Məhkəmə qərarları › İş №2(004)-1283/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1283/2025

07.02.2025 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1283/2025 07.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X2, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs cəlb edilməklə “daşınar əşyaların məhv edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs cəlb edilməklə “daşınar əşyaların məhv edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, ərizədə qeyd olunan daşınar əşyaların məhv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X4 məhkəmə iclasında iştirak edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizədə qeyd olunan daşınan əşyalar yarasız vəziyyətə düşdüyündən məhv edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 331.1-ci maddəsinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən malların istehlak xassələrinin bərpası imkanı istisna edildikdə malların məhv edilməsinə yol verilir. Həmin Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə məhv edilir. Həmin Qaydanın 2.3-cü bəndinin tələbindən görünür ki, bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Belə ki, gömrük orqanlarına təqdim edilmiş mallar öz təyinatına görə istifadə edilə bilmədikdə onların məhv edilməsi yalnız ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir. Hazırki ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs saxlanc məntəqəsinə təhvil verilmiş və artıq müddət orada saxlanılan mallar yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, siyahı üzrə 1. 21 kq turşu,

2. 23 kq kartof, 3. 53 kq qarışıq ərzaq, 4. 27 kq qarışıq ərzaq, 5. 14.50 kq qarışıq ərzaq,

6. 22 kq qarışıq ərzaq, 7. 8 kq qarışıq ərzaq, 8. 15 kq qarışıq ərzaq, 9. 10 kq kofe, 10. 14.9 kq ədviyyat, 11. 19.60 kq qarışıq ərzaq, 12. 57 kq qarşıq ərzaq (meyvə və ev şəraitində konservləşdirilmiş məhsullar), 13. 47 kq qarışıq ərzaq, 14. 9 ədəd balaca dibçəklərdə gül, 15. 62 kr qarışıq ərzaq (alma, armud və kartof), 16. 26 kq qarışıq ərzaq (meyvə və ev şəraitində qablaşdırılmış məhsullar), 17. 103 kq qarışıq ərzaq (3 ədəd kisədə və 2 ədəd yumurta), 18. 52 kq qarışıq ərzaq (meyvə və konservləşdirilmiş məhsullar), 19. 8 ədəd meyvə ağacı və 20. 65 kq qarışıq ərzaq (alma, nar, yağ və kələm) yararsız vəziyyətə düşdüyündən məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs cəlb edilməklə “daşınar əşyaların məhv edilməsi” tələbinə dair ərizəsi təmin edilsin.

1. 21 kq turşu, 2. 23 kq kartof, 3. 53 kq qarışıq ərzaq, 4. 27 kq qarışıq ərzaq, 5. 14.50 kq qarışıq ərzaq, 6. 22 kq qarışıq ərzaq, 7. 8 kq qarışıq ərzaq, 8. 15 kq qarışıq ərzaq, 9. 10 kq kofe, 10. 14.9 kq ədviyyat, 11. 19.60 kq qarışıq ərzaq, 12. 57 kq qarşıq ərzaq (meyvə və ev şəraitində konservləşdirilmiş məhsullar), 13. 47 kq qarışıq ərzaq, 14. 9 ədəd balaca dibçəklərdə gül, 15. 62 kr qarışıq ərzaq (alma, armud və kartof), 16. 26 kq qarışıq ərzaq (meyvə və ev şəraitində qablaşdırılmış məhsullar), 17. 103 kq qarışıq ərzaq (3 ədəd kisədə və 2 ədəd yumurta), 18. 52 kq qarışıq ərzaq (meyvə və konservləşdirilmiş məhsullar), 19. 8 ədəd meyvə ağacı və 20. 65 kq qarışıq ərzaq (alma, nar, yağ və kələm) yararsız vəziyyətə düşdüyündən məhv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar