Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1288/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Allahverdiyeva Aytac Fizüli qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı qarşı (X10 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbulundan imtina ərizəsinin ləğvi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı qarşı “mirasın qəbulundan imtina ərizəsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 53 saylı notariat ofisində atası X6 qalan mirasdan anası X2 xeyrinə imtina edilməsi ilə bağlı reyestr nömrəsi 762 qeydiyyat tarixi xx.xx.2024-cü il olan ərizənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 noyabr 2023-cü il tarixdə vəfat etmiş atası X6 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin anası xx.xx.1959-cu il təvəllüdlü X2 adına rəsmiləşdirilməsinə dair 17 yanvar 2024-cü il tarixdə 53 saylı notariat ofisində atamdan qalan mirasdan anasının xeyrinə imtina edilməsi ilə bağlı reyestr nömrəsi 762 qeydiyyat tarixi xx.xx.2024-cü il olan ərizə vermişdir. Həmin ərizə göstərilən səbəblərdən ləğv edilməli və atasından qalan mirasın qəbulu barədə hüququndan istifadə etməyini əsaslı hesab edir. Belə ki, o, özü tibb bacısı işləyir və 17 yanvar 2024-cü il tarixdə işin sonuna yaxın qardaşı X10 ona zəng edərək təcili olaraq 53 saylı notariat ofisinə gəlməyini və bunun sadəcə atasının adına olan evin anası X2 adına rəsmiləşdirilməsi üçün etiraz edilməməsinə dair ərizənin verilməsi ilə bağlı İduğunu bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə 16:30 radələrində 53 saylı notariat ofisinə gəlmişdir və qardaşı X10 evin anasının adına keçirilməsi üçün ona atasından qalacaq mirasdan imtina ərizəsinin verilməsinin vacib olduğunu bildirmişdir. Onun yorğun olduğu eləcə də bu ərizənin sadəcə prosesin belə olduğu səbəbindən verməli olduğunun zəruriliyi ona izah edilməsi səbəbi ilə mexaniki olaraq həmin imtina ərizəsinə qol çəkmişdir. Sonradan həmin atasından qalan mirasdan anasının xeyrinə imtina edilməsi ilə bağlı reyestr nömrəsi 762 qeydiyyat tarixi xx.xx.2024-cü il olan ərizə ilə tanış olduqda həmin ərizəyə əsasən ümumilikdə bütün mirasdan imtina etdiyi ona məlum olmuşdur. İş saatı artıq gec olduğundan o sabahsı gün yəni-xx.xx.2024cü il tarixdə 53 saylı notariat ofisinə gedərək notariat X3 reyestr nömrəsi 762 qeydiyyat tarixi xx.xx.2024-cü il olan ərizənin ləğv edilməsini və ona çatacaq mirasın tərəfindən qəbul edilməsi ilə bağlı hüquqlarından istifadə etmək istədiyini bildirmişdir. Notariat X9 həmin sənədin reyestrə düşdüyünü və bunun yalnız məhkəmə yolu ilə edə biləcəyini ona izah etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X7 etirazla məhkəməyə müraciət edərək bildirmişdirlər ki, iş üzrə iddiaçının iddiası əsassız və qanunsuzdur. Belə ki, İddiaçı əvvəlcədən, yəni mərhum atası X5 ikən öz övladı olaraq pay ayırmışdır. Hal-hazırkı əmlak anası - X4 qalan əmlakdır. Belə ki, o ilkin olaraq 53 saylı notariat ofisində vərəsəlik işinə dair imtina ərizəsini yazıb təqdim etsədə sonradan onlara qarşı əlavə tələblər irəli sürmüş, həmin tələbləri icra etməkləri mümkünsüz olduğunu gördükdə isə onları imtinanın ləğvi ilə hədələmişdir. Nəticədə belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mirasın qəbulundan ona düşən hissədə imtina edilməsinə dair ərizədən imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, bu hallar nəzərə alınacaq və qanunvericiliyə Mülki Məcəlləyə əsasən imtinadan imtinaya yol verilmədiyi nəzərə alınaraq iddia ərizəsi təmin edilmədən rədd ediləcəkdir. Qeyd edilənlərə əsasən xahiş edir ki, iddianın əsassız olması səbəbilə rədd edilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: “Elektron notariat” X1 çıxarışın məzmunundan görünür ki, İddiaçı ərizə ilə müraciət edərək xx.xx.2023-cü ildə ölmüş atası X8 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyriyaşayış və torpaq sahələrinfən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən X2 xeyrinə imtina etmişdir. **********759 saylı ərizənin məzmunundan görünür ki, X10 xx.xx.2023-cü ildə ölmüş atası X6 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrinfən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən X2 xeyrinə imtina edir. 07 noyabr 2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, “Hədiyyə verən” - X7 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 22,56 kvm, yaşayış sahəsi 12 kvm, yardımçı sahəsi 10,56 kvm olan 1 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X4 verilmiş **********41-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 22,56 kvm, 1 otaq hissəni (hissələri) “Hədiyyə alan”- İddiaçı mülkiyyətinə vermişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı vəfat etmiş atası Fuad Hüseynovun vərəsəsi olaraq birinci növbəli vərəsə kimi vərəsəliyə çağırılmış, 53 saylı Notariat kontorunda vərəsəlikdən ona düşən paydan anası Zərinə Hüseynovanın xeyrinə imtina etmişdir. Mülki Məcəllənin tələblərinə əsasən mirasdakı paydan imtina ilə bağl verilmiş ərizənin geri götürülməsi nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı qızına qarşı (X10 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbulundan imtina ərizəsinin ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1288/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1288/2024
29.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver