Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1329/2025 13.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və mexaniki sayğacın smart tipli sayğacla əvəz edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və mexaniki sayğacın smart tipli sayğacla əvəz edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü ilin dekabr ayı üçün yazılmış 117,85 manat borcun 59,5 manatı tərəfindən ödənildiyindən qalan 58,35 manat borcun silinməsi, gələcəkdə ərazi üzrə nəzarətçinin məsuliyyətsizliyi ucbatından yaranacaq bu tipli mübahisələrin qarşısını almaq üçün istifadəsində olan mexaniki sayğacın əvvəlcədən ödənişli smart tipli sayğacla əvəzlənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin dekabr ayının əvvəlində yeni tikilmiş fərdi evə köçməzdən əvvəl smart tipli qaz sayğacının sərfiyyatı qeydə almadığını müəyyən edərək sayğacın əvəzlənməsi üçün X2 müraciət etmişdir. xx.xx.2022-ci tarixdə X3 smart tipli sayğacı mexaniki sayğacla əvəz etmişdir. 2023-cü ilin yanvar ayının əvvəlində sıfırlanan güzəştli limitləri nəzərə alaraq ərazi üzrə nəzarətçi sayğacın ayın əvvəlinə olan göstəricisini də qeydə almalı idi. Lakin nəzarətçinin məsuliyyətsizliyi ucbatından bu baş verməmişdir. Əksinə, nəzarətçi yeni sayğacın ilk sərfiyyatını yanvar ayı üçün qeydə alaraq həm 2022-ci il dekabr və həm də 2023-cü il yanvarın sərfiyyatını birlikdə təqdim etmişdir.(1032 m3) Bu, güzəştli limitin 1 yanvar-1 yanvar aralığında hesablandığı nəzərə alınsa, keçən ilin sərfiyyatının yeni ilə daxil edilməsi qanunsuzdur. 2023-cü ilin aprel ayında X1 tabeliyindəki Bakı Regional Qazın Satışı Departamentinə müraciət edərək bu səhvi düzəltmələrini və şəxsən tərəfindən qeydə alınmış 2022-ci ilin dekabr ayının sərfiyyatının 2023-cü ilin sərfiyyatından çıxılmasını xahiş etsə də, müraciəti müsbət cavablandırılmamışdır. Prosesin bu şəkildə davam etdirilməsi və abonent olaraq limitlərinin 1 dekabr-1 dekabr olaraq hesablanacağı şifahi olaraq ona bildirilmişdir. Azəriqaz bütün abonentlər üçün eyni güzəştli təqvim ili tətbiq etdiyindən bu prosesi dekabr ayının sərfiyyatını növbəti ilin yanvarında bildirməklə nizamlanmışdır. Eynilə 2023-cü ilin dekabr ayının sərfıyyatı yanvarla birlikdə təqdim edilmişdir. (1066 m3). Lakin 2024-cü ilin dekabr ayında ona bildiriş təqdim edilmiş və hər abonent üçün 12 ay olaraq hesablanan güzəşli tarif müddəti onun üçün 13 ay olmuşdur. Buna görə də növbəti ildə güzəştli tariflə (12,5 qəpik) ödənilməli sərfiyyat limiti keçdiyi üçün daha yüksək tariflə (25 qəpik) hesablanmışdır. 2024-cü il dekabr ayı üçün 476 m3 qaz sərfiyyatı qeydə alınmış, 117,85 manat borc yazılmışdır. 476 m3 qazın güzəştli tariflə (12,5 qəpik) dəyəri 59,5 manat tərəfindən ödənilmişdir. Daha sonra, Cavabdeh nümayəndəsi X4 iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddia tələbinin əsasını sayğac göstəricisi üzrə sərfiyyat borcunun silinməsi təşkil edir. xx.xx.2022-ci il tarixdə iddiaçının mənzilinə quraşdırılmış 1802AZ**********77 smart markalı sayğac qaz sərfiyyatını qeyd etmədiyindən çıxarılaraq ZENNER G4T MEXANİKİ **********5 nömrəli sayğac quraşdırılmışdır. Saldodan göründüyü kimi Birliyin əməkdaşları tərəfindən istehlakçıya verilən qazın dəyəri qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablanmış və növbəti ay istehlakçıya bu barədə bildiriş təqdim edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Eyni zamanda iddiaçının mexaniki tipli sayğacın smart tipli sayğacla əvəz edilməsi tələbinə gəldikdə isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X5”nın 4-cü bəndində qaz sayğaclarının quraşdırılması və istismarı qaydaları müəyyən olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi istehlakçının istifadəsində olan sayğac qaz sərfiyyatını qeyd etmədiyindən qaz paylayıcısının vəsaiti hesabına yeni sayğacla əvəz edilmişdir. Hazırda iddiaçının sayğacı işlək vəziyyətdə olmaqla istismara yararlıdır və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verən sayğacın heç bir səbəb olmadan iddiaçının arzusu ilə yenidən Cavabdeh hesabına dəyişdirilməsi tələbinin heç bir hüquqi əsası yoxdur. Sayğacın heç bir əsas olmadan dəyişdirilməsini məhkəmədən xahiş edən iddiaçı yalnız öz hesabına sayğacın dəyişdirilməsi barədə ərizə ilə Birliyə müraciət edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Kodu **********30020 olan İddiaçı adına olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanı üzrə 2023-cü il üzrə qazın sərfi 3283 m3, 2024-cü il üzrə isə 2953 m3 olmuşdur. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli Aktdan görünür ki, ünvan 1 ünvanı üzrə 1802AZ**********77 smart markalı sayğac qaz sərfiyyatını qeyd etmədiyindən çıxarılaraq ZENNER G4T MEXANİKİ **********5 nömrəli sayğac quraşdırılmışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddia tələbinin əsasını sayğac göstəricisi üzrə sərfiyyat borcunun silinməsi təşkil edir. xx.xx.2022-ci il tarixdə iddiaçının mənzilinə quraşdırılmış 1802AZ**********77 smart markalı sayğac qaz sərfiyyatını qeyd etmədiyindən çıxarılaraq ZENNER G4T MEXANİKİ **********5 nömrəli sayğac quraşdırılmışdır. Saldodan göründüyü kimi Birliyin əməkdaşları tərəfindən istehlakçıya verilən qazın dəyəri qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablanmış və növbəti ay istehlakçıya bu barədə bildiriş təqdim edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Eyni zamanda iddiaçının mexaniki tipli sayğacın smart tipli sayğacla əvəz edilməsi tələbinə gəldikdə isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X5”nın 4-cü bəndində qaz sayğaclarının quraşdırılması və istismarı qaydaları müəyyən olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi istehlakçının istifadəsində olan sayğac qaz sərfiyyatını qeyd etmədiyindən qaz paylayıcısının vəsaiti hesabına yeni sayğacla əvəz edilmişdir. Hazırda iddiaçının sayğacı işlək vəziyyətdə olmaqla istismara yararlıdır və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verən sayğacın heç bir səbəb olmadan iddiaçının arzusu ilə yenidən Cavabdeh hesabına dəyişdirilməsi tələbinin heç bir hüquqi əsası yoxdur. Sayğacın heç bir əsas olmadan dəyişdirilməsini məhkəmədən xahiş edən iddiaçı yalnız öz hesabına sayğacın dəyişdirilməsi barədə ərizə ilə Birliyə müraciət edə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və mexaniki sayğacın smart tipli sayğacla əvəz edilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və mexaniki sayğacın smart tipli sayğacla əvəz edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1329/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1329/2025
13.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver