Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1147/2025 22.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1988-ci il təvəllüdlü qardaşı X5 əqli cəhətdən qüsurludur. Bu halda 1992-ci ildə atasından ölümündən sonra qardaşında güclü sarsıntı keçirdiyi üçün yaranmışdır. ƏƏSMN tərəfindən verilmiş arayışa əsasən qardaşının xəstəliyinin uçaqlıqdan olması və əmək qabiliyyətsiz olması göstərilmişdir. Qardaşı 1-ci qrup əlildir. Qardaşı onunla birlikdə yaşayır. X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda qardaşı, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyildir, psixi qusuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmir. Başqasının yardımı olmadan onun sərbəst yaşaması mümkün deyildir, bu səbəblə də məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edilməsi sosial hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Belə ki, atasının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi olmadığından onun pensiyasını ala, habelə qəyyumu kimi çıxış edə bilmirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan Vİİİ-JQ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə İsmayıllı rayonu Lahıc kəndində anadan olmuş, ata qrafasında X4, ana qrafasında X8 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Xİİİ-JQ seriyalı 337975 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1988-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, ata qrafasında X4, ana qrafasında X8 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. İş materialalrında olan AA6604848 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materialalrında olan Yasamal rayon qeydiyyat şöbəsinin verdiyi AZ-İİ seriyalı 465902 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X4 xx.xx.1992-ci il tarixdə sfiksiya boyun üzvlərinin ilgəklə sıxılması səbəbindən ölmüşdür. Ölüm haqqında kat qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 450 nömrə ilə qeyd edilmişdir. İş materialalrında olan 3 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsinin verdiyi AZ- İİ seriyalı 460692 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X8 xx.xx.2024cü il tarixdə müstəqil(birincili) çox lokalizasiyalı bədxassəli yeni törəmə səbəbindən ölmüşdür. Ölüm haqqında kat qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 559 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ƏƏSMN 1 saylı zona TSEK-nin verdiyi SER TSE 01 nömrəli arayışa əsasən 1988-ci il təvəllüdlü X5 müddətsiz İ qrup əlildir. Əliliyin səbəbi ümumi xəstəlikdir. İş materiallarında olan X9 xx.xx.2004-cü il tarixli arayışına əsasən X5 xəstədir və dispenserdə şizofreniya ümosional qüsur diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 538 saylı “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən müəyyən olunur ki, xx.xx.1988-ci il təvəllüdlü X2 “şizofreniya pranoid forma, psixi qüsur halı xroniki psiki xəstəlik” aşkar olunmuş, X5 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X1 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X2 “şizofreniya pranoid forma, psixi qüsur halı xroniki psiki xəstəlik olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X5 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1147/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1147/2025
22.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver