Məhkəmə qərarları › İş №2(004)-1267/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1267/2021

14.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1267/2021 14.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X9 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2008-ci il tarixli, 08L000001090 nömrəli kredit xətti müqaviləsinin və xx xxxx 2013cü il tarixli, 1090 nömrəli kredit xətti müqaviləsinə dəyişikliklərlə və əlavələrlə bağlı olan xx xxxxxxxx 2014-cü il tarixli, 08K000000027 nömrəli kredit razılaşmasının və bununla bağlı olan müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bir neçə dəfə Mənəf Nadirovla kredit müqaviləsi bağlanmış, kredit müqaviləsində olan imzalar həqiqətən onun tərəfindən icra olunmamışdır. İddiaçı bununla bağlı yəni kredit müqavilələrində olan imzaların onun tərəfindən icra olunmaması ilə bağlı bir neçə dəfə vəsatətlər vermişdir. Lakin vəsatətlərinə tam və hərtərəfli qiymət verilməmişdir. Həmin imzaların ona məxsus olmamasına görə aidiyyəti təşkilatlara müraciətlər etmişdir. Hesab edir ki, inzibati məhkəmədə komisiyon məhkəmə ekspertizaları keçirilsə onun haqlı olması əyani şəraitdə sübut oluna bilər. Buna görə də, iddiaçı bununla bağlı məhkəməyə yeni sübutlar təqdim edəcək. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, imza nümunələri iddiaçıya məxsus deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək belə əsaslandırmışdır ki, iddiaçının iddia tələbi tam əsassızdır. Belə ki, iddiaçıya qarşı daha öncə Cavabdeh QSC tərəfindən iddia qaldırılmış, iddia tələbi ona aid olan hissədə rədd edilmişdir. İddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Çünki, Cavabdeh QSC iddiaçını zamin qismində məhkəməyə vermişdir. Masallı Rayon Məhkəməsində imzanın iddiaçıya məxsus olmadığı müəyyən edilmiş və ona qarşı iddia rədd olunmuşdur. Cavabdeh QSC tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi qətnaməni qüvvədə saxlamışdır. Müqavilənin etibarsızlığı ilə bağlı qarşılıqlı iddia verilmədiyi üçün müqavilə etibarsız hesab edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb, təqdim olunmuş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(050)-23/2020 saylı qətaməsindən müəyyən edilir ki, Cavabdeh QSC məhkəməyə müraciət edərək cavabdehlər X8, İddiaçı və X4 qarşı iddia ərizəsi ilə müraciət edərək kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəməxəttşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 32092 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 47-ci vərəqəsində olan xx xxxx 2010-cu il tarixli, 08S000005309 nömrəli zaminlik müqaviləsində və zaminlik müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında xx xxxxxx 2013-cü il tarixli, 5309 nömrəli sazişdə "5 2 Zamin:” qrafalarında "İddiaçı” yazılarından aşağıda yerləşən imzalar- İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Masallı Rayon Məhkəməsi iddia tələbini qismən təmin etmiş, X11 və X2 08R000014340 saylı kredit razılaşması üzrə 26354,48 ABŞ dolları məbləğində kredit borcu, 107622,59 ABŞ dolları məbləğində faiz borcu və 5000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 376575 ABŞ dolları 07 sent, 08R000016876 saylı kredit razılaşması üzrə 26354,83 ABŞ dolları məbləğində kredit borcu, 35361,59 ABŞ dolları məbləğində faiz borcu və 2000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 63716 ABŞ dolları 42 sent, 08K000000027 saylı kredit razılaşması üzrə 100000 ABŞ dolları məbləğində kredit borcu, 22458,38 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 127458 ABŞ dolları 38 sent, ümumilikdə 567749 ABŞ dolları 87 sent, habelə ödənilmiş 151 manat dövlət rüsumunun tutularaq Cavabdeh QSC-nin xeyrinə ödənilməsini, tutmanın ipoteka yüklü edilmiş X6 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8-də xüsusi mülkiyyətində olan 3 mərtəbəli, 4 otaqlı, 93.3 kv.m yaşayış, 53.7 kv.m yardımçı, 147.0 kv.m ümumi sahədən ibarət 10 nömrəli mənzilə, ünvan 1 ünvanında olan xüsusi mülkiyyətli 0.2138 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1286.3 kv.m ümumi sahəli, xüsusi mülkiyyətli, ticarət təyinatlı qeyri-yaşayış binasına, Liter A tikilisi (mağaza-yeməkxana) 2 mərtəbəli, 694.9 kv.m tikintialtı sahə, Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən 0.06022 ha torpaq sahəsində yerləşən 11 girişli, 1094.4 kv.m ümumi, 782.1 kv.m əsas, 312.3 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binasına və X3 mülkiyyətində olan 1-ci mərtəbədə yerləşən 24.6 kv.m ümumi sahədən ibarət xidmət təyinatlı qeyri-yaşayış sahəsinə yönəldilməsini, qeyd olunan əmlakların açıq hərracda satılaraq satışdan əldə ediləvək vəsait hesabına borcun ödənilməsini, X6 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8-də xüsusi mülkiyyətində olan 3 mərtəbəli, 4 otaqlı, 93.3 kv.m yaşayış, 53.7 kv.m yardımçı, 147.0 kv.m ümumi sahədən ibarət 10 nömrəli mənzilin ilkin satış qiyməti 220.000 manat, ünvan 1 ünvanında olan xüsusi mülkiyyətli 0.2138 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1286.3 kv.m ümumi sahəli, xüsusi mülkiyyətli, ticarət təyinatlı qeyri-yaşayış binası, Liter A tikilisi (mağaza-yeməkxana) 2 mərtəbəli, 694.9 kv.m tikintialtı sahənin ilkin satış qiyməti 430.01/0 (dörd yüz otuz min) manat, Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən 0.06022 ha torpaq sahəsində yerləşən 11 girişli, 1094.4 kv.m ümumi, 782.1 kv.m eras 312.3 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 520.000 manat və X3 mülkiyyətində olan Masallı şəhəri, Heydər Əliyev prospekti, 44/5-də xüsusi mülkiyyətində olan 1-ci mərtəbədə yerləşən 24.6 kv.m ümumi sahədən ibarət xidmət təyinatlı qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 15.000 manat müəyyən edilməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir. İş materiallarında olan 2(106)-2227/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən müəyyən edilir ki, Masallı Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia ərizəsinin İddiaçı münasibətdə təmin edilməməsi qanuni və əsaslıdır. Şikayət həmin hissədə təmin edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı xx xxxx 2008-ci il tarixli, 08L000001090 nömrəli kredit xətti müqaviləsinin və xx xxxx 2013-cü il tarixli, 1090 nömrəli kredit xətti müqaviləsinə dəyişikliklərlə və əlavələrlə bağlı olan xx xxxxxxxx 2014-cü il tarixli, 08K000000027 nömrəli kredit razılaşmasının və bununla bağlı olan müqavilələrin etibarsız hesab edilməsinə dair iddia verməyə subyektiv hüququ yoxdur. Həmçinin qeyd edilir ki, mübahisəli məsələyə dair Masallı Rayon Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Belə ki, iş materiallarında olan qətnamələrdən müəyyən edilir ki, bank İddiaçı qarşı zamin qismində iddia qaldırmış, lakin zaminlik müqaviləsində imza ona məxsus olmadığına görə ona dair hissədə iddia rədd edilmişdir. Zaminliklə bağlı məsələyə artıq hüquqi qiymət verildiyindən bu halda zaminin digər müqavilələri mübahisələndirməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı xx.xx.2008-ci il tarixli, 08L000001090 nömrəli kredit xətti müqaviləsini və xx xxxx 2013-cü il tarixli, 1090 nömrəli kredit xətti müqaviləsinə dəyişikliklərlə və əlavələrlə bağlı olan xx xxxxxxxx 2104-cü il tarixli, 08K000000027 nömrəli kredit razılaşmasının və bununla bağlı olan müqavilələri etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar