Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1292/2023 03.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Cavabdeh nümayəndəsi və vəkili X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X2 məhkəməyə vəsatət ünvanlayaraq onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Fariz Əlizadənin icraatındadır. Bundan əlavə, eyni tərəflər arasında, yəni, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə e-2(004)-535/2023 nömrəli mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Günel Əkbərlinin icraatındadır. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Odur ki, məhkəmənin icraatında olan 2(004)-1292/2023 nömrəli və e-2(004)-535/2023 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil vəsətatin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin operativ, səmərəli və düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən biri, ilkin olaraq icraata qəbul edilmiş digər işə birləşdirilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-1292/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarix saat 10:40-a təyin edilmişdir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair 2(004)-1292/2023 nömrəli və iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə e-2(004)-535/2023 nömrəli mülki işlər bir-biri ilə əlaqəli olduğundan, yəni, eyni şəxslərin bir-birinə qarşı bir-biri ilə əlaqəsi olan müxtəlif iddia tələbləri ilə bağlı olması müəyyən edildiyindən hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez, səmərəli və obyektiv həllinə xidmət etdiyi üçün sözügedən mülki işlər bir icraatda birləşdirilməli və mülki işə e-2(004)-535/2023 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair 2(004)-1292/2023 nömrəli və iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə e-2(004)-535/2023 nömrəli mülki işlər bir icraatda birləşdirilsin və mülki işə e-2(004)-535/2023 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1292/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1292/2023
03.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver