Məhkəmə qərarları › İş №2(004)-1293/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1293/2023

06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1293/2023 06.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X2 və İstismarı Birliyi tərəfindən ona verilmiş xx.xx.2004-cü il tarixli, 31901 saylı müqavilədə atasının adı “Əli” kimi göstərilməsi qeydinin, “Əliş” kimi göstərilməsi və həmin müqavilənin ona məxsus olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 və İstismarı Birliyi tərəfindən onun istifadəsinə Binəqədi rayonu Sulutəpə ərazisində xx.xx.2004-cü il tarixli, 31901 saylı müqavilə əsasında 0,05 ha torpaq sahəsi verilmişdir. Müqavilədə ata adı düzgün göstərilmədiyindən Daşınmaz Əmlakın Dövlət Reyestri və X7 Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınn dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Odur ki, həmin müqavilənin ona məxsus olması faktının müəyyən edilməsinə zərurət vardır. Ərizəçi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-cı maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş: Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi ilə bağlanmış 31901 saylı xx.xx.2004-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə ərazəsindəki ümumi sahəsi 0.05 ha olan 34/454 nömrəli bağ sahəsi ünvan 1 ünvanında qeydiyyatda olan 1955-ci il təvəllüdlü Ərizəçi Əli qızına və onun ailə üzvləri 1992-ci il təvəllüdlü Bayramov Üzeyir və 1985-ci il təvəllüdlü Bayramov Seymurun istifadəsinə verilmişdir. xx.xx.2009-cu il tarixli AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi xx.xx.1955-ci il tarixdə, Gədəbəy rayonunda anadan olmuşdur və ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2010-cu il tarixli, AZ İİ № 491905 seriyalı doğum haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. ata qrafasında X5, ana qrafasında Ərizəçi qeyd edilmişdir. Xİ ЖГ № 321883 seriyalı xx.xx.1985-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X5, ana qrafasında Ərizəçi göstərilmişdir. Göründüyü kimi, müqavilədə göstərilən istifadəçi Ərizəçi Əli qızı ilə Ərizəçi şəxsiyyət vəsiqəsi məlumatları və ailə üzvü məlumatlarının üst-üstə düşməsi müqavilənin Ərizəçi məxsus olmasını təsdiq edir. Lakin müqavilədə “Ərizəçi” əvəzinə texniki səhvə yol verilərək “Ərizəçi Əli qızı” kimi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin olunaraq X2 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 31901 saylı müqavilənin Ərizəçi məxsus olması faktı təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən verilmiş “Sulu-Təpə ərazisindəki 34/454 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli, 31901 saylı müqavilənin xx.xx.1955ci il tarixdə, Gədəbəy rayonunda doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində `Elekron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabient vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar