Məhkəmə qərarları › İş №2(004)-1380/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1380/2021

12.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1380/2021 12.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “cavabdehin azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılması, iddiaçının mənzilə köçürülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “cavabdehin azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılması, iddiaçının mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə ona məxsus olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilindən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X12 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzili İddiaçı məxsusdur. İddiaçı həmin mənzili öz qohumu X5 almışdır. Mənzilin müvafiq çıxarışı olmadığından X7 xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən onun adına olan müqavilə xx.xx.2018-ci il tarixli müqavilə ilə İddiaçı adına dəyişdirilmişdir. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 12 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzili İddiaçı məxsusdur. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin ümumi sahəsi 221,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzilinin dəyərini tam ödəmişdir, “xxxx” MMC-yə borcu yoxdur. Nəticə etibarı ilə mənzilin bütün kommunal müqavilələri İddiaçı adına dəyişdirilmişdir. Eyni zamanda İddiaçı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC-yə məxsus həmin binadan 1 ədəd qarajı da satın almışdır. İddiaçı mənzil və qeyri-yaşayış sahəsinə görə “xxxx” MMC-yə hər hansı borcu yoxdur. İddiaçı mənzilə köçmək istədikdə Y.Cəfərov ona bildirmişdir ki, həmin mənzildə gəlini ilə nəvələri müvəqqəti yaşayır və aralarında məhkəmə mübahisələri var, ona görə bir müddət gözləmək lazımdır. Hazırda Y.Cəfərov və Cavabdeh1 arasında həmin mənzilə dair məhkəmə mübahisəsi başa çatmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-7895/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X9 və X10 qarşı “Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilinə köçürülməsi və pul tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Hesab edir ki, cavadeh Cavabdeh1 iddiaçının ailə üzvü deyildir, cavabdehin iddiaçıya məxsus mənzilə hər hansı bir hüququ yoxdur. İddiaçının cavabdehin qarşısında heç bir öhdəliyi yoxdur. Cavabdeh iddiaçıya məxsus mənzildə qanunsuz yaşayır. Odur ki, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. Bu səbəbdən, Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilindən çıxarılması və İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə rəsmi qaydada məlumat verilmişdir. Lakin cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X3 xx.xx.2021-ci il tarixdə məhkəmənin dəftərxanasınası vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə yeni müqavilə bağladığını və bu səbəbdən iş materirialları ilə tanış olmadığını bildirmiş, iş materialları ilə tanış olmaq və iş üzrə sübutları toplanması üçün əlavə vaxt verilməsini xahiş etmişdir. Bundan əvvəl Cavabdeh1 məhkəmənin xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasına gəlməmiş və xx.xx.2021-ci il tarixdə dəftərxana vasitəsilə məhkəməyə ərizə verərək, iddia ərizəsinin surətini aldığını, iddiaçı tərəfin vəkillə təmsil edildiyini bildirmiş, özünə vəkil tutmaq istədiyini, vəkil tutmaq və qarşılıqlı iddia vermək üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. X1 verdiyi xx.xx.2021-ci il tarixli etibarnaməsini əlavə etmişdir. Məhkəmə Cavabdeh1 ərizəsini təmin etmiş və prosessual hüquqlarını həyata keçirməsi üçün ona əlavə olaraq vaxt vermiş və işə baxılmasını xx.xx.2021-ci il tarixə təxirə salmışdı. xx.xx.2021-ci il tarixli vəkil orderindən müəyyən edilir ki, Bakı şəhəri 3 saylı Vəkili Bürosunun vəkili X3 xx.xx.2021-ci il tarixdən Cavabdeh1 vəkili və xx.xx.2021-ci il tarixdən isə səlahiyyətli nümayəndəsidir. Cavabdehin, onun nümayəndəsi və vəkilinin iddia ərizəsinə etiraz və mülahizə hazırlamağa, həmçinin qarşılıqlı iddia hazırlamağa kifayət qədər vaxtları olmuşdur. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasının yenidən təxirə salınması barədə ərizəsini əsassız hesab edir və bu ərizənin verilməsini hüquqdan sui-istifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası MPM-in 185.5, 185.6-cı maddəsinə əsasən işə cavabdehin, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları kimi müəyyən edilir ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 12 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin ümumi sahəsi 221,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzili İddiaçı məxsusdur. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, X7 xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin ümumi sahəsi 221,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzilinin müqaviləsi İddiaçı adına dəyişditrilmişdir. Bununla da payçı X7 yerini İddiaçı tutmuşdur. Nəticə etibarı ilə mənzilin bütün kommunal müqavilələri İddiaçı adına dəyişdirilmişdir. Eyni zamanda İddiaçı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC-yə məxsus həmin binadan 1 ədəd qaraj da almışdır. İddiaçı mənzil və qeyri-yaşayış sahəsinə görə “xxxx” MMC-yə borcu yoxdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-7895/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X9 və X10 qarşı “Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilinə köçürülməsi və pul tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, “xxxx” MMC ilə X13 arasında bağlanmış xx.xx.2006cı il tarixli 12 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin ümumi sahəsi 221,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzili X9 məxsus olmuşdur. X13 həmin mənzilin tam dəyərini şəxsən “xxxx” MMC-yə ödəmişdir. Cavabdeh1 həmin mənzilin alınmasından 7 il sonra 2013-cü ildə X7 oğlu Şamil Cəfərovla nikaha girmişdir. Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilinin dəyərinin ödənilməsində iştirak etməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş və Cavabdeh1 özü də belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yəni, Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilinin üzərində hər hansı bir hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, cavadeh Cavabdeh1 İddiaçı ailə üzvü deyildir, Cavabdeh1 İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilinə hər hansı bir hüququ yoxdur. İddiaçının cavabdehin qarşısında həmin mənzilə dair heç bir öhdəliyi yoxdur. Cavabdeh iddiaçıya məxsus mənzildə qanunsuz yaşayır. İddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlıdır. ASAN3 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Cavabdeh1 yaşayış yeri üzrə əvvəllər ünvan 1 ünvanda qeydiyyatında olmuşdur. Elektron Məhkəmə informasiya sistemindən real vaxt rejimində xx.xx.2021-ci il tarixdə əldə edilmiş çıxarışlardan və Cavabdeh1 vəkil X2 verdiyi xx.xx.2021-ci il tarixli etibarnamədən müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdən yaşayış yeri üzrə ünvan 2 ünvanda daimi qeydiyyata alınmışdır və onun daimi yaşayış yeri ünvan 2 ünvanıdır (Ş/V AA2725457, xx.xx.2021-ci ildə ASAN3-də verilib, FİN xxxxxxx). Cavabdeh1 xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X11 adlı iki övladı var. Məhkəmə qeyd edir ki, Cavabdeh1 İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin ümumi sahəsi 221,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzilinin üzərində hər hansı bir hüququ yoxdur, o, iddiaçının ailə üzvü deyildir, həmin mənzildən istifadə hüququnun yaranmasına dair iddiaçı ilə notarial qaydasında təsdiq edilmiş müqavilə yoxdur, kirayə, icarə və sair müqavilələr də bağlanmamışdır. Cavabdehin iddiaçıya məxsus mənzildə yaşaması qanunsuzdur və iddiaçının həmin mənzil üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə maneə olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək ququnu əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətçi kimi özünə məxsus olan mənzili cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. Mülkiyyətçi kimi iddiaçının mənzil üzrərində sərəncam vermək hüququ dövlət qeydiyyyatına alınmasa da, o, həmin mənzil üzərində sahiblik və istifadə hüququna malik olduğuna və mənzilin dəyərini tam şəkildə ödədiyinə görə, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları iddiaçıya məxsusdur. Odur ki, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə və özünün həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı; X15rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, İddiaçı özünə məxsus olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilinə köçürülməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilindən çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İddiaçı özünə məxsus olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilinə köçürülsün. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar