Məhkəmə qərarları › İş №2(004)-1262/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1262/2022

09.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1262/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi Rzayev Sərxan Nüsrət oğlunun, Cavabdeh2, Cavabdeh4 nümayəndəsi Mustafa Yiğittekinin iştirakı ilə, İddiaçı Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Ağentliyi maraqlı şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mənzil Xidmət Kooperativinə “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Ağentliyi maraqlı şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mənzil Xidmət Kooperativinə “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 10, 37, 39, 62 nömrəli mənzillərin mülkiyyətçiləri tərəfindən ümumi istifadədə olan sahədə inşa edilmiş əlavə qanunsuz tikililərin (lift şaxtasının arxa və yan hissəsi) cavabdehlərin və Cavabdeh5Mənzil Xidmət Kooperativinin öz hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İddiaçınə məktubla müraciət edərək ünvan 2 ünvanında yaşayan X3 müraciətinə baxılmasının xahiş etmişdir. Eyni zamanda,Azərbaycan Respublikası Fövqəladə Hallar nazirliyinin X6 Xidmətinin 2-ci ərazi X6 İdarəsi məktubla rayon İcra hakimiyyətinə müraciət edərək Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 468/469, ev 21 ünvanında Mənzil məcəlləsinin normalarını ciddi surətdə pozulmaqla mərtəbələr arasında inşa edilmiş əlavə tikililərin sökülməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Bundan sonra Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 468/469, ev 21 ünvanında yerləşən Cavabdeh5 MXK-ya məxsus hündür mərtəbəli binaya baxış keçirilmiş və orada yaşayan bəzi sakinlər tərəfindən Mənzil məcəlləsinin normalarını ciddi surətdə pozulmaqla mərtəbələr arasında əlavə tikililər inşa edilməsi aşkar edilmişdir. Cavabdeh2 iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, həmin tikinti onun tərəfindən həyata keçirilməmiş və tikintinin icrasında bu və ya dolayı yol ilə iştirak etməmişdir. O, həmin mənzili alarkən həmin tikili artıq orada mövcud olmuşdur. Yəni o, orda yaşadığı müddətdə hər-hansı tikinti işinin aparılmasının şahidi olmamışdır. Blokda ümumi sahədə divar ilə arakəsmə var. Lakin onun mənzilinin həmin arakəsmə nəticəsində yaranmış sahə deyil, ümumi sahədə yerləşir. Əgər məhkəmə tərəfindən yerli baxış keçirilərsə qeyd etdikləri öz təsdiqini tapacaqdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi Mustafa Yiğittekin mənzilin 2007-ci ildə bugünki vəziyyətdə alındığını, tərəflərindən əlavə heç nə tikilmədiyini, yalnız mənzilin daxilində təmir işləri görüldüyünü bildirmişdir. Odur ki, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Ağentliyinin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mənzil Xidmət Kooperativinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə maraqlı şəxs Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Ağentliyinin nümayəndəsinin, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mənzil Xidmət Kooperativinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, «Azərbaycan Respublikası Şəhərsalma vəTikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.» Hazırkı mülki iş üzrə İddiaçı Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Ağentliyi maraqlı şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mənzil Xidmət Kooperativinə “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 10, 37, 39, 62 nömrəli mənzillərin mülkiyyətçiləri tərəfindən ümumi istifadədə olan sahədə inşa edilmiş əlavə qanunsuz tikililərin (lift şaxtasının arxa və yan hissəsi) cavabdehlərin və Cavabdeh5Mənzil Xidmət Kooperativinin öz hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəm hesab edir ki, “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır, həmçinin hazırki iddia tələbi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məhkəməyə müraciət edə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Ağentliyi maraqlı şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mənzil Xidmət Kooperativinə “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) günmüddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar