyirova (Kazımova) Lalə Vaqif qızı ilə Cavabdeh3 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Xeyirova (Kazımova) Lalə Vaqif qızı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/131saylı sahədə yerləşən 0.12 hektar torpaq sahəsini 136.800.000 manata Cavabdeh3 satmışdır. Cavabdeh3 ilə Cavabdeh5 Töşü oğlu arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/131saylı sahədə yerləşən 0.12 hektar torpaq sahəsini 5100 manata Cavabdeh5 Töşü oğluna satmışdır. Cavabdeh5 Töşü oğlu ilə Cavabdeh4 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2008-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh5 Töşü oğlu Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/131saylı sahədə yerləşən 0.12 hektar torpaq sahəsini 19.944 manata Cavabdeh4 satmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 14/12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsində qeyd olunur ki, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı sözügedən alğı-satqı müqavilələrinin tərəflərindən biri olmamışdır. Mülki qanunvericiliyin tələbinə əsasən, müqavilənin ləğv edilməsi yalnız müqavilə tərəflərinin iradə ifadəsi vasitəsilə həyata keçirilir. Qeyd edilməlidir ki, əgər müqavilə tərəfi olmayan hər hansı bir şəxs müqavilənin mübahisələndirilməsini istəyərsə, bu halda tələb müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olmalıdır. Müqavilənin ləğv edilməsinə və müqavilənin etibarsız sayılmasına əsas olan hallar aid olduğu zamana görə bir-birindən fərqlənir. Ləğv edilməyə əsas olan hallar müqavilənin bağlanmasından sonrakı zamana aiddir (müqavilə öhdəliyinin pozulması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və s.) Etibarsız sayılmaya əsas olan hallar isə müqavilənin bağlanmasına qədər olan zamana aiddir (aldatma nəticəsində bağlanmış əqd, şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd və s.). İddiaçı Vaqif Nejərov müqavilələrin ləğv edilməsini tələb etsə də, müqavilələrin bağlanmasından sonrakı zamanda baş vermiş hər hansı hala istinad etmir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin ləğvi” barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar