Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1294/2021 10.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən gül salonuna sudan istifadəyə görə hesablanmış 2196 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 saylı qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur. Həmin sahə 40 kv.m-dən ibarətdir. Uzun illərdir ki, gül salonu kimi fəaliyyət göstərir. Cavabdeh ASC X3 İdarəsi tərəfindən ona məxsus qeyri-yaşayış sahəsi qanunsuz şəkildə 2196 manat cərimə edilmişdir. Belə ki, 2018-ci ildə sayğacın nasaz olduğunu xəbər tutan kimi X3 İdarəsinə müraciət etmişdir. İdarənin işçisi kimi özünü təqdim edən Teymuraz adlı şəxs gəlib sayğaca baxış keçirmiş və sayğacı müayinə üçün idarəyə aparacağını və əlavə 70 manat xərcin olduğunu bildirmişdir. İddiaçı razılaşaraq həmin pulu vermişdir. 2 ay sonra X3 İdarəsinin əməkdaşı kimi özünü təqdim etmiş Anar adlı şəxs sayğaca baxış keçirərək sayğaca müdaxilə edildiyini bildirmişdir. Məsələnin həlli üçün iddiaçıdan 350 manat pul tələb etdi. Çünki sayğac yenisi ilə əvəz edilməli idi. O, öncədən başqa işçinin gəldiyini demişdir. Görünür ki, sayğaçı Teymuraz adlı şəxs nasaz vəziyyətə salmışdır. Buna baxmayaraq razılaşaraq 350 manat pulu vermiş və tez bir zamanda yeni sayğacın quraşdırılmasını xahiş etmişdir. Sayğac yenisi ilə əvəz edilərkən guya müdaxilə səbəbindən 2196 manat cərimə olunduğu deyilmişdir. 40 kv.m sahəyə 2 aydan az vaxt ərzində belə məbləğdə su sərfiyyatı yazılması ağlabatan deyil. İddiaçı kafe, restoran və ya avtoyuyucu işlətmir. Baş verənlər cəfəngiyyatdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında 01.09.2003-cü il tarixində, 131885 nömrəli su təchizatı və kanalizasiya xidmətinə görə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC İddiaçı su və kanalizasiya xidməti göstərir. İddiaçı aid gül salonunda 02.04.2018-ci il tarixdə “Alfasu” markalı 49992400 nömrəli su sayğacı quraşdırılmışdır. Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətlər sahəsində təbii inhisarçı olmaqla, gəliri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Su Məcəlləsinin 97-ci maddəsində göstərildiyi ki, bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan pulla istifadə edilir. Sudan pulla istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünü maliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərilməsini təmin etmək, su ehtiyyatlarından səmərəli və qənaətlə istifadə olunmasını və suların mühafizəsinə yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun müvafiq qaydada razılaşdırılmadan qoşulmaqla və ya sayğacdan kənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi mübahisələr yaratmış olur. 02.04.2018-ci il tarixdə ünvan 1 ünvanında gül salonu kimi fəaliyyət göstərən qeyriyaşayış sahəsinin istifadəçisi İddiaçı tərəfindən Cavabdeh ASC X3 İdarəsinə daxil olan “sayğac quraşdırılması barədə” müraciəti əsasında ******* nömrəli iş əmri açılmışdır. Bununla əlaqədar idarənin əməkdaşları tərəfindən 02.04.2018-ci il tarixdə 49992400 saylı smart tipli su sayğacının elektron hissəsininin işlək vəziyyətdə olmadığı və həmin sayğaca müdaxilə edilməsinə şübhə yarandığından sayğac laboratoriya yoxlanmasına göndərilmiş və həmin suölçən cihazın əvəzinə yeni “Smart CSS” markalı 169399 nömrəli suölçən cihaz quraşdırılmışdır. Sayğac laboratoriyaya göndərildikdən sonra vətəndaş İddiaçı yoxlamada iştirak üçün 3 iş günü vaxt verilmişdir. Cavabdeh ASC-nin Nəzarət Ölçü cihazları idarəsinin “Suölçən cihazların kalibrləmə laboratoriyası”nın 04.04.2018-ci il tarixli, 92400/0033783 saylı rəyinə əsasən 49992400 nömrəli sayğacın hesablama mexanizmində və Cavabdeh loqolu plomba müdaxilə olunması faktı aşkar olunmuşdur. Rəydə yalnız aşkar olunan hallar öz əksini tapmışdır. İddiaçı iddia ərizəsində sayğaca müdaxilə etməməsi faktını iddia etsə də, heç bir sübutla əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 6.15-ci bəndinə əsasən, suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəriclərinin xətasının Azərbaycan Respublikası Antiinhisar və İstehlak bazarına X1 müəyyən etdiyi normalardan artıq olması) halları aşkar etdikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmi istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nörməli əlavəsinə uyğun olaraq müəyyənləşdirilir və hesablama aparılır. Belə ki, sayğaca müdaxilə nəticəsində Cavabdeh ASC-yə maddi ziyan dəymiş və qanunvericiliyn tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləği cəmi 2196 manat hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Cavabdeh ASC X3 İdarəsi tərəfindən iddiaçı barədə tərtib olunmuş hesab fakturaya əsasən 16.11.2018-ci il tarixdə İddiaçı 2196 manat əlavə su sərfiyyatı hesablanmışdır. 27 smart-kart tipli su sayğacının dəyişdirilməsi barədə 02 aprel 2018-ci il tarixli aktdan göründüyü kimi “02.04.2018 tarixdə iddiaçıya məxsus su sayğacı 49992400 saylı smart tipli su sayğacı elektrik hissəsi xarab olduğundan, tərəfimizdən çıxardılaraq NÖCİ–yə göndərilmişdir. Sayğacın zavod və Cavabdeh loqolu plombu üzərindədir.” qeydi ilə xətdən ayrılmış və bu zaman aktda Cavabdeh loqolu plombuna hər hansı müdaxilənin olması qeyd edilməmişdir. Cavabdeh sayğacın laborator yoxlamasında iştirak etməsinə iddiaçıya 3 iş günü vaxt verilməsini bidirsə də, bu barədə hər hansı sübut növünü, o cümlədən iddiaçıya yazılı bildirişi məhkəməyə təqdim etməmişdir. Belə olan halda həmin sayğacın hesablama mexanizminə və Cavabdeh loqolu plombuna məhz iddiaçı tərəfindən müdaxilə olunması faktı təsdiq olunmuş kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə hesab edir ki, sayğaca müdaxilənin məhz iddiaçının təqsirli hərəktləri nəticəsində baş verməsi təqdim olunmuş sübutlarla təsdiq edilmədiyindən iddia əsaslıdır. Odur ki, iddia təmin edilərək iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə hesablanmış 2196 manat məbləğində borcun silinməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı hazırki iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən gül salonuna əlavə su sərfiyyatına görə hesablanmış 2196 (iki min yüz doxsan altı) manat borcun silinməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1294/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1294/2021
10.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver