Məhkəmə qərarları › İş №2(004)-1225/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1225/2025

18.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1225/2025 18.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X14 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “notariat orqanının imtina qərarının ləğv edilməsi və miras əmlakının bölüşdürülməsi”, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3 və X18 cavabdehlər İddiaçı və 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “notariat orqanının imtina qərarının ləğv edilməsi və miras əmlakının bölüşdürülməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “notariat orqanının imtina qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili tərəfindən sonuncu dəfə xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, notariat orqanının imtina qərarının ləğv edilməsi və miras əmlakının bölüşdürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ata və anasının birgə nikahından X19, X15, X20, X16 və İddiaçı anadan olmuşdur. İddiaçının atası X23 xx.xx.1995-ci ildə, anası X8 xx.xx.2017-ci ildə vəfat etmişdir. İddiaçının qardaşı X15 xx.xx.1976-cı ildə vəfat etmişdir. İddiaçının digər qardaşı X20 xx.xx.1959-cu il tarixdə anadan olub, övladları Cavabdeh3 və Cavabdeh2 anadan olmuşdur. X20 xx.xx.1990-cı ildə vəfat etmişdir. İddiaçının bacısı, miras qoyan X16 xx.xx.1964-cü ildə anadan olmuş, 13 gün komada olduqdan sonra xx.xx.2024-cü ildə vəfat etmişdir. X7 vəfat etməsi ilə əlaqədar bütün xərclər iddiaçı tərəfindən çəkilmişdir. Odur ki, 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli 1286 nömrəli qərarının ləğv edilməsi, miras əmlakın vərəsələr İddiaçı və X19 arasında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3 və X18 cavabdehlər İddiaçı və 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “notariat orqanının imtina qərarının ləğv edilməsi və miras əmlakının bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X24 məhkəmə iclasında iştirak edərək müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli 1286 nömrəli qərarına əsasən müəyyən edilir ki, vərəsələ arasında mübahisə olması əsası ilə qanun üzrə şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X16 xx.xx.2024-cü ildə vəfat etmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü X15 xx.xx.1976-cı ildə vəfat etmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X20 xx.xx.1990-cı ildə vəfat etmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X25 xx.xx.1995-ci ildə vəfat etmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X8 xx.xx.2017-ci ildə vəfat etmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin surətinə əsasən müəyyən edilir ki, X2 Rza Atakişi oğlu və Cavabdeh3 atasıdır. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, İddiaçı atası X20, anası X6r. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X9 atası X20, anası X6r. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, X7 xidməti vəzifələrinin icrası zamanı ölümü ilə əlaqədar onun vərəsələrinə 58383 manat sığorta vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışa əsasən müəyyən edilir ki, X30, X21 və X26 miras qoyan X10 vərəsələridir. İş materiallarında olan “X12” AQİS-dən Çıxarışa əsasən müəyyən edilir ki, X21 evləndikdən sonra “Musayeva” soyadını götürmüşdür. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədə - ölənin bacıları və qardaşları, üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası, dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər, beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən, miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı X13 və anası X3 birgə nikahından X19, X15, X20, X16 və İddiaçı anadan olmuşdur. İddiaçı atası X20, anası X6r. Miras qoyan X16 xx.xx.2024-cü ildə vəfat etmişdir. X13 xx.xx.1995-ci ildə vəfat etmişdir. Ana X8 xx.xx.2017-ci ildə vəfat etmişdir. Qardaş xx.xx.1961-ci il təvəllüdlü X15 xx.xx.1976cı ildə vəfat etmişdir. X4 xx.xx.1990-cı ildə vəfat etmişdir. Qardaş X2 Rza Atakişi oğlu və Cavabdeh3 atasıdır. X30, X21 və X5 Atakişi Salman oğlunun vərəsələridir (arvadı və övladları). X21 evləndikdən sonra “Musayeva” soyadını götürmüşdür. X7 xidməti vəzifələrinin icrası zamanı ölümü ilə əlaqədar onun vərəsələrinə 58383 manat sığorta vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur. 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli 1286 nömrəli qərarına əsasən vərəsələ arasında mübahisə olması əsası ilə qanun üzrə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Nəticə etibarilə sağ olan vərəsələr bacılar İddiaçı, X19 və mərhum X4nun vərəsələri Cavabdeh2 və Cavabdeh3dır. Qarşılıqlı iddia üzrə iddiaçı X30 isə mərhum X10 arvadıdır. MM-in 1159.2-ci maddəsinin dispozitiv şərtləri əsas götürülməklə (miras qoyanın qardaşı arvadı) X30 (miras qoyan) X7 qanun üzrə vərəsəsi qismində çıxış edə bilməz, onun mirasa pay hüququ mövcud deyildir. Belə ki, həmin hüquq ölən şəxsin yalnız övladlarına məxsusdur. Deməli, X7 vərəsələri - bacıları İddiaçı, X19 miras əmlakdan hər birinə münasibətdə 1/3 hissədə, qardaşının övladları - Cavabdeh2 və Cavabdeh3 isə hər birinə münasibətdə 1/6 hissədə (atalarının payının öz aralarında bölünməsi yolu ilə) pay almalıdırlar. 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin mübahisə predmeti olan xx.xx.2024-cü il tarixli 1286 nömrəli qərarı ləğv edilməlidir. Belə ki, notarius həmin qərarı əsaslandırmamış, əsaslandırılmasının təmin edilməsi məqsədilə isə məhkəmə iclaslarında iştirak etməmişdir. Mübahisənin formal əsaslarını rəhbər tutaraq mirasın bölüşdürülməsindən əsassız imtina etmiş, miras əmlak üzərində payların müəyyən edilməsi və mirasın bölünməsini təmin etməmişdir. Yuxarıda qeyd edilən hüquqi mövqe və miras paylarının bölünməsi xüsusatı nəzərə alınmaqla, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 isə hər birinə münasibətdə 1/6 hissədə payı müəyyən edilməli, iddia tələbi X22 aid hissədə təmin edilməməlidir. İlkin iddia üzrə iddiaçı miras qoyanın dəfn xərclərini çəkməsi ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İddia ərizəsində qeyd edilən həmin xüsusatlar mülahizə xarakteri daşıyır, sübuta yetirilmir. Odur ki, miras əmlakı bölünərkən həmin xərclər nəzərə alınmır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş üzrə ilkin iddia və qarşılıqlı iddia üzrə dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat məhkəmə xərci müvafiq olaraq iddiaçılara aid edilsin. Məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməli, cavabdeh 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli 1286 nömrəli qərarı ləğv edilməli, miras qoyan X7 vərəsələri İddiaçı, X19 miras əmlakdan hər birinə münasibətdə 1/3 hissədə, Cavabdeh2 və Cavabdeh3 hər birinə münasibətdə 1/6 hissədə miras payı müəyyən edilməli, miras əmlaka dair müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin üzərinə qoyulmalı, qarşılıqlı iddia üzrə iddiaçı X22 aid hissədə iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “notariat orqanının imtina qərarının ləğv edilməsi və miras əmlakının bölüşdürülməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3 və X18 cavabdehlər İddiaçı və 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “notariat orqanının imtina qərarının ləğv edilməsi və miras əmlakının bölüşdürülməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli 1286 nömrəli qərarı ləğv edilsin. Miras qoyan X7 vərəsələri İddiaçı, X11 miras əmlakdan hər birinə münasibətdə 1/3 hissədə, Cavabdeh2 və Cavabdeh3 hər birinə münasibətdə 1/6 hissədə miras payı müəyyən edilsin. Miras əmlaka dair müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin üzərinə qoyulsun. Qarşılıqlı iddia üzrə iddiaçı X22 aid hissədə iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi üzrə dövlət rüsumu qismində hər iddiaya dair ayrı-ayrılıqda ödənilmiş 100 (yüz) manat müvafiq olaraq iddiaçıların özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar