Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1337/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 676,78 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Eyni zamanda, İddiaçı MMC rəhbərliyi ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə görə o işlədiyi müddətdə üzərinə öhdəlik götürmüşdür ki, vəzifəsinə məsuliyyətlə yanaşacaq və müəssisəyə heç bir. ziyan vurmayacaq, əgər işində nöqsanlara yol verərsə, vəzifəsini layiqincə yerinə yetirmədiyi halda isə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıdığını bildirmişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi tam və layiqincə yerinə yetirməmiş nəticədə isə müəssisəyə xeyli ziyan vurmaqla borc yaranmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə aparılan daxili audit yoxlaması zamanı, cavabdehin iş fəaliyyətində 2580.93 kəsir yaranmaqla onun tərəfindən mənimsənilməsi aşkar edilmiş və bu barədə xx.xx.2019-cu il tarixdə akt tərtib edilmişdir. Yaranmış borcla bağlı Cavabdeh müəssisəyə dəvət edilmiş və özünün iştirakı ilə (borcun etirafı barədə) protokol tərtib edilmişdir ki, həqiqətəndə onun səhlənkarlığı nəticəsində müəssisəyə borcu yaranmışdır. Borclu Cavabdeh müəssisəyə olan borcunu səmimi etiraf edərək 2014.08 manat pulu şirkətin xəzinəsinə ödəmiş və qalan 676.78 manat borcunu isə xx.xx.2019-cu il tarixədək ödəyəcəyinə söz vermişdir. Lakin, cavabdehə qalan borcu ödəməsi üçün rəsmi məktubla müracət edilməsinə baxmayaraq bu günədək müəssisəyə olan 676.78 AZN borcunu ödəməkdən qəti olaraq imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Eyni zamanda, İddiaçı MMC rəhbərliyi ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə görə o işlədiyi müddətdə üzərinə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli borcun etirafı haqqında protokola əsasən, Cavabdeh İddiaçı MMCyə 676,78 manat borc olduğunu etiraf etmiş, həmin borcu xx.xx.2019-cu il tarixədək ödəyəcəyinə söz vermişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 676,78 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq «İddiaçı MMC-yə ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası MPM-nin Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 676,78 (altı yüz yetmiş altı manat 78 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddə tində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1337/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1337/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver