Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-127/2021 18.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddaçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddaçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 16000 manat pulun alınaraq, İddiaçı ödənilməsi, tutmanın ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə xx.xx.2018-ci ildə iddiaçının adına rəsmiləşdirilmiş Abşeron rayonu, Saray qəsəbəsindəki 0,04 ha torpaq sahəsinə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2018-ci ildə İddiaçı ilə Cavabdeh arasında, sonuncunun iddiaçıdan 16000 manat borc alması barədə kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2-ci bəndinə əsasən borc alan xx.xx.2018-ci ildə borcunu tam qaytarılacağını öhdəsinə götürmüşdür. Lakin bu günə qədər borc qaytarılmayıb və müxtəlif bəhanələrlə müqavilənin icrasından cavabdeh yayınır. Cavabdehə iddiaçı tərəfindən dəfələrlə borcu qaytarılması tələb edilsə də, müxtəlif bəhanələrlə o, borcu qaytarmaqdan yayınır. xx.xx.2020-ci ildə iddiaçı tərəfindən pretenziya qaydasında cavabdehə borcunun qaytarması haqqında məktub göndərilmişdir. xx xxxxxx 2018-ci ildə cavabdeh özünə məxsus Abşeron qəsəbəsi, Saray qəsəbəsindəki 0,04 ha özəlləşdirilmiş torpaq sahəsini tam mülkiyyətlə 3M-1369 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın-yəni iddiaçının xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmeti olan göstərilən torpağın dəyəri müqavilənin 3-cü bəndində göstərilənə əsasən 25000 manat qiymətləndirmişdir. Bu məbləğ real bazar qiymətindən artıqdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, cavabdeh tərəfindən ona 8000 manat pulun ödənildiyini bildirdi və məhkəmədən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdeh iddiaçıya 8000 manat məbləğində pulu ödəmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ilə İddiaçı ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə faizsiz 16000 manat məbləğində kredit vermişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. Beləliklə, cavabdeh – borc alan borcunu vaxtında ödəməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh – borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi bağlanmış xx xxxxxx 2018-ci il tarixli ipoteka müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin qaytarılmasının təminatı kimi Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsindəki 0,04 ha torpaq sahəsinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. xx.xx.2020-ci il tarixli, Legal Prime MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsindəki 0,04 ha torpaq sahəsinin hazırki bazar dəyəri 28000-30000 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci Cavabdeh tutulmalıdır. Belə ki, xx.xx.2020-ci il saylı ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq Legal Prime MMC-yə ödənilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən borcun 8000 manat hissəsi iddiaçıya ödənilmişdir. Ona görə də iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 8000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə yönəldilərək, ilkin satış qiyməti 28000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X3 Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə yönəldilərək, ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satılsın, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X3 Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-127/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-127/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver