Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1368/2021 12.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh Mənzil İstehlah Kooperativinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil İstehlah Kooperativinə qarşı MİK tərəfindən hesablanmış istifadə edilməmiş xidmətlər üzrə yaranmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil İstehlah Kooperativinə qarşı MİK tərəfindən hesablanmış istifadə edilməmiş xidmətlər üzrə yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il tarixində, 163 nömrəli mənzil tikinti haqqında müqavilə əsasında Cavabdeh Mənzil İstismar Kooperativi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, Dairəvi küçə 11 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 6-cı giriş, 5-ci mərtəbə, 119 saylı mənzili almışdır. Cavabdeh Mənzil İstismar Kooperativi tərəfindən ona müracət edilərək bildirilmişdir ki, aylıq olaraq 2013-cü ilin yanvar ayından etibaran ödəniş etmədiyinə görə, artıq borc yaranmış və həmən borcu ödənilməsini tələb etmişlər. O cavab olaraq onlara bildirmişdir ki, ağır surən xəstəliklə əlaqədar 2013-cü ilin yanvar ayından etibaran həmin mənzildə yaşayış olmamışdır. Bunu təsdiq edən xx.xx.2014-cü il tarixli, 119 nömrəli, Cavabdeh Mənzil İstismar Kooperativin idarə heyətinin sədri cənəb Cəfərov A.Q. tərəfindən Yasamal rayonu su kanalı idarəsinə təqdim etmək üçün arayış verilmişdir və həmən arayışda hansı tarixdən və hansı səbəblərə görə həmən ünvanda yaşayış olmaması dəqiq göstərilmişdir. Bundan əlavə olaraq iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmək və Əhalin Sosiall Müdafiə Nazirliyi tərəfindən verilmiş əlilyi müəyyən edilməsi barədə arayışdan onun ağır sürən xəstəliyinin dərəcəsi və daimi olaraq köməyə ehtiyacının olması bir daha sübut olunur. Qeyd etmək istəyir ki, faktiki olaraq 2013-cü ilin yanvar ayından istifadə etmədiyi xidmətlərə görə Cavabdeh Mənzil İstismar Kooperativi ondan ödəniş tələb edir. Yuxarıda qeyd olunan faktlara baxmayaraq Cavabdeh Mənzil İstismar Kooperativi dəfələrlə ondan yaranmış borc üzrə ödənişi etməyi tələb edir və bu mübahisəni öz aralarında həll etməyə mümkün olmadığını görərək məcbur qalaraq məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən Cavabdeh Mənzil İstismar Kooperativi tərəfindən istifadə etmədiyi xidmətlər üzrə yaranmış borcu silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı onun bacısıdır. Bacısı uzun müddətdir ki, mənzildə yaşamır, sadəcə arada mənzilə baş çəkmək üçün oraya getmişlər. Son zamanlar isə orada yenidən təmir işləri aparıldığından bəzən ustalar işləmişdir. Bacısı özü xəstədir və birinci dərəcəli əlilliyi vardır. Tələb olunan kommunal xərcləri ödəmək imkanı yoxdur. Lakin buna baxmayaraq Cavabdeh Mənzil İstismar Kooperativi onlardan yaşamadıqları halda mənzilə dair kommunal ödənişlər edilməsini tələb edir. Hesab edir ki, yaşamadıqları dövr üçün xidmət haqqlarının tələb edilməsi əsassızdır. Əvvəllər orada yaşayanda iddiaçı tərəfindən xidmət haqları ödənilmiş və buna dair də, qəbzləri vardır. Mənzildə yaşayış olduqdan sonra həmin vaxtdan başlayaraq da, yenidən xidmət haqqlarının ödənilməsinə etiraz etmirlər. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mənzil İstehlah Kooperativinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, Cavabdeh MİK ilə İddiaçı xx xxxxxx 2004-cü ildə “Kooperativ Mənzil Tikintisi Haqqında” 163 saylı müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh MTK ünvan 2 ünvanında tikdiyi 10 mərtəbəli binada üç otaqlı mənzilin cavabdeh tərəfindən hər kvadrat metri 130 dollardan ödənilməklə tikilib onun istifadəsinə verilməsini kooperativ öhdəsinə götürmüşdür. Bununla bağlı kooperativ bütün öhdəliklərini yerinə yetirmişdir. Bina 2005-ci ilin sonunda istifadəyə verilmişdir. İddiaçı müqavilədə nəzərdə tutulmuş 3 otaqlı mənzilin müqavilə qiymətini - 7956 manatı 2 il müddətinə hissə-hissə kooperativin heasabına ödəmişdir. İddiaçı 119 sayli mənzil təhvil verilmişdir. AR Mənzil Məcəlləsinin Mənzil qanunvericiliyinin (6-8)-cı maddələrinə əsasən mənzil münasibətləri yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135-137-ci maddələrinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək ödənilir. MİK hazırkı müqavilədə göstərilmiş şərtlərlə yaşayış binasını qaz, su və elektrik enerjisi ilə daimi təmin edir, liftlərin işləməsini, həyət və blokların işıqlanmasını, həyətin təmizliyini, yaşıllaşdırılmasını, zəruri istirahət şəraitinin yaradılmasını, binanın ümumi zibillərinin vaxtında daşınmasını, binanın fasadının, damının təmirini yerinə yetirmişdir. MTK xidmət haqqına görə dövlətə vergi ödəyir. MTK üzvlərindən vaxtında kommunal xidmət haqqlarını yığa bilmədiyinə görə vergi orqanları tərəfindən dəfələrlə cərmələnmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsində göstərildiyi kimi MTK üzvü (mənzilin sahibi) İddiaçı xx.xx.2006-cı il tarixindən mənzildə yaşayıb - yaşamamasından asılı olmayaraq kommunal xidmətlərə görə hər ay üçün xidmət haqqı ödəməlidir. Lakin İddiaçı xx.xx.2006-cı il tarixindən MTK -ya kommunal xidmət haqqlarını ödəməmişdir. Ona dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də MİK-lə heç bir əlaqə saxlamamışdır. İddiaçı və bu kimilərinin kommunal xidmətlərə görə haqqı ödəməməsi digər MTK üzvlərinə təsir etmiş və onlar da ödənişdən etiraz etməyə başlamışlar. Digər tərəfdən Cavabdeh MİK vergi ödəyicisi olduğundan Dövlət qarşısında məsuliyyətlərini yerinə yetirə bilmir. Bütün bunları nəzərə alaraq Cavabdeh MİK-in ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı cərimə tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilənləri və Azərbaycan Respublikası Mənzil məcəlləsinin qanunvericiliyinindən yaranan məsuliyyətindən yayınmaq üçün müxtəlif yollara baş vurmaqdan əl çəkmir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2004-cü il tarixli 163 nömrəli kooperativ mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -2, Dairəvi küçə 11 ünvanında inşa ediləcək yaşayış binasının 119 saylı mənzilini İddiaçı verməyi, sonuncu isə mənzilin dəyəri olan 10517 ABŞ dolları məbləğində pul vəsaitini MTK-ya ödəməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanılmış xx.xx.2004-cü il tarixli 163 nömrəli kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -2, Dairəvi küçə 11 ünvanında inşa ediləcək yaşayış binasının 119 saylı mənzilini İddiaçı verməyi, sonuncu isə mənzilin dəyəri olan 10517 ABŞ dolları məbləğində pul vəsaitini MTK-ya ödəməsini öhdəsinə götürmüşdür. Mənzil iddiaçıya təhvil verilmiş və iddiaçı uzun müddət orada yaşayaraq sözü gedən mənzil üzrə cavabdehə müxtəlif vaxtlarda kommunal xidmətlərdən istifadəyə görə ödənişlər etmişdir. Hazırda iddiaçı, İddiaçı Cavabdeh Mənzil İstehlah Kooperativinə qarşı MİK tərəfindən hesablanmış istifadə edilməmiş xidmətlər üzrə yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cu il tarixdən həmin mənzildə yaşaması əsasıyla Cavabdeh Mənzil İstismar Kooperativi tərəfindən istifadə etmədiyi xidmətlər üzrə yaranmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.10-cu maddəsinə əsasən mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. Həmin Məcəllənin 6.0.11-ci maddəsinə əsasən mənzil qanunvericiliyi yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. Eyni Məcəllənin 66.3.5-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək hüquqları vardır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Həmin Məcəllənin 137.6-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Həmin Məcəllənin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Qanunvericliyin mənsaından da göründüyü kimi iddiaçı mülkiyyətçi kimi sözü gedən mənzildə yaşamasa da, yaşayış sahəsində istifadə etməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsindən azad olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tləbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olduğundan, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Mənzil İstehlah Kooperativinə qarşı MİK tərəfindən hesablanmış istifadə edilməmiş xidmətlər üzrə yaranmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1368/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1368/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver