Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1281/2024 03.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Cavabdeh2, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Afşaran-A" MMC ilə X18 araslnda ünvan 1 ünvanında yerləşən binada-5-ci blok, 12-ci mərtəbədə, izolə olunmuş və 3 otaqdan ibarət 329 nömrəli mənzil ile əlaqədar bağlanmış 02 iyun 2016-cı il tarixli, 044 saylı müqavilə və həmin müqavilənin yenilənməsi üçün xx.xx.2017-ci il tarixli 148 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "payçı" qismində İddiaçı ilə "icraçı” qismində Cavabdeh1 MMC arasında 06 dekabr 2018-ci il tarixində "Mənzil tikintisi haqqnda" 074 saylı müqavilə bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh Abşeron RHİB-nın xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 2 ünvanında yerləşən binada-5-ci blok, 12-ci mərtəbədə, izolə olunmuş və 3 otaqdan ibarət 329 nömrəli mənzili ray kimi payçıya verməyi öhdəsinə götürmüş və müqavilənin 1.2-ci bəndinə əsasən “payçı” müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-3.3-cü bəndləri ilə mənzilin sahəsi 120.69 kvm., mənzilin 1 kvm. Dəyəri 331 manat, mənzilin ümumi dəyəri 40.000 manat müəyyən edilmiş, 3.4-cü bəndi ilə "payçı"nın ilkin olaraq 27.000 manat avans ödəməsi şərtləşdirilmiş, 3.5-ci bənd ile “payçı”nın hər ay 2167 manat ödəniş edəcəyi və 3.6-cı bənd ilə kreditin müddətinin 6 ay olduğu təsbit olunmuşdur. İddiaçı tərəfindən MMC-yə müqavilə bağlanan gün, yəni xx.xx.2018-ci il tarixdə 27.000 (iyirmi yeddi min) manat ödəniş edilmiş, qalan mebləğ isə vaxtlı-vaxtında cavabdehə ödənilmişdir. Bu fakt cavabdeh "xxxx" MMC-tərəfindən onun öz möhürü ile təsdiq olunmuş 12 yanvar 2021-ci il tarixli "Maliyyə Arayışı” ilə də təsdiq olunur. Həmin Arayışda cavabdeh MMC təsdiq edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binası "xxxx" MMC şirketine məxsusdur. Bu binanın 5-ci blok, 12-ci mərtəbəsində, ümumi sahəsi 120,69 kvm olan 3(üç) otaqlı, 329 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 40000 (qırx min manat) AZN ödənilmişdir. Arayış "xxxx" MMC-nin direktoru Tağıyev R.N tərəfindən imzalanmış və Cəmiyyətin möhürü ilə təsdiqlənmişdir. Bütün bunlara baxmayaraq qeyd edilən mənzil iddiaçıya təhvil verilməmişdir. Ona görə də iddiaçı tərəfindən Abşeron rayon məhkəməsində cavabdeh "xxxx" MMC-ye qarşı "mənzilin təhvil verilməsi" barədə iddia qaldırılmış və həmin iddia Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-546/2022 saylı qətnaməsi ilə təmin olunub, Sumqayıt Apellyasiya Mahkemesinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(105)-1620/2022 saylı qatnaməsi ilə dəyişdirilmədən saxlanılsa da, Ali Məhkəmənin MK-nın xx.xx.2023-cü il tarixli, 2(102)-3971/2023 saylı qərarı ilə Sumqayıt Apeliyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(105)-1620/2022 saylı qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. İddiaçının Ali Məhkəmənin MKnın xx.xx.2023-cü il tarixli, 2(102)-3971/2023 saylı qərarından məlumatı olmamış və ona bu barədə hazırkı iddia üzrə 2-ci Cavabdeh2 məlumat vermişdir. Belə ki, 2023-cü ilin may ayının 4-da Cavabdeh2 ona mobil telefonla zəng edərək Ali Məhkəmə tərəfindən apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunduğunu bildirib, qərarın bir surətini də iddiaçıya göndərmişdir. Bundan sonra iddiaçı tərəfindən Ali Məhkəməyə əlavə kassasiya şikayəti verilmiş, lakin həmin şikayət təmin olunmamış, Ali Məhkəmənin 25 iyun 2023-cü il tarixli, 13(102)-235/2023 saylı qərardadı ilə Ali Məhkəmənin MK-nın xx.xx.2023-cü il tarixli, 2(102)-3971/2023 saylı qərarından Ali Məhkəmənin Plenumuna təqdimat verilməsindən imtina olunmuşdur. Ali Məhkəmənin 25 iyun 2023-cü il tarixli, 13(102)- 235/2023 saylı qərardadının 26-cı bəndində qeyd olunmuşdur ki, apellyasiya və kassasiya instansiyaları tərəfindən müvafiq qərarların qəbul edilməsi İddiaçı xx.xx.2016cı il tarixdə "xxxx" MMC ilə X18 arasında bağlanmış və xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə Məmmədli Müzəffər oğlu arasında bağlanmış (yenilənmiş) müqavilələri müstəqil şəkildə mübahisələndirmək imkanından məhrum etmir. Məhz bundan sonra iddiaçı Bakı şəhər Yasamal Rayon Məhkəməsində hazırkı iddia üzrə cavabdehlərə qarşı "əqdin etibarsız hesab olunmasına dair" iddia qaldırmış və həmin iddiaya əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan "mənzil tələbi"nə dair iş üzrə icraat dayandırılmışdır. Sonradan müəyyən dəqiqləşdirmələr aparılması zərurəti yarandığından iddia ərizəsini geri götürmüş və bu gün yenidən həmin iddia ilə məhkəməyə müracət edir. İddiaçı tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC) ya ilk olaraq Abşeron RİHB-nın 147 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı ilə Xırdalan şəhəri H.Əİiyev pr-ti ilə Mehdi Hüseynzadə küçələrinin kəsişməsində 6 girişli, 16 mərtəbəli bina tikintisinə icazə verilmiş və sonradan, yəni 14 mart 2016-cı il tarixdə 38 saylı sərəncamla "xxxx" MMC-nin müraciəti nəzərə alınaraq həmin ünvanda "xxxx" MMC-yə həmin ünvanda planlaşdırılmış bloklardan A və B bloklarının tikintisinə icazə verilmişdir (sərəncamın və müraciətin surətləri əlavə olunur). Cavabdehlərdən X18 ilə "xxxx" (indiki "xxxx" MMC) MMC arasında mənzil tikintisi ilə əlaqədar müqavilə 02 iyun 2016-cı il tarixdə bağlanmış və həmin müqavilədə "xxxx"MMC Abşeron RİHB-nın xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən binada 5-ci blok, 12-ci mərtəbədə, izolə olunmuş və 3 otaqdan ibarət 329 nömrəli mənzili pay kimi payçıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə tikintinin hər bir kvm-nin qiyməti 650 manat müəyyən olunmuşdur. Yuxanda qeyd edildiyi kimi də iddiaçı ilə də “FAM-88"MMC arasında eyni mənzilə müqavilə bağlanılmışdır. Maraqlı cəhət ondan ibarətdir ki, Abşeron RiHB-nın 14 mart 2016-cı il tarixdə 38 saylı sərəncamı ilə "xxxx" MMC-nin müraciəti nəzərə alınaraq ona ünvan 1 ünvanında planlaşdırılmış bloklardan A ve B bloklarının tikintisinə icazə verilmişdir. Sual olunur, onda nədən vətəndaşlarla 5-ci blokda yerləşən mənzillərə dair müqavilələr bağlanır. İddiaçıda olan məlumata görə X18 tikintinin dəyərini ödəməmişdir. Bundan başqa bildirir ki, X18 ilə "xxxx" MMC arasında həmin binada qeyri-yaşayış sahəsi üzrə məhkəmə mübahisəsi (qeyri-yaşayış tikintisi haqqında xx.xx.2017-ci il tarixli, 148 saylı müqavilənin etibarsız sayılması haqqında) da olmuşdur və həmin mübahisənin məğzində X8 tikintinin dəyərini ödəməməsi olmuşdur. "xxxx" MMC iddia etmişdir ki, X18 qeyri-yaşayş sahəsini qeyri-qanuni olaraq zəbt etmiş və bu barədə onunla bağlanmış müqavilə zorla, yani hədə-qorxu yolu ilə bağlanılmışdır. Bir faktı da qeyd edir ki, Cavabdeh1 MMC-nin iddiaçıya aid olan sənədləri (müqavilə, maliyya arayışı və s) "xxxx" MMC-nin direktoru kimi X27 tərəfindən imzalanmışdır. Buna baxmayaraq həmin Cəmiyyətin X10 aid sənədləri (müqavilələr) Cəmiyyətin direktoru kimi X7 adlı şəxs tərəfindən imzalanmışdır. Hesab edir ki, cavabdehlər arasında imzalanmış müqavilələr sonradan formal olaraq bağlanmış və məqsəd iddiaçını mülkiyyətimdən məhrum etmək olmuşdur. Yuxanda qeyd olunanlara əsaslanaraq iddiaçı hesab edir ki, "xxxx" MMC ilə X18 arasında bağlanılmış 02 iyun 2016-cı il tarixli 044 saylı müqavilə və həmin müqavilənin yenilenmesi üçün xx.xx.2017-ci il tarixli 148 saylı müqavilələr formal xarakterə malikdirlər bu baxımdan etibarsız hesab edilməlidirlər. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırki iş üzrə illər öncə məhkəmə prosessləri yekunlaşmış və mənzil ona təhvil verilmişdir. Qarşı tərəfin heç bir əsası olmayan idiasının rədd edilməsi və artıq neçə illər keçdiyi şikayət müddəti ötürüldüyü üçün onun xeyrinə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, evin çıxarışını almaq üçün maliyyə arayışı lazım olduğundan MKT bununla bağlı müraciət etmişdir. Onlar bildirmişlər ki, borcundan 3000 manat ödəsin, maliyyə arayışını versinlər. O da həmin məbləği ödəmişdir. Bundan sonra ona bildirmişdirlər ki, “sənədləri və müqaviləni gətir onun əsasında biz maliyyə arayışı verək”. Bundan sonra o, həmin sənədlərin şəkilini çəkərək özlərini onlara təqdim etdi. Həmin vaxt direktorla söhbət edirdi, işçilər isə maliyyə arayışını hazırlayırdılar. Sonradan arayışı və müqaviləni ona təqdim etdilər, o da arayışı və sənədləri götürmüş, lakin müqaviləyə baxmamışdır. Hətta Abşeron Rayon Məhkəməsində işə baxılarkən müqavilədə imzasının olmadığını bilməmişdir. Yalnız Apellyasiya Rayon Məhkəməsində işə baxılarkən hakim bildirmişdir ki, müqavilədə imzası yoxdur. O, 2020-ci ildə MTK-ya yaxınlaşmışdır ki, mənzilin açarını ona versinlər ki, o, təmirə başlasın. Onlarda açarıda ona vermədilər. O, həmən zaman binaya yaxın yerdə kirayə qalırdı. Uzun müddət MTK onu get-gələ salçışdır. Bundan başqa binada lift olmadığı üçün 15-ci mərtəbəyə çıxıb-düşmək olmurdu. Bu səbəbdən mənzilə gedib baxa bilmirdi. Abşeron və Apellyasiya Məhkəmələri onun xeyrinə qərar çıxardılar. Bundan sonra Ali Məhkəməyə şikayət verildikə, onun nəticəsni gözləmədən mənzilə gedib qapısını dəyişmək istədi. Buna görə də gedib qapı almışdı ki, mənzilin qapısını dəyişsin. Bunun səhərisi günü Məhəmməd əlində sənəd ilə gəlmişdir ki, bu mənzil ona məxsusdur. Bundan sonra o, bilmişdir ki, onun işi ilə eyni vaxtda Məhəmməd də məhkəməyə müraciət edib. Bundan sonra o, əlavə kassasiya qaydasında məhkəməyə müraciət etdikdi, cavabdeh X8 işi ilə onun işini bir icraatda birləşdirib baxsınlar. Ali Məhkəmədən onlara cavab gəldiki, “biz bunu ləvğ edə bilmərik, siz gedin yenidən etibarsızlıqla bağlı məhkəmədə iddia qaldırın”. Bundan başqa bildirmişdir ki, dəfələrlə mənzilə gedib-gəlsə də ona bu mənzilin başqa şəxsə satılması barədə heç kim məlumat verməyibdir. Ali Məhkəmə onun işini ləğv etmiş və yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. İş hazırda Apellyasiya Məhkəməsinin icraatındadır və bu işə görə orada icraatın dayandırılması barədə qərardad qəbul olunubdur. Göstərilənləri nəzərə alaraq, "xxxx" MMC ilə X18 arasında ünvan 1 ünvanında yerləşən binada-5-ci blok, 12-ci mərtəbədə, izolə olunmuş və 3 otaqdan ibarət 329 nömrəli mənzil ilə əlaqədar bağlanmış 02 iyun 2016-cı il tarixli, 044 saylı müqavilə və həmin müqavilənin yenilənməsi üçün xx.xx.2017-ci il tarixli 148 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiasının təmin olunması üçün hesab edir ki, kifayət qədər əsaslar vardır. Hazırki iddia tələbi Cavabdeh1 MMC iddiaçı arasında 329 nömrəli mənzilin alqı-satqısına dair müqavilədən ibarətdir. Onların cavabdeh şirkətlə münasibətləri həmin müqavilə əsasında yaranıbdır. Yalnız ötən il onlara məlum olmuşdur ki, həmin mənzil başqa bir şəxsə satılmışdır. Bu barədə məlumat aldıqdan sonra onlar məhkəmədə iddia qaldırmışlar. İlk dəfə olaraq Yasamal Rayon Məhkəməsində iddia qaldırarkən əllərində yetərincə sübutlar olmadığından iddialarını geri götürmüş və əlavə sübutları topladıqdan sonra yenidən Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Cavabdeh X8 adına mübahisəli mənzilə dair bağlanmış müqavilə hesab edir ki, əssasız müqavilədir. Həmin müqavilə iş materiallarında və MTK-nın mənzillərin uçotu haqqında qeydiyyat kitabında mövcud deyildir. Başqa tərəfdən iş materiallarına əlavə edilmiş sübutlardan da görünür ki, Məmmədli Müzəffərin orda ümumiyyətlə əmlakı olmayıbdır. Məmmədli Müzəffər əslində X5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsidir. Belə desək onun işgörəni olubdur. Bu fakt iş materiallarında olan sənədlərdən də görünür. Məmmədli Müzəffər bağladığı müqavilələri və MKT adından apardığı bütün danışıqları Əliyev Əlimuradın adından edibdir. Sonradan məlum olmuşdur ki, Əliyev Əlimuradın adından aparılan bütün sənədləşmələr və razılaşmalar etibar edənin adından deyil öz mənafeyi və öz xeyri üçün öz adından aparılıbmış hərəkətlərdir. Bu fakt Sumqayıt Aellyasiya Məhkəməsində olan işdən götürdüyü sübutlarla öz təsdiqini tapır. Əliyev Əlimurad dünyasını dəyişdikdən sonra onun hüquqi varisi kimi X19 vərəsəlik qaydasında iştirak edir. 06 dekabr 2018-ci il tarixli müqavilənin 5.7-ci bəndində qeyd olunur ki, bu mənzil X11 aid olduğu üçün müqavilənin qırx min manatı İddiaçı, iyirmi beş min manatı X19 tərəfindən şirkətə ödənildikdən sonra qüvvəyə minir. Əks təqdirdə etibarsız sayılsın. Lakin onlarda olan və onlara təqdim olunmuş müqavilədə hansı ki, həmin müqaviləni iddiaçıdan alıblar ki, qeydiyyatını aparmalıyıq deyib 10 dəqiqə içində həmin müqaviləni dəyişiblər. Həmin vaxt iddiaçının ağlına gəlmiş və müqaviləni verməmişdən əvvəl onun telefonla şəkilini çəkmişdir. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 MMC apellyasiya şikayətində əsaslandırır ki, onların istinad etdiyi müqavilədə guya öhdəlik tam yerinə yetirilməyibdir. Məhkəmənində mövqeyi ondan ibarət olub ki, qərarında da əsalandırıb ki, mübahisəli mənzil hələ onların mülkiyyətində deyil. Bu səbəbdən mənzilin onlara təhvil verilməsi ilə bağlı iddia təmin olunmalı deyildir. İkincisidə müqavilinin 2.5 bəndinə əsasən pulun tam ödənilməməsidir. İstər Ali Məhkəmə, istərsə də Sumqayıt Apellyasiya Məhkəməsi müqavilənin doğruluna qiymət verməmiş, o hissəni ümumiyyətlə araşdırmamışdır. Məhkəmələr bu müqaviləyə ümumiyyətlə diqqət etməyiblər ki, müqavilənin bir tərəfi tamamilə boşdur. Müqavilədə İddiaçı imzası yoxdur. Həmin hissə nə iddiaçının özü nədəki vəkili tərəfindən mübahisələndirilməyibdir. Bilinməyibdir və heç kimdə həmin hissəyə diqqət çəkməyibdir. Hətda Apellyasiya Məhkəməsi hər iki iddianı təmin edərkən də həmin müqaviləyə baxmayıbdır. Bundan başqa iş materiallarında olan müqavilədə 5.7 bənd ilə əsil müqavilənin 5.7 bəndində olanlar tamam fərqlidir. Apellyasiya Məhkəməsidə iş materiallarında olan müqavilənin 5.7 bənidi əsas götürüblər ki, müqavilə üzrə öhdəlik yerinə yetirilməyibdir. Məntiqlə belə çıxır ki, Cavabdeh1 MMC-nin vəzifəli şəxsinin bəlkə də bu müqavilənin dəyişdirilməsindən xəbəri olmayıbdır. Bunu şirkətin əməkdaşı və bu müqavilələri hazırlayan Aysel adlı şəxs dəyişdiribdir. Bildirdi ki, onlar müqavilə üzrə öhdəliyi yerinə yetirmiş və buna dair maliyyə arayışıda verilmişdir. Onlar həmin mənzilin başqa şəxslərə satılmasından xəbərsiz olmuşlar. Onların vəzifəsi də deyil kim mənzil alır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2016-cı ildə həm qeyri yaşayış sahəsi, həm də mənzil almışlar. 2017-ci ildə bildirmişlər ki, cinayət işi açılıb. Bildirdi ki, onun atası 2021-ci ilin yanvar ayında rəhmətə gedib. Əgər kiməsə zor və təzyiq olunubsa niyə görə bununla bağlı Polis orqanlarına şikayət olunmayıb və 4 il ərzində hər hansı bir cinayət işi açılmayıb əgər dedikləri kimi əllərində sübut varsa niyə atası həbs olunmayıb. Burdan görünür ki, qarşı tərəfin dediklərinin hamısı yalan və cəfəngiyatdır. Bundan başqa qarşı tərəfin təqdim etdiyi sənədlər hamısı surətdir və onların heç birinin əsli məhkəməyə təqdim olunmayıbdır. Atası rəhmətə getdikdən sonra iki ildi ki, məhkəmə çəkişmələri getsədə qarşı tərəf qeyd etdikləri sənədləri həmin məhkəmələrdə təqdim etməyiblər. İş Ali Məhkəməyə qədər gedib çıxır və üstündən il yarım sonra surət olaraq saxta sənəd gətirib təqdim edirlər ki, onun atası o vaxtı pulunu geri alıbdır. Şirkətin rəhbəri düz adam olsaydı həbsdə olmazdı. Bunların hamısı əsassız boş iddialardır. Yaşayış sahəsi ilə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iddiası təmin olunmuşdur. Sonradan iş Sumqayıt Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə kimi gedib qüvvədə qalıbdır. Bundan sonrada Abşeron Rayon İcra şöbəsi də gəlib mənzili ona təhvil veribdir. Bu gündə mənzil onun istifadəsindədir. Bundan başqa bildirdi ki, iddia edirlər ki, guya şirkət tərəfindən mənzilin pulu atasına geri ödənilib və buna dair sənəd təqdim edirlər. Onda belə sual ortaya çıxır ki, iki məhkəmə çəkişmələri gedərkən həmin sübutları niyə gətirib məhkəmələrə təqdim etmirdilər, indi gətirib təqdim edirlər. Bütün qətnamələri cavabdeh şitkət mübahisələndirdiyi halda və əlində də, belə bir sübutu var idisə, nə üçün bunu o şikayətlərində qeyd etmirdilər. O, bu sənədləri indi görür. Həmin sənədlər sübut sayıla bilməz. Onun necə isdəsəz yazıb qolu da ora skan etmək olar. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini etiraf edərək, izahatında bildirdi ki, o, hüquqşünas olsa da, vəkil deyil. 2017-ci ildən Cavabdeh1 MMC-nin hüquqşünası vəzifəsində işləyir. 2017-ci ildən "xxxx" MMC adı dəyişdirilərək Cavabdeh1 MMC olmuşdur. Son zamanlar vəkillər bildirmişlər ki, Nüşabə şirkəti heç bir yerdə təmsil edə bilməz. Əgər o, həmin proseslərdə iştirak etsəydi bütün sübutları məhkəməyə təqdim edərdi. Bəzi vəkillər elə-belə gəlib məhkəmələrdə iştirak ediblər və heç bir sübut məhkəmələrə təqdim etməyiblər. X16 Müzəffər arasında hansı münasibətlərin olduğunu, dost olub-olmadıqlarını bilmir. Lakin bildirdi ki, X22 Rayonu əzarisində 8 sot torpaq sahəsi olub. Həmin torpaq sahəsini sonradan Ələkbər adlı şəxsə satırlar. Tikinti şirkətlərində vəziyyət belədir ki, nağd şəkildə hamısını ödəyə bilmirlər. Çünki orda məbləğ 350000 – 380000 min olur. Bunlar pulun bir hissəsini ödəyirlər bir hissəsinidə razılaşırlar ki, pulun qalan hissəsi tam ödənilənə kimi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında tikilən mənzili girov qoysunlar. Bu prosesləri Əliyev Əlimurad aparırdı. 2017-ci ildə Əliyev Əlimurad rəhmətə gedir. Bundan sonra X25 Əlimuradın adından etibarnamə əsasında işlər görür. Lakin qanunla şəxs rəhmətə gedirsə etibarnamə etibarsız hesab olunur. X13 idmançılarla birlikdə hücum çəkiblər ofisə şirkət rəhbərini döyüblər. Bu barədə polisədə şikayət etmişdir. Hətta gecə saat 12-1 arası onu konfransa qoşaraq ona hədə qorxu gəlirdi. İndi onun davamını oğlu davam etdirir. Ona hücum etmiş, o da polisə şikayət etmişdi. Yaşayış və qeyri-yaşayış sahələrini Məmmədli Müzəffər bir manatda ödəmədən qolun gücü ilə almışlar. Hətta bu gün səhər ona başqa ölkədən zəng edərək bildirmişlər ki, “məhkəmədə bildirərsən ki, 329 nömrəli mənzillə bağlı korrupsiya artıq qərarını vermişdir”. Bir daha bildirdi ki, şirkət tərəfindən X10 hər hansı yaşayış və qeyri-yaşayış sahələri verilməmişdir. Hətta Yasamal Rayon Məhkəməsində hansısa hakimin icraatında iş olmuş və həmin işdə onlar qarşılıqlı iddia vermişlər. Lakin nə ilkin iddia nədə ki, onların qarşılıqlı iddiası təmin edilməmişdir. Hətta həmin iş üzrə məhkəmə prosesində Məmmədli Müzəffər ona 5000 manat pul təklif etdiki bu işdən əl çəksin. Bundan başqa tərəflərin əvvəlki məhkəmə çəkişmələri zamanı o, Naxçıvan MR olmuşdur, şəhidi olduğu üçün və vəkillərin səriştəsizliyi səbəbindən sübutlar məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Afşaran MMC tərəfindən Abşeron RİHB-na ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubda qeyd edilmişdir ki, şirkət tərəfindən inşa işlərinə baxmayaraq yaranmış böhran və müəyyən maliyyə çətinlikləri ilə üzləşmiş və sərəncam ilə müəyyən edilmiş 6 blokun tam tikintisinin mümkünsüzlüyü qərara alınmşdır. Bunları nəzərə alaraq 147 saylı 04 aprel 2014-cü il tarixli sərəncamı ilə müəyyən edilmiş 6 girişli yüksək mərtəbəli binaların iki A və B blokların ayıraraq Afşaran-A MMC-yə verilməsi xahiş edilmişdir. - Abşeron Rayon İHB-nın 14 mart 2016-cı il tarixli sərəncamından görünür ki, Abşeron RİH başçısının 1417 saylı xx.xx.2014-cü il tarixli "xxxx" MMC-yə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsüi barəsindəki sərəncamına uyğun olaraq Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Hüseynzadə küçələrinin kəsişməsində icazə verilmiş 6 girişli, zirzəmili, 16 mərtəbəli yaşayış binalarından ibarət kompleksin A və B bloklarının tikintisinə icazə verilmişdir. Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Hüseynzadə küçələrinin kəsişməsində icazə verilmiş kompleksdəki zirzəmili, 16 mərtəbəli A və B blokları üzrə tərtib edilmiş hüquqi sənədlərin Afşaran-A MMC üçün işçi sənəd kimi qəbul edilməsi qərar alınmışdır. - "xxxx" MMC (icraçı) ilə X18 (payçı) arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 044№-li müqavilədən görünür ki, icraçı Abşeron rayonu, İH başçısının xx.xx.2016-cı il tarixli 38 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzil izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öhdəsinə götürmüş, payçı müqavilədə göstərilən məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin sahəsi 120,69 kv m, mənzilin 1 kv metrinin dəyəri 650 manatdır. - Afşaran-A MMC (icraçı) ilə X18 (payçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli Qeyri-yaşayış tikintisi haqqında müqavilədən görünür ki, icraçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok İİ (üst) mərtəbəni bir pay kimi Payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyriyaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin sahəsi 780 kv m-dir. - Mənzil tikintisi haqqında xx.xx.2018-ci il tarixli müqavilədə qeyd edilmişdir ki, “FAM 88” (icraçı) Abşeron rayonu, İH başçısının xx.xx.2016-cı il tarixli 38 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzil izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi İddiaçı (payçıya) verməyi öhdəsinə götürmüş, payçı müqavilədə göstərilən məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.7-ci bəndində göstərilmişdir ki, bu mənzil X11 aid olduğu üçün müqavilənin qırx min manatı İddiaçı, iyirmi beş min manatı X19 tərəfindən şirkətə ödəndikdən sonra qüvvəyə minir. Əks təqdirdə etibarsız sayılsın. - İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-546/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, FAM-88 MMC tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilə görə 40000 manat məbləğində pul ödənilmişdir. Sözügedən qətnamə ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilin Cavabdeh1 MMC tərəfindən İddiaçı verilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1620/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-546/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1660/2023 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, tərəflər arasında imzalanmış və hazırkı iddianın əsasında olan Mənzilin tikintisi haqqında 06 dekabr 2018-ci il tarixli 074 saylı müqavilə cavabdehlə X23 adlı şəxs arasında olan başqa münasibətlərin pərdələnməsi üçün bağlandığından etibarsız hesab olunmalıdır. Cavabdeh bunun təsdiqi olaraq müqavilənin 5.7-ci bəndinə istinad etmişdir. Həqiqətən iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan və iş materiallarına əlavə olunan Mənzilin tikintisi haqqında 06 dekabr 2018-ci il tarixli 074 saylı müqavilə icraçı olaraq Cavabdeh1 MMC və payçı olaraq İddiaçı arasında imzalansa və müqavilənin 3.3-cü bəndində mənzilin dəyəri 40000 manat məbləğində müəyyən edilsə də, müqavilənin 5.7-ci bəndində göstərilmişdir ki, “Bu mənzil X14 aid olduğu üçün müqavilənin qırx min manatı İddiaçı, iyirmi beş min manatı X24 tərəfindən şirkətə ödənildikdən qüvvəyə minsin və əks təqdirdə etibarsız sayılsın.” İş materiallarından həmçinin müəyyən olunur ki, apellyasiya icraat zamanı müqavilənin telefon vasitəsi ilə çəkilərək çapa verilmiş digər bir nüsxəsi əlavə edilmişdir, həmin müqavilənin 5.7-ci bəndi başqa məzmunda olmuş, o cümlədən mənzilin Əlmurad oğluna aid olması, sonuncu tərəfindən ödəniş aparılmalı olması qeyd olunur. Göstərilən sənədin kim tərəfindən məhkəməyə təqdim edilməsi protokolda göstərilməmişdir. Hər bir halda apellyasiya məhkəməsi tərəfindən apellyasiyaya şikayətinin qeyd olunan dəlilinə, müqavilənin 5.7-ci bəndinin məzmununa hüquqi qiymət verilməmiş, X15 şəxsiyyəti tərəflərlə araşdırılmamış, sonuncunun işə cəlb edilməsi zərurəti müəyyən olunmamış, məhkəməyə təqdim olunmuş sübutlarda olan ziddiyyətlərə hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya məhkəməsinin tərəfləri arasında imzalanmış müqavilənin və maliyyə arayışının cavabdeh tərəfindən mübahisələndirilməməsi və ləğv edilməməsinə dair mövqeyi də əsassız olmuşdur. Bu nöqtəyi nəzərdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh hazırki apellyasiya şikayətinin dəlillərində iddianın əsasında olan müqavilənin etibarsız olmasını iddia ediyi üçün apellyasiya məhkəməsi əqdin etibarlığına hüquqi qiymət verməli idi. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətlərinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara MPM-nin 88, 217.4-cü maddələri baxımından düzgün hüquqi qiymət verməlidir. Qeyd olunanlara əsasən cavabdeh FAM- 88 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1620/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(102)- 3971/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh FAM-88 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdə Afşaran MMC ilə X18 arasında bağlanmış və xx.xx.2017-ci il tarixdə Afşaran A MMC ilə X18 arasında bağlanmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi və maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X18 arasında bağlanılmış və xx.xx.2017-ci il "xxxx" MMC ilə Məmmədli Müzəffər arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsi - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsinin və ünvan 2 ünvanı V blok 12-ci mərtəbəsində yerləşən 329 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilinin iddiaçıya təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulmuş, cavabdehdən 20 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mərhum X18 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin və mənzilin dəyəri tam olaraq cavabdehə ödənilmişdir, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəlik tam yerinə yetirilmişdir. Cavabdeh tərəf qeyd e dilən müqavilələri mübahisələndirsə də müqavilənin etibarsızlığı barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə mübahisəli qeyriyaşayış sahələrinə dair tərəflər arasında bağlanlan müqavilələrin etibarsızlığı ilə bağlı cavabdehin iddia tələbləri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 439/2019 saylı qətnaməsi ilə təmin ediliməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4560/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyilşdirilmədən saxlanılmışdır. Mübahisəli mənzil sahəsi ilə bağlı yenə də iş materiallarından göründüyü kimi cavabdehin etirazı formal xarakter daşıyır. Abşeron Rayon Məhkəməsinin qeyd edilən qərarından cavabdeh FAM-88 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-471/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərarından cavabdeh tərəf apellyasiya şikayəti vermişdir. - Ali Məhkəmənin sözügedən qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-471/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsi qismən – qeyri-yaşayış sahəsinə aid hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 13(102)- 235/2023 saylı qərardadında göstərilmişdir ki, ərizədə İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3971/2022 nömrəli 19 aprel 2023-cü il tarixli qərarı ilə onun maraqlarının pozulmasını, həmin işə münasibət bildirmək, xx.xx.2016-cı il tarixdə Afşaran MMC ilə X18 arasında bağlanmış və xx.xx.2017-ci il tarixdə Afşaran A MMC ilə X18 arasında bağlanmış (yenilənmiş) müqavilələri mübahisələndirmək imkanından məhrum olmasını qeyd etmişdir. Qərardadda qeyd edilmişdir ki, hazırkı iş üzrə İddiaçı birinci iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə cəlb edildiyi halda belə onnu apellyasiya icraatında hazırkı iddia etdiyi halları mübahisələndirmək imkanı qanunvericiliklə yolverilən deyil. Apellyasiya və kassasiya məhkəmələri tərəfindən müvafiq qərarların qəbul edilməsi İddiaçı xx.xx.2016-cı il tarixdə Afşaran MMC ilə X18 arasında və xx.xx.2017-ci il tarixdə Afşaran A MMC ilə X18 arasında bağlanmış (yenilənmiş) müqavilələri müstəqil surətdə mübahisələndirmək imkanından məhrum etmir. - X18 tərəfindən FAM-88 MMC-nin direktoruna ünvanlanmış ərizənin surətində qeyd edilmişdir ki, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilə görə M.Müzəffər tərəfindən ödənilmiş 78449 manatı tam olaraq geri almışdır. Şirkətlə bağlı heç bir narazılığı yoxdur. Gələcəkdə mənzil ilə bağlı şirkətdən heç bir iddiası ola bilməz. - AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, istintaq zamanı müəyyən edilmişdir ki, X1 Müzəffər Əli oğlu tərəfindən və qardaı X3 barəsində əsassız şikayətlərinin qarşısını almaq məqsədilə Müzəffər Məmmədlinin tələbi ilə 02 iyun 2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışının məzmununa bilə-bilə yalan, yəni guya binanın B (5-ci) girişi 12-ci mərtəəbsində yerləşən, ümumi sahəsi 120,69 m2 olan 329 nömrəli mənzili almaq üçün özünə müraciət etməmiş və mənzilin dəyərini ödəməmiş X2, mənzilin dəyərinin həmin tarixdə sonuncu tərəfindən tam həcmdə ödənilməsi ilə həmin mənzilə görə Cəmiyyətə borcunun olmaması barədə məlumatları daxil etməklə, həmin saxta sənədləri Müzəffər Məmmədliyə təqdim etmişdir. Həmçinin, iş materiallarından görünür ki, "xxxx" MMC-nin təsisçisi X6 və direktoru X27 tərəfindən ilkin olaraq 06 dekabr 2018-ci il tarixdə 40.000 manat müqabilinda İddiaçı satılmış həmin Cəmiyyətin ünvan 6 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının B (5-ci) girişi 12-ci mərtəbəsində yerləşən sahəsi 120,69 m2 olan 329 nömrəli mənzil 18 yanvar 2019-cu il tarixdə 45.000 manat müqabilində X20, 16 noyabr 2022-ci il tarixde isə 64.000 manat müqabilində X9 təkrarən satılmış və sonunculara qeyd edilən tarixlərdə həmin mənzilə dair saxta müqavilə və ödəniş sənədləri təqdim edilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 18 yanvar 2021-ci ildə vəfat etmişdir. - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh2dur. Miras əmlak Afşaran-A MMC tərəfindən xx.xx.2016-cı il tarixdə X10 verilmiş 044 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış binasında 5-ci blok, 12-ci mərtəbəsindəki, 329 saylı mənzildəki koorperativ paydan ibarətdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia istina tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə isə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 452-ci maddəsinə əsasən Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Nümayəndə2 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC (icraçı) ilə X18 (payçı) arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 044№-li müqavilə ilə Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzil izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öhdəsinə götürmüş, payçı müqavilədə göstərilən məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin Afşaran-A MMC (icraçı) ilə X18 (payçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli Qeyri-yaşayış tikintisi haqqında müqavilə ilə icraçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok İİ (üst) mərtəbəni bir pay kimi Payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilən xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hazırkı iş üzrə cavabdeh FAM-88 MMC tərəfindən verilmiş iddia rədd edilmişdir. Həmçinin hazırki iş üzrə digər Cavabdeh2 FAM-88 MMC-yə qarşı xx.xx.2016-cı il tarixdə Afşaran MMC ilə X18 arasında bağlanmış və xx.xx.2017-ci il tarixdə Afşaran A MMC ilə X18 arasında bağlanmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi və maneələrin aradan qaldırılması vəzifəsinin FAM-88 MMC-nin üzərinə qoyulması barədə iddiası təmin edilmiş ümumi sahəsi 780 kv m olan qeyri-yaşayış sahəsinin və eləcə də Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilin iddiaçı Cavabdeh2 təhvil verilməsi və mülkiyyətə yaranan maneələrin aradan qaldırılması vəzifəsi cavabdeh FAM-88 MMC-nin üzərinə qoyulmuşdur. Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilin iddiaçı Cavabdeh2 təhvil verilməsi və mülkiyyətə yaranan maneələrin aradan qaldırılması hissədə qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, işi hallarından görünür ki, mübahisəli mənzilin Cavabdeh2 məxsus olması yəni ona təhvil verilməsi hissəsində qətnamə qüvvədə saxlanılmışdır. Həmçinin iddiaçının əşya hüququnun olması iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa məhkəmə qeyd edir ki, işin halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 tərəfindən qeyd edilən mənzilə daha öncə qapı qoyulmuş, bundan başqa cavabdeh X18 ilə müqavilə daha öncə bağlanılmışdır. İddiaçı cavabdeh X18 ilə bağlanılmış müqavilənin əslində saxta olduğunu, sonradan bağlanıldığını bildirsə də həmin hallarla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş onunla FAM-88 MMC arasında bağlanılmış müqaviləyə istinad edilsə də, müqavilədə onun imzası yoxdur. İddiaçı həmin halı ona arayış verilərkən müqavilənin ondan istənilməsi, müqavilənin o zaman dəyişdirilib ona verilməsi və müqaviləyə uzun illər baxmadığı üçün həmin hala diqqət yetirmədiyni bildirsə də məhkəmə iddiaçının qeyd edilən izahatını ağlabatan hesab etmir. Bundan başqa məhkəmə iddiaçı tərəfndən məhkəməyə təqdim edilmiş, X18 tərəfindən FAM-88 MMC-nin direktoruna ünvanlanmış Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilə görə M.Müzəffər tərəfindən ödənilmiş 78449 manatın tam olaraq geri alınması, şirkətlə bağlı heç bir narazılığının olmamasını, gələcəkdə mənzil ilə bağlı şirkətdən heç bir iddiasının ola bilməməsi məzmunlu ərizənin surətinə münasibət bildirərək, həmin sübuta tənqidi yanaşır. Belə ki, ilk növbədə həmin sənəd ksero-surət olmaqla məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa iş materiallarında olan müvafiq məhkəmə qətnamələrindən görünür ki, mübahisəli mənzilin cavabdehə təhvil verilməsinə dair məhkəmə qətnamələri məhz həmin iş üzrə cavabdeh olmuş FAM-88 MMC tərəfindən həm apellyasiya, həm də, kassasiya qaydasında mübahisələndirilsə də, şikayətlərinin əsasını başqa dəlillər təşkil etmiş və hazırda qeyd olunan, yəni mənzilin dəyərinin guya cavabdehin atasına qaytarılması barədə ümumiyyətlə məhkəməyə heç bir məlumat verilməmiş, buna dair sübutlar da, təqdim edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1620/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, həmin iş üzrə Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini, Cavabdeh1 MMC və İddiaçı arasında Cəmiyyətin ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku 12-ci mərtəbəsində, ümumi sahəsi 120,69 kv.m., 03 otaqlı 329 nömrəli mənzilin tikintisi haqqında 06 dekabr 2018-ci il tarixli, 074 nömrəli müqavilə bağlanıb. İddiaçı adına guya onun həmin mənzil sahəsinə görə Cavabdeh1 MMC-yə mənzilin dəyərinin ödənilməsi barədə 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı yazılaraq verilib.Əslində cavabdehin adına 06 dekabr 2018-ci il tarixli müqavilə və 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı verilsə də, həmin müqavilənin bir hissəsi qismində çıxış etmiş X24 tərəfindən müqavilənin 5.7-ci bəndinə əsasən mənzil üçün ödəniləcək 25.000 manatı cəmiyyətə ödənilməyib. Cavabdeh İddiaçı adına müqavilə və maliyyə arayışı yazılsa da faktiki olaraq Cavabdeh1 MMC-yə bir manat da olsun pul ödənilməyib. Razılaşmaya görə tikinti materiallarının gətirilməsi ilə əlaqədar X12 xahişi nəzərə alınmaqla təminat olaraq müqavilə və maliyyə arayışı cavabdehin adına yazılıb və mənzilin dəyərinin bir hissəsinin də X24 tərəfindən ödənilməsi barədə öhdəlik götürülüb. Lakin müqavilənin şərtlərinə görə X24 mənzil üçün müqavilədə göstərilən ona aid hissə üzrə öhdəliyi yerinə yetirməyib. Müqavilənin 5.7-ci maddəsində yazılır: Bu mənzil X14 aid olduğu üçün müqavilənin qırx min manatı İddiaçı, iyirmi beş min manatı X24 tərəfinoən şirkətə ödənildikdən sonra qüvvəyə minir, əks təqdirdə etibarsız sayılsın. İddiaçı tərəfindən mənzil üçün iyirmi beş min manat Cəmiyyətə ödənilmədiyi üçün Cəmiyyət cavabdehin adına yazılmış 06 dekabr 2018-ci il tarixli müqavilə və 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı müqavilənin 5.7-ci bəndinə əsasən etibarsızdır. İddiaçı müqavilənin və maliyyə arayışının ləğv olunması və həmin sənədlərin əslini qaytarılması barədə xəbərdarlıq olunsa da, ona bu barədə bildiriş göndərilsə də İddiaçı göstərilən sənədləri geri qaytarmayıb, bundan imtina edib. 06 dekabr 2018-ci il tarixli müqavilə və 12 yanvar 2021-ci il tarixli maliyyə arayışının əsli cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə edərək sənədləri iddiaçıya qaytarmamaqla göstərilən əmlakı əldə edərək əsassız varlanmaq niyyətinə düşüb. Göründüyü kimi mənzil tikintisi üçün pul tam ödənilmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlərin etibarsız hesab edilməsi” təşkil etmişdir. Bundan başqa məhkəmə, hazırki iş üzrə digər Cavabdeh1 MMC-nin iddianı etiraf edərək, mənzilin iddiaçıya verilməli olduğunu iddia etdiyi halda, mübahisəli mənzilin iddiaçının sahibliyinə təhvil verilməsi barədə qətnamələrlə razılaşmayaraq, həmin qətnamələrdən də, məhz onlar tərəfindən şikayət verilməsini ağlabatan və inandırıcı saymır. Məhkəmə eyni zamanda iddia tələbinin "xxxx" MMC ilə X18 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə də, hesab edir ki, iddia tələbi bu hissədə də, əsassızdır. Belə ki, "xxxx" MMC (icraçı) ilə X18 (payçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli qeyri-yaşayış tikintisi haqqında müqavilədən görünür ki, icraçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok İİ (üst) mərtəbəni bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyriyaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin sahəsi 780 kv m-dir. Göründüyü kimi hazırki müqavilə mənzillə deyil, qeyri-yaşayış sahəsinin alqısatqısı ilə bağlı olmaqla iddiaçının maraqlarına toxunmur. Həmin hissədə cavabdehlər arasında ayrıca məhkəmə mübahisəsi vardır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tərəflər arasında qeyri-yaşayış sahəsinə dair bağlanılmış müqaviləni mübahisələndirməyə subyektiv hüququ yoxdur. Beləliklə məhkəmə qeyd olunanlara və işin hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia tələbi əsassız olduğundan rədd edilməli və iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Həmçinin iddiaçıya ona dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə eyni zamanda cavabdeh tərəfindən verilmiş iddia müddətinin ötürülməsi barədə ərizəsi ilə əlaqədar olaraq qeyd edir ki, iddia ümumilikdə əsassız olduğundan və rədd edildiyindən məhkəmə iddia müddətinin tətbiqini və müzakirəsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1281/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1281/2024
03.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver