Məhkəmə qərarları › İş №2(004)-111/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-111/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-111/2021 19.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı icarə müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılması və maddi zərərin ödənilməsi barədə ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və Cavabdeh2 qarşı müqavilə öhdəliyin icrası barədə qarşılıqlı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və Cavabdeh1-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı icarə müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılması və maddi zərərin ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və Cavabdeh2 qarşı müqavilə öhdəliyin icrası tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və Cavabdeh1-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə tərəflər məhkəməyə ərizə ünvanlayaraq, iddiadan imtina etdiklərini nəzərə alaraq, mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiadan imtina edilməsi barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə tərəflərin iddiadan imtina edilməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməli, iş üzrə tərəflərə Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər öz iddia tələbindən imtina edilməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək məhkəməyə təqdim etmişdir. Ona görə də, tərəflərin öz iddia tələblərindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı icarə müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılması və maddi zərərin ödənilməsi barədə ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və Cavabdeh2 qarşı müqavilə öhdəliyin icrası barədə qarşılıqlı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və Cavabdeh1yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələblərindən imtinası qəbul edildiyi üçün iş üzrə icraata xitam verilməli və iş üzrə tərəflərə Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı icarə müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılması və maddi zərərin ödənilməsi barədə ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və Cavabdeh2 qarşı müqavilə öhdəliyin icrası barədə qarşılıqlı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və Cavabdeh1-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair 2(004)-111/2021 nömrəli mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar