Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1217/2021 01.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixi akta əsasən qaz sərfiyyatına görə yazılmış 162 manat borcun silinməsi, həmin borca görə əsassız olaraq alınmış və alınacaq məbləğlərin, 2020-ci ilin noyabrın əvvəllərindən başlayaraq borca görə limitin aşması kimi hesablanmış kuba görə alınmış artıq məbləğlərin, vurulmuş maddi ziyana görə 150 manatın, mənəvi ziyana görə 100 manatın və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytanlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən 48 saylı mənzilin “xxxx” MTKnın payçısı olaraq sahibidir və həmin mənzildə yaşayır. Mənzildə əvvəllər quraşdınlmış mexaniki qaz sayğacının qidalandırıcı elementi sıradan çıxdığına görə, klapanı işləməmiş və sayğacda qaz sərfiyyatı mənfi ilə yazılmışdır. Cavabdehin Yasamaldakı qurumuna məlumat verildikdən sonra xx.xx.2018-ci il tarixdə ******* nömrəli akt tərtib edərək, sayğaca laboratoriyada baxış keçirmək üçün aparılmış, yerinə yeni elektron sayğac quraşdınlmışdır. Bundan sonra yeni sayğacın qeydiyyat alınması və kartın verilməsi üçün “ASAN Kommunal 2”-yə getmişdir. Köhnə sayğacda qalan rəqəmi kompyuterdən çıxarılmış və müəyyən olunmuşdur ki, həmin dövrədək 282 manat məbləğində qazdan istifadə etmişdir. Həmin məbləği ödədikdən sonra, yeni qaz sayğacı **********1 nömrə ilə qeydiyyata alınmış və ona yeni kart verilmişdir. Ödəniş edilərkən laborator göstrəricilərə görə borcun tamamilə silindiyi bildirilmişdir. Lakin xx.xx.2020-ci il tarixdə sayğacın kartına 5 manat vurularkən, borc kimi həmin məbləğdən 3 manat silinmişdir. “Cavabdeh” QSC-nin Yasamal İdarəsinə getdikdə xx.xx.2019-cu il tarixdə akt tərtib edilərək qaz sərfiyatı kimi borca görə 162 manat hesablandığı bildirilmişdir. Lakin eyni zamanda qaz sayğacının qeydiyyata alınması zamanı 282 manat ödənildiyi üçün sayğacdan bu borcun silinməli olduğu, buna görə də Cavabdeh QSC-yə müraciət etməli olması bildirilmişdir. xx.xx.2019cu il tarixdə “Cavabdeh” QSC-yə əsassız borcun və həmin borca görə məbləğlərin silinməsi və qaz limitinin dayandırılması ilə bağlı məktub yazmış, eyni zamanda xx.xx.2019-cu il tarixdə həmin ərizənin surətini “Cavabdeh QSC-nin baş idarəsinə və QSCnin Bakı Regional Satış Departamentinə təqdim etmişdir. Lakin bunun nəticəsi olmamış, qaz kartına ödədiyi məbləğlər yenidən yarılanaraq çox az məbləğdə sayğaca puıl oturmuşdur. Misal üçün 10 manatlıq qaza görə 2 manat borc, qalan məbləğ isə limitin keçməsi kimi göstərilərək 2-yə bölünür və beləliklə 40 kub qaz idstifadəyə verilir. Hesab edir ki, QSC-nin bu hərkəti qəsdən vətəndaşlardan əsassız olaraq pulun silinməsinə hesablanmış hərəkətdir. Cavabdehin bu qanunsuz əməli nəticəsində bu günə qədər ondan borc kimi 162 manatın məbləği çıxılır və həmin borca görə müəyyən edilmiş 2200 kub metr qaz həcmi aşmamış, hər kub.metr qaza görə 20 qəpik pul tutulur. Bundan başqa cavabdeh əsassız olaraq ona qarşı sürdüyü pul tələbi ilə bağlı hüquqlarının bərpası üçün sərf etdiyi vaxta və keçirdiyi əsəbə görə ona təzminat Ödəməlidir. Bu məsələ ilə bağlı lüzumsuz yerə “Cavabdeh “ QSC-nin Yasamal şöbəsinə, Bakı şəhəri Y.Səfərov küçəsində yerləşən baş ofisinə və Babək prospektində yerləşən Bakı Regional Satış Departamentinə gedərək saatlarla iş vaxtını itirmişdir. Nəticəsi olmadığına görə hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bunun özü də əlavə olaraq vaxt itkisi deməkdir. Başqa qazanc yeri yoxdur, ancaq vəkillik fəaliyyəti ilə qazanc əldə edə bilir. Buna görə də itirdiyi iş saatlarına görə cavabdeh ona 150 manat məbləğində kompensasiya verməlidir. Bundan başqa bu lüzumsuz məsələyə görə narahat olaraq əsəb keçirdiyinə görə də simvolik olaraq cavabdeh ona 100 manat məbləğində mənəvi ziyan ödəməlidir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə məhkəmə araşdırılması zamanı müəyyən etdi ki, iş materiallarında olan xx.xx.2003-cü il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında” müqaviləyə əsasən, ünvan 1 ünvanda yerləşən 48 saylı mənzil İddiaçı satılmışdır. Cavabdeh İB–nin xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktından görünür ki, Cavabdeh İB–nin əməkdaşları köhnə sayğacı götürüb, yenisi ilə əvəz edərkən köhnə sayğacın ekranının sınıq olması göstərilmişdir. İş materiallarında olan İddiaçı məxsus **********00480 nömrəli abonent koduna aid sənəddən görünür ki, iddiaçıya 2018-ci ilin dekabr ayında 268 manat borc hesablanmış və həmin borc tam olaraq ödənilmişdir. Həmin sənəddən həmçinin, müəyyən olunur ki, 2020ci ilin noyabr ayında iddiaçıya 161,92 manat borc hesablanmışdır. Cavabdeh İB–nin xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktından görünür ki, akı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə, ev 158 ünvanda yerləşən 48 saylı mənzilə quraşdırılmış sayğacın elementinin bitdiyi, klapanının işlək olmadığı müəyyən olunaraq dəymiş ziyanın hesablanması qərara alınmışdır. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2019-cu il tarixli dəymiş ziyanin bərpasına dair tələbnaməsindən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfı 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1620 m3 qaz sərfiyyatına görə hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Bakı Regional Qazın X1 Akif Zakir oğluna ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının istehlakçı hesabında yaranmış borcun araşdırılması barədə xx.xx.2020-ci il tarixli ərizəsinə baxılmışdır. Araşdırma zamanı evini təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı, smart tipli, 1202AQ**********6 nömrəli qaz sayğacının “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilməklə yeni Smart tipli G-4 markalı **********1 nömrəli qaz sayğacı ilə əvəzlənərək yoxlamaya göndərildyi müəyyən olunmuşdur. “Metrologiya Departamenti, Sayğacların müayinəsi labaratoriyasının xx.xx.2019-ci il tarixli MSK 29/1710-02735 saylı aktında "Xətalar normadan artıqdır, sayğacın elementi bitib, müvəqqəti element quraşdırıldı, xx.xx.2018-ci il tarixdə elektron göstərici 13671 m3 olmuşdur, sayğacın klapanı işlək deyil’’ qeyd edilmişdir. Bu səbəbdən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cui il tarixli ******* nömrəli akt tərtib olunaraq 162 manat məbləğində dəymiş ziyan hesablanmışdır. xx.xx.2020-ci il tarixinə istehlakçı hesabında mövcud olan 155,52 manat borc ödənilməlidir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən smart kart hesabına yüklənmiş məbləğin 20 faizi borca görə tutulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Məhkəmə mövqeyini bununla əsaslandırır ki, müvafiq qanunvericiliyə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmçinin zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanılmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan cavabdeh dəyişdirilmiş qaz sayğacının qüsurlarına görə hesablanmış qaz itkisinin dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə onu da qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müəyyən edilmiş 162 manat məbləğində pul tələbi əsassızdır və iddiaçı İddiaçı xx.xx.2019-cu il tarixi akta əsasən qaz sərfiyyatına görə yazılmış 162 manat borc silinməli, iddia tələbi həmin hissədə əsaslı olub təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi “2020-ci ilin noyabnn əvvəllərindən başlayaraq borca görə limitin aşması kimi hesablanmış kuba görə alınmış artıq məbləğlərin, vurulmuş maddi ziyana görə 150 manatın, mənəvi ziyana görə 100 manatın cavabdehdən tutulub iddiaçıya qaytarılması” hissələrində kifayət qədər əsaslandırılmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarından görünür ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Göstərilənlərə əsasən məhkəmə iddiaçının pozulmuş hüquqlarının bərpasını mənəvi zərərin ödənilməsi kimi qiymətləndirərək iddia tələbinin mənəvi zərərə görə kompensasiya ödənilməsi hissəsində təmin edilməməsi qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akta əsasən hesablanmış 162 (bir yüz altməş iki) manat borc silinsin və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1217/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1217/2021
01.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver